"Müəllimlərin
etik davranış
qaydaları"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikası Prezidentinin 5 sentyabr
2012-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı"nın
21.3-cü bəndinin icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən hazırlanmış
"Müəllimlərin etik
davranış qaydaları"nın tətbiq edilməsi məqsədilə, "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi
haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1. "Müəllimlərin etik davranış qaydaları" təsdiq edilsin.
2. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət növündən asılı olmayaraq bütün tipdən və növdən olan təhsil müəssisələrinin rəhbərləri müəllimlərin bu qaydalarla tanış olmasını və qaydalara riayət olunmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin, "Müəllimlərin etik davranış qaydaları"nın
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və Nazirliyin İnternet saytında yerləşdirilməsini
təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
16 may
2014-cü il
Azərbaycan müəllimi.-
2014.- 23 may.- S.9.