ADMİU-da tələbənin
fotosərgisi təşkil
edilib
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin foyesində sənətşünaslıq
fakültəsində teatrşünaslıq ixtisası üzrə
təhsil alan
IV kurs tələbəsi Babək Novruzovun "Təxəyyül
və şəxs" adlı
fotosərgisi təşkil edilib.
60-a yaxın iş nümayiş olunan sərgidə universitetin
rektoru, prorektor, müəllim-professor
heyəti və tələbələri ilə yanaşı,
Azərbaycan kino və teatr
sənətinin tanınmış nümayəndələri iştirak ediblər.
Çıxış
edənlər gənc fotoqrafın işlərini yüksək
qiymətləndiriblər.
Azərbaycan
müəllimi.- 2014.- 28 noyabr.- S.3.