Təhsil Problemləri İnstitutunun yeni nəşri
Təhsil Problemləri
İnstitutunun bu
günlərdə hazırladığı "Müasir təhsilin aktual sosial-psixoloji problemləri" adlı
monoqrafiyası oxucuların ixtiyarına verilib.
Respublikamızda
baş verən dəyişikliklər, qloballaşma, inkişaf etmiş dünya dövlətlərinə
inteqrasiya, cəmiyyətin həyatının
humanistləşdirilmə və demokratikləşdirilməsi,
azad bazar
iqtisadiyyatının tələblərindən irəli gələn yeni düşüncəli, rəqabətəqabil,
çevik təfəkkürə malik,
risk etməyi bacaran şəxsiyyətlərin formalaşdırılmasını
tələb edir. Eyni zamanda "milli-mənəvi və ümumbəşəri dəyərləri
qoruyan və
inkişaf etdirən" kadrların
hazırlanması təhsil sisteminin
qarşısında duran mühüm vəzifələrdəndir.
Qloballaşma, Qərbə inteqrasiya
kursu nə qədər zəruridirsə, ondan qaçmaq, təcrid olunmaq nə qədər qorxuludursa, milli mənliyini, mədəniyyətini unutmaq da o
qədər təhlükəlidir.
Kitabda qloballaşmanın gətirdiyi pozitiv və
neqativ
təsirlər, onun sosial-siyasi
mahiyyəti, gənclərin sosial
mühitdə adaptasiyası və s.
problemlərdən bəhs olunur.
Kitabda həmçinin koqnitiv fəaliyyət problemləri öz əksini tapmışdır. Azərbaycan
təhsil sistemində yeni təfəkkür tərzinin
daşıyıcıları olan şəxsiyyətlərin
formalaşdırılması, təhsilin
şəxsiyyətyönümlü olması prioritet
məsələ kimi götürülür.
Başlıca məsələlərdən
biri də
"hafizə məktəbindən" "təfəkkür
məktəbinə"
keçidlə bağlıdır. Kitabda bu yöndə araşdırmaların nəzəri
və praktik
məsələlərinə geniş
yer verilir.
Kitabın digər bir
istiqaməti konkret
təlim-tərbiyə məsələləri
ilə bağlıdır. Burada şəxsiyyətin
formalaşmasında qarşılıqlı münasibətlərin rolu, ailədə
məktəbəqədər
yaşlı uşaqlarda gigiyenik vərdişlərin yaranması, ailədaxili münasibətlərin psixi inkişafa təsiri məsələləri də
öz əksini tapmışdır. Kiçik məktəb yaş dövrü sosiallaşma,
təlim müvəffəqiyyəti və şəxsiyyətin formalaşması baxımından mühüm mərhələdir. Kitabda I sinif şagirdlərinin kollektivə
adaptasiyası, təhsilin humanistləşdirilməsi,
ünsiyyət problemləri geniş şəkildə
təqdim olunur.
Kitab praktik psixoloqlar, tələbələr,
təhsil işçiləri, eləcə də psixologiya ilə
maraqlanan
ayrı-ayrı şəxslər üçün
nəzərdə tutulmuşdur.
Almaz HƏSRƏT,
TPİ-nin Beynəlxalq əməkdaşlıq
və
informasiya şöbəsinin müdiri
Azərbaycan
müəllimi.- 2014.- 14 noyabr.- S.8.