Azərbaycanlı gənc
rəssam beynəlxalq
rəsm sərgisinin
mükafatçısı olub
Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin 16 gənc rəssamı Norveçdə
keçirilən "Geniş ata
dünyası" beynəlxalq
rəsm sərgisinin
mükafatçıları sırasına daxil olub.
Oslo Beynəlxalq Uşaqların Rəsm Muzeyi
tərəfindən 16 gənc azərbaycanlı rəssama sərgidəki
nailiyyətlərinə görə sertifikat
göndərilib və Nizami Rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinə həmin layihədə
fəal iştirakına görə təşəkkür bildirilib. Eyni zamanda keçiriləcək
növbəti rəsm sərgisində iştirak
etmək üçün təşkilat
komitəsi tərəfindən mərkəzə dəvət
məktubu gəlib.
Qeyd edək ki, Norveçin
Oslo şəhərindəki Beynəlxalq
Uşaqların Rəsm Muzeyi tərəfindən
keçirilən "Geniş ata dünyası" beynəlxalq layihəsində
iştirak etmək məqsədilə Nizami rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin "Rəsm"
studiyasının 18 yaşadək
olan üzvləri bu mövzuda rəsm işləri çəkib və
əsərlər Norveçə göndərilib. Bu ilin əvvəlində
Beynəlxalq Uşaqların Rəsm Muzeyində "Geniş ata
dünyası" mövzusunda dünyanın
müxtəlif ölkələrinin uşaqları tərəfindən
göndərilmiş rəsm əsərlərinin yekun sərgisi keçirilib.
Mütəxəssislərin rəyinə əsasən, Təhsil
Nazirliyinin Nizami rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin 16 gənc rəssamı sertifikata layiq görülüb.
Gənc rəssamlarımızı
təbrik edir və onlardan
yeni-yeni uğurlar
gözləyirik.
Azərbaycan müəllimi.- 2014.- 23 may.- S.8.