İnformatika fənnindən fəal dərs

 

Fənn: İnformatika.

Standartlar:  3.1.2,  3.2.2,  3.2.6,  3.3.1,

Dərsin  mövzusu: Mozaikaların   naxışların  qurulması.

Dərsin məqsədi:

* Seçilmiş fraqmenti çoxaltmaq.

* Mozaikanın elemetlərini  çəkmək.

* Çəkilmiş elementləri çoxaltmaqla müxtəlif mozaikalar hazırlamaq.

* Naxışlar çəkmək.

Əsas  elementlər: Mozaika elementləri,  naxışlar.

Dərsin tipi: deduktiv.

İş formaları: qruplarla  ,  bütun  siniflə ,  çütlərlə  , fərdi .

İş üsulları: modelləşdirmə, "beyin həmləsi", diskussiya, təqdimat kompüterdə .

İnteqrasiya: Riyaziyyat - 3.2.2, H-b -4.2.1,   4.2.2,  Tex-4.1.1, 4.1.3, Ti-2.2.4,  Azərbaycan dili 1.2.2.

Təchizat:  mozaikalı şəkillər, naxışları olan əşyalar, proyektor, noutbuk, kompüter  otağı.

Proqram  təminatı: Point qrafik  redaktoru.

Motivasiya.

Müəllim  rəngli  kağızlardan kəsilmiş  şəkilləri lövhədən asır sinfə  belə  bir   tapmaca ilə  müraciət  edir:

İlmə-ilmə  ilməsi

İlmə  xatun düyməsi

Hər  kəs  bunu  bilməsə

Bir  "2"-dir   cərməsi.

- Bu tapmacanın  açması nədir?  (xalça).

Xalçaları  ilə  bəzəyirlər? (naxışla).

Müəllim  izahat verir.

Naxış -  dekorativ-tətbiqi  sənətin müxtəlif növlərində (xalçaçılıq, zərgərlik, bədii oyma, metalişləmə, bədii parça) tətbiq  edilən bəzəklərdir.

Sonra müəllim proyektor  vasitəsilə Azərbaycanın  qədim  xalq sənətkarlıq  nümunəsi olan xalçalardan bir neçəsini  nümayiş etdirir. Yenidən sinfə belə bir sualla müraciət edir:

-  Bəs  mozaika nədir?

- Uşaqların cavabları  dinlənildikdən  sonra yenidən   proyektor vasitəsilə  Şəki Xan sarayının  şəkillərini nümayiş etdirir. Şagirdlər oradakı mozaikalara yaxından nəzər  yetirirlər.

müəllim: 

Mozaika-şablon şəkildə kəsilmiş  sadə mürəkkəb həndəsi formalı xırda material qırıqlarından yığılır  əhəng, sement, mastika, yaxud mum təbəqəsinə bərkidilir.

Müəllim sinfə sual verir:

- Naxışla mozaikanın hansı  ümumi    fərqli  xassələri var? 

Şagirdlərin cavabları  dinlənilir.

Lövhədə  tədqiqat sualı  şagirdlərin  fərziyyələri yazılır.

Tədqiqat  sualı:  Point proqramında mozaika    naxışları  necə hazırlamaq  olar?

Müəllim sinfi 4 qrupa bölüb  hər  qrupa tapşırıq verir.

I  qrup. 

Mozaika neçə  elementdən hazırlanıb?

Rəngləri  dəyişdirin.

II  qrup.

Point  proqramından istifadə  edərək rəngləri dəyişdirin   orada hansı riyazi fiqurlardan istifadə olunduğunu, onların sayını söyləyin.

III qrup.

Şəkillərdəki naxış elementlərini müəyyən edin   onları rəngləyin, sayını söyləyin.

IV qrup.

Qrafik redaktorda çəkilmiş şəklin elementlərini müəyyən edin   rəngləyin.

 Məlumat mübadiləsi   onların müzakirəsi. 

Şagirdlər  işlərini təqdim edirlər. Onların  tapşırıqları birlikdə  müzakirə edilir. Müəllim sinfə belə bir sualla  müraciət edir:

- Naxış   mozaikanın fərqi  nədədir? Mozaika   naxış elementlərini çəkmək  üçün hansı alətlərdən istifadə olunub?

Ümumiləşdirmə   nəticə.

Bu məqsədlə şagirdlərə aşağıdakı kimi suallar təqdim olunur:

- Mozaikaları necə düzəldirlər?

Mozaika  düzəltmək  üçün  əvvəlcə nələri hazırlamaq lazımdır? Bu hissələrə    deyilir? 

Müəllim bu mərhələni yekunlaşdıraraq deyir:

- Point  qrafik  redaktorunda çox asan yolla  mozaika naxışları  yaratmaq  olar. Onun üçün mozaikanın  bir   bir neçə  fiqurunu  hazirlamaq  lazımdır. Bu fiqurlar  mozaikanin elementləri  adlanır. Sonra bu  elementləri  istənilən  yerə  qoyub  onu çoxaldıb,  yan-yana düzməklə gözəl bir  naxış,  maraqlı  bir  təsvir yaratmaq  olar.

Yaradıcı tətbiqetmə:

Point qrafik redaktorunda xalça şəklinin  hazırlanması.

Ev tapşırığı:

 

Xeyransa SADIQOVA,

Ağsu rayonu, Pirhəsənli kənd tam

orta məktəbinin informatika müəllimi

 

Azərbaycan müəllimi.- 2014.- 7 noyabr.- S.9.