Naxçıvan
Dövlət Universitetində
beynəlxalq konfrans keçirilib
Naxçıvan
Dövlət Universitetinin beynəlxalq
münasibətlər və xarici dillər
fakültəsində "Baytarlıq təbabəti və ərzaq
təhlükəsizliyi: problemlər və perspektivlər"
mövzusuna həsr olunmuş
beynəlxalq konfrans keçirilib.
NDU-nun rektoru, professor
Saleh Məhərrəmov konfransı giriş sözü ilə
açaraq ulu öndər
Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi
inkişafın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində aqrar sahədə əldə
olunan nailiyyətlərdən, kənd təsərrüfatı mülkiyyətçilərinə
göstərilən güzəştli yardımların
miqyasının artmasından, dövlətin bu
sahəyə göstərdiyi diqqət və qayğıdan
danışıb. Rektor müvafiq sahədə yerli ixtisaslı kadr
potensialının hazırlanmasında Naxçıvan
Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq
Xidməti, muxtar respublikadakı istehsal müəssisələri ilə əməkdaşlığın
inkişafının mühüm əhəmiyyətə
malik olduğunu bildirib. Baytarlıq təbabəti və ərzaq
təhlükəsizliyinin problemləri və perspektivlərindən
danışan rektor Saleh
Məhərrəmovun "Parazitofaunanın
formalaşmasına təsir edən amillər" mövzusunda məruzəsi dinlənilib.
Beynəlxalq konfransda çıxış edən
Naxçıvan Muxtar Respublikasının
kənd təsərrüfatı naziri Elşad Əliyev müstəqil Azərbaycanın
sosial-iqtisadi tərəqqisi, muxtar respublikada aparılan
aqrar islahatlar barədə
ətraflı məlumat verib. Nazir Prezident İlham
Əliyevin "Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın təsdiq
edilməsi haqqında 2014-cü il 27 fevral tarixli Fərmanından
irəli gələn məsələlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
2013-cü ilin yekunları və
qarşıda duran vəzifələrə
həsr olunan müşavirəsində regionun kənd təsərrüfatının
inkişafının mövcud vəziyyəti
və qarşıda duran vəzifələrdən
danışıb.
Qars Qafqaz Universitetinin
"Cərrahiyyə" kafedrasının professoru
İsa Özaydın, Azərbaycan Elmi-Tədqiqat
Baytarlıq İnstitutunun direktoru
Səhman Bayramov, Naxçıvan Elmi-Tədqiqat
Baytarlıq Mərkəzinin direktoru Qadir Fərhadov çıxışlarında
baytarlığın inkişafının prioritet
istiqamətləri, dövlətin iqtisadi
strategiyası, ekoloji təhlükəsizlik,
əhalinin ərzaq təminatı
və qida sağlamlığı, yerli sahibkarlığın və məhsuldarlığın
inkişafının əhəmiyyətindən
danışıblar, kadr
çatışmazlığının aradan
qaldırılması ilə bağlı təkliflər səsləndirilib.
Qeyd edək ki,
konfransın gedişi zamanı
Naxçıvan Dövlət Universitetinin
son bir il
ərzində beynəlxalq əlaqələrinin inkişafından bəhs edən slaydlar nümayiş etdirilib.
Konfrans öz işini müxtəlif mövzulara
həsr olunmuş bölmə
iclaslarında davam etdirib.
Mətbuat xidməti
Azərbaycan
müəllimi.- 2014.- 30 may.- S.3.