Azərbaycan
şahmatçıları Avropa
birinciliyində 9 medal
qazanıblar
Azərbaycan
idmançıları noyabrın 12-dən 17-dək
Estoniyanın Tallin şəhərində keçirilən
sürətli şahmat üzrə 14-cü Avropa birinciliyindən
uğurla qayıdıb.
Avropa Şahmat Birliyi
ilə Estoniya Şahmat Federasiyasının birgə təşkil
etdiyi yarış 8, 10, 12, 14, 16, 18 yaşlı oğlanlar və
qızlar arasında keçirilib. Çempionatda 13 ölkədən
300-ə yaxın şahmatçı iştirak edib. Azərbaycan
şahmatçıları yarışda 4 qızıl, 4
gümüş və 1 bürünc medal qazanıblar.
Sürətli
şahmat üzrə Təhsil Nazirliyinin Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri
Aytən Əmrayeva 18 yaşlı qızlar arasında,
Aydın Süleymanlı 10 yaşlı oğlanlar arasında
I yeri, Xanım Balacayeva 8 yaşlı qızlar arasında II
yeri tutublar. 1 saylı İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin
təmsilçisi Ümid Aslanov isə 8 yaşlı
oğlanlar arasında qızıl medal qazanıb.
Şahmatçılarımız
super finalda da uğurlu oyunlar keçiriblər. Aydın
Süleymanlı və Xanım Balacayeva finalda rəqiblərini
üstələyərək II yerə yüksəliblər.
Bu şahmatçılar blits üzrə keçirilən
oyunda da fərqlənərək II yeri tutublar.
Azərbaycan müəllimi.- 2014.-
21 noyabr.- S.12.