Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
müəllim və şagirdlərinin bayram konserti
Mayın 27-də Azərbaycan Dövlət
Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Bülbül adına
Orta İxtisas Musiqi Məktəbinin müəllim və
şagirdlərinin 28 may
Respublika Gününə həsr olunmuş konserti
keçirildi. Konsertdə Təhsil Nazirliyinin
Aparat rəhbəri
Mətin Eynullayev, nazirin
müşaviri Ağababa
İbrahimov və digər şəxslər
iştirak edirdilər.
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii
rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti, Bülbül
adına Orta İxtisas
Musiqi Məktəbinin direktoru Teymur Göyçayevin rəhbərliyi
ilə keçirilən konsertdə F. Şopen, Q. Pyerne, S. Raxmaninov, P. Sarasate, E. Blox, H. Rzayev, A. Badzini, E. Kurtis, J. Kosma, G. Şiring, F. Əmirov, A. Tsfasmanın əsərləri və xalq mahnısı "Qaragilə" ifa olundu. Prezident təqaüdçülərindən Vurğun Vəkilov
(piano), Nərmin
Nəcəfli, Atabəy
İsmayılov (tar), solistlərdən Leyla
Zeynalova (piano), Səid
Bağırzadə (klarnet), Aytən İbrahimova və Nigar
Əsgərova, Zərifə Alxazova, Səidə Babışova, Cəmilə
Əsgərzadə (violin), Mərziyə Hüseynova, Aydın Zeydullayev
(saksafon), Ayla Şiriyeva
və Əli Məmmədov (piano), Nicat Məsimov (balaban), əməkdar müəllimlər
Dilarə Mirzəquliyeva, Fatimə İdyatulina,
Əflaruz Məmmədov, Ədilə Rəhimova, müəllimlər Anar
Məmmədov (klarnet), Fəqan Həsənli
(piano), Ucal Məmmədxan
(zərb alətləri), Elmira Mustafayeva,
İlhamə Ağayeva, İradə
Xəlilova, Əlibaxış Məmmədov, xalq artisti Ağaxan
Abdullayev, əməkdar artist
Akif Süleymanbəylinin köməyi ilə
tanınmış dünya bəstəkarlarının
əsərlərini məharətlə ifa
etdilər. Konsertin
sonunda tamaşaçılar
ifaçıları
alqışladılar.
Rəşad RAMAZANOĞLU
Azərbaycan müəllimi.- 2014.- 30 may.- S.7.