Elektron resursların
təhsildə
imkanları genişlənir
XXI əsr yüksək
kompüter texnologiyaları əsridir. Kompüter və elektron
texnologiyaları həyatımızın böyük
bir hissəsini təşkil edir. Müəllimlərimiz müasir dövrün bu ən
mükəmməl texnologiyalarının tədrisdə tətbiqi
istiqamətində yaradıcı axtarışlar aparmaqda və ortaya
maraqlı fəaliyyət nümunələri qoymaqdadırlar.
Müasir
təlim prosesi şagirdə yönəlmiş
prosesdir. Bu proses
şagirdlərdə informasiya
mübadiləsi və
fikir yürütmək
bacarığı formalaşdırır.
Şagird müxtəlif mənbələrdəki
elektron resurslara istinad etməklə müstəqil məlumat əldə edir. Tədqiqat aparmaq, ünsiyyət qurmaq və yeni informasiya əldə etmək üçün isə müasir texnologiyaların
imkanlarından istifadə
etmək lazım gəlir. Bundan əlavə şagirdlərin
maraq dairəsini nəzərə alsaq şahidi olarıq ki, İKT-dən istifadə onların diqqətini cəlb edən bir sahədir.
Eyni zamanda müəllim də İKT-dən istifadə etməklə şagirdlərdə həvəs
və maraq yarada bilər. Təbii ki, bu da
müəllimin yaradıcılıq
qabiliyyətindən asılıdır.
Elektron (təlim
və internet) resursları
müvəffəqqiyətli təhsil almaq üçün şərait
yaradan və ən yüksək nəticəyə nail olmağa
kömək edən bir vasitədir. Hazırda təhsil sisteminin informasiyalaşdırılmasında əsas diqqət elektron təhsil resurslarının hazırlanmasına
yönəlmiş Elektron
Təhsil Resursları
(ETR) dedikdə tədris
məzmunlu elektron
forma nəzərdə tutulur
ki, onları da səsləndirmək üçün müxtəlif
elektron mexanizm və maşınlardan istifadə edilir. Ən müasir tədris resursları kompüterlərdə
hazırlanır. ETR adi dərslikdən fərqlənir və onun interaktivliyi isə şagirdin müstəqil işləməsini
təmin edir.
ETR-nı üç qrupa - mətn, tekstoqrafik və multimedia xarakterli resurslara ayırmaq olar.
Mətn
xarakterli ETR əsasən
mətndən ibarət
olur, mühazirə xarakteri daşıyır və internetdə yerləşdirilməsi mümkündür.
Tekstoqrafik
xarakterli ETR və daxilində cədvəllər,
diaqramlar və s. ibarətdir.
Multimedia xarakterli ETR-ə
isə video, animasiya,
audio, məzmun və interaktiv üsullar daxildir.
Mənə
görə, bu tədris resurslarının
ən effektivlisi
multimedia resursudur. Burada tədris
obyektləri mətn, qrafik, foto-video, səs və animasiya formasında təqdim olunur. Bütün bunlar şagirdlərdə
qavramanın növlərini
hərəkətə gətirir,
bununla da tədris prosesi daha rəngarəng və maraqlı olur.
Sözsüz
ki, multmedia resursları müəllimi
və dərslikləri
əvəz etmir, amma eyni zamanda
materialı mənimsəmək
üçün yeni imkanlar yaradır. Bu resurslar şagirdlərdə
anlama səviyyəsini
yüksəldir və
multimedia vasitələrindən istifadə zamanı şagirdlərin yorğunluğunu
aradan qaldırır.
Nəhayət, ETR-in mühüm üstünlüyü onun
şagird tərəfindən
fərdi öyrənməyini
təmin etməsindədir.
Yəni,
şagird sərbəst
şəkildə öz
bilik və bacarıqlarının nə
səviyyədə olduğunu
müəyyən edə
bilir.
Elektron
təhsil resursları
dedikdə təkcə
CD-lərdə və müəllimin kompüterdə
hazırladığı resurslar
nəzərdə tutulmur,
bura İnternet tədris resursları da daxildir. İnternet təhsil sahəsində də böyük imkanlar yaradır. Tədris prosesində internetin rolu və yerini
düzgün müəyyən
etmək olduqca vacibdir. Bu məsuliyyətli
iş fənn müəllimlərinin üzərinə
düşür. Tədris internet resurslarının əksəriyyəti
heç bir yoxlamadan keçmir, tədrisə uyğun olan materialların seçilməsində hətta
müəllimlər üçün
də çətinlik
yaradır. Bu problemi həll etmək üçün müəllim əsl peşəkar olmalıdır.
Müəllim materialları təhlil
edib öz şagirdlərinə məsləhət
verməyi bacarmalıdır.
İnternetdən səmərəli
istifadə zamanı şagirddə yazı bacarığı, söz
ehtiyatı, tez ünsiyyətə girmək
və lazımi formada ünsiyyət qurmaq, qarşısındakını
dinləmək və
s. kimi müsbət keyfiyyət və vərdişlər formalaşır.
Təbii
ki, bəzən sosial şəbəkələrdən
düzgün istifadə
etməmək bir çox mənfi sonluqlarla da nəticələnə bilər.
Belə ki, şagirdlər informasiya axtararkən konkret nəyi axtarmalı olduqlarını
bilmədikləri üçün
qarşılarına çıxan
böyük informasiya
axınının içərisinə
düşmüş olurlar.
Bu zaman onlar
hətta əxlaqi dəyərlərini poza biləcək resurslarla da qarşılaşa bilərlər. Mənə
elə gəlir ki, tədris zamanı şagirdlərin
internetdə elektron resurslarını axtarıb
tapması prosesi daim nəzarət altında olmalı və müəllim tərəfindən istiqamətləndirilməlidir.
Son illər Azərbaycan Respublikasında
İKT-dən istifadə
sahəsində bir sıra ciddi addımlar atılmış
və bu istiqamət dövlət siyasətinin əsas məsələlərindən birinə
çevrilmişdir. Təhsil sistemində İKT-dən
istifadə ilə ümumi səviyyəni yüksəltmək, təhsillə
əlaqəli şəxslərin
bu sahəyə marağını daha da artırmaq üçün bir sıra layihələr, müsabiqələr və
treninqlər keçirilməkdədir.
Müəllimlərimiz bu müsabiqələrdə
daim iştirak edir və yüksək
nailiyyətlər qazanır.
Müəllimlik
çətin və mürəkkəb, şərəfli
və məsuliyyətli
olmaqla yanaşı həm də yaradıcıdır. Müəllim müasir dövrdə təlim texnologiyalarına
yüksək səviyyədə
yiyələnməlidir. Bunun üçün isə o,
daim öz üzərində işləməli,
pedaqoji hazırlığını
təkmilləşdirməli və təbii ki, peşəkarlıq səviyyəsini yüksəltmək
üçün mütəmadi
hazırlıq kurslarından
keçməlidir. Müəllim şagirdlərini fəallaşdırmaq
və təlim prosesinə interaktivlik qoşmaq istəyirsə,
ilk növbədə, yaradıcı
olmalıdır. O, informasiya-kommunikasiya
vasitələrinə dərindən
yiyələnmədən şagird
maraqlarına cavab verə bilməz.
Müşahidələr
göstərir ki, qurulan dərslərin əksəriyyətində ənənəvi
üsul və vasitələrdən istifadə
edilir. Bu, tədrisin keyfiyyətinə
öz mənfi təsirini göstərir.
Amma şagirdlərə
verilən test tapşırıqlarını
müəllim özü, yuxarıda
qeyd etdiyimiz kimi, multimedia xarakterli hazırlasa daha səmərəli və yaddaqalan olar. Hazırda məktəblərdə müəllimlər
PowerPoint proqramından demək
olar ki, hər dərsdə istifadə edirlər.
Mövzu
haqda məlumatları
şagirdlərə çatdırmaq
üçün məlumatları
bu proqramda hazırlayırlar. Amma
təəssüf ki, bu proqramın geniş imkanları ilə bir çox
müəllimlərimiz tanış deyillər.
Tək mətndən ibarət olan slaydlar şagirdlər
üçün heç
bir fayda vermir. PowerPoint proqramının üstünlüyü
müxtəlif mövzuları
animasiyalı "canlı"
və "əyani"
izah etməsindədir.
Elektron resurs hazırlayarkən bu ideyalar haqqında
düşünmək gərəkdir.
İnteraktiv elektron resurslar
həm müəllim,
həm şagirdlər
üçün faydalı,
maraqlı, asanlıqla
yad-daqalan olmalıdır.
Mən aşağıda hazırladığım
sadə iki müxtəlif elektron resursu (kompüterdə hazırlanmış test tapşırığı)
müqayisə etmişəm.
Onlardan birincisi:
1. Multimedia xarakterli elektron
resursdur.
2. Şagirdə İKT vasitələrilə təqdim
olunur.
3. Şagird sualların
düzgün və səhv cavablarını
özü yoxlayır.
4. Vaxt itkisinə
qənaət edilir.
5. ETR tam interaktiv formada
hazırlanıb.
6. Şagird test tapşırığında
sərbəst işləyə
bilir.
7. ETR-də eyni
bir vaxtda bütün şagirdlər
işləyə bilir.
İkincisi isə:
1. Mətn xarakterli
elektron resursdur.
2. Şagirdə A4 formatlı
vərəqdə təqdim
olunur.
3. Şagirdin düzgün
və səhv cavablarını müəllim
yoxlayır.
4. Təbii ki, bütün sinfin test tapşırıqlarının yoxlanması, düzgün
və səhv cavablarının tapılması
bir dərs saatı ərzində mümkün deyil.
5. ETR-də heç
bir interaktivlik müşahidə olunmur.
6. Şagird test tapşırığında
müəllimin izahatı
ilə işləyir.
7. ETR-də bu fərdi resursdur, yalnız bir şagird üçün
nəzərdə tutulur.
Ola bilər yuxarıda hazırladığım
elektron resurs həmkarlarım tərəfindən
qəbul edilməz. Amma bu heç də
bir slayddan ibarət üz qabığı deyil.
Sadə interaktiv tədris resursudur. Hazırlanmış
məzmunun 50%-dən çoxu interaktivdir, bu da "ETR hazırlanması tələbləri"nə tam uyğundur.
Birinci test tapşırığı
oyun xarakterlidir, animasiya, cəlbedici fotolar, suallar arasında keçidlər,
şagird səhf cavab verdikdə pərtedici smayliklərin gəlməsi, musiqi
və s. effektlərlə
zəngindir. İkinci
test tapşırığı ağ vərəq
üstündə yazılmış
sadə sənəddir.
Şagirdi tez yorur, ənənəvi üsulun
bir numunəsidir.
Qeyd etdiyimiz kimi tədris prosesində internet resursları
həm şagirdlər, həm
də müəllimlər
üçün əhəmiyyətlidir.
Müşviq MƏMMƏDOV,
İsmayıllı rayon Mollaisaqlı kənd
tam orta məktəbinin informatika müəllimi
Azərbaycan müəllimi.-
2014.- 21 noyabr.- S.10.