Müəllimlərin bilik və səriştəsinin

sınaq qiymətləndirilməsi

 

Sınaq qiymətləndirilməsi ilə bağlı müəllimlərlə görüşlər davam edir

 

Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə bağlı Bakı şəhəri üzrə 12 rayonda müəllimlərlə keçirilən görüşlər davam etməkdədir. Görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi nümayəndələri tərəfindən müəllimlərin sualları cavablandırılır, sınaq qiymətləndirilməsinin məqsədi və mahiyyəti haqqında ətraflı məlumat verilir.

Artıq Səbail, Yasamal, Binəqədi, Suraxanı və Xətai rayonları üzrə ümumtəhsil məktəblərinin müəllimləri ilə görüşlər keçirilmişdir. Mayın 21-də Nəsimi rayon məktəbləri üçün müəllimlərlə görüş 159 nömrəli məktəbdə, Xəzər rayonu məktəbləri üçün müəllimlərlə görüş isə 183 nömrəli məktəbdə, mayın 22-si Nizami rayonu məktəbləri üçün 210 nömrəli məktəbdə, Qaradağ rayonu məktəbləri üçün 273 nömrəli məktəbdə  keçirilib.

Qeyd edək ki, mayın 23-ü Nərimanov və Pirallahı rayon məktəbləri üçün 258 nömrəli məktəbdə (saat 11:00), Sabunçu rayonu məktəbləri üçün 271 nömrəli məktəbdə (saat 15:00) görüş keçiriləcəkdir. 

 

www.bakuedu.gov.az

 

Azərbaycan müəllimi.- 2014.- 23 may.- S.5.