Daha böyük uğurlar
qazanacağına
inanır
Cəmilə Əsgərzadə
1999-cu ildə Bakıda anadan olub. 2009-cu ildə Bülbül
adına Orta İxtisas
Musiqi Məktəbinin V sinfinə, orkestr şöbəsinə daxil
olub. Hazırda
X sinif
şagirdidir, skripka
ixtisası üzrə professor, əməkdar
müəllim Fatimə İdyatulinanın sinfində təhsil
alır. Bir çox
müsabiqə və festivalların laureatıdır.
2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illiyi münasibətilə keçirilən
ümumtəhsil və orta ixtisas
təhsili müəssisələrinin şagird və
tələbələri arasında gənc
ifaçıların II Respublika
müsabiqəsinin laureatı adına və I dərəcəli
diploma layiq görülüb. Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin təşkil etdiyi
"İstedadlı uşaqlar
festivalı-2013" layihəsi çərçivəsində
qazandığı uğurlara görə
diplomla təltif olunub. Həmin il V.Spivakov Fondunun təşkil
etdiyi "Moskva
dostları qarşılayır" festivalında uğurlu çıxışı olub. 2014-cü ildə isə festivalın yubiley konsertinə dəvət alaraq ölkəmizi yüksək səviyyədə
təmsil edib və Moskva
Konservatoriyasının professoru İ.Boçkovadan
ustad dərsləri alıb.
2014-cü ildə
Gürcüstanın Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə keçirilən "Gələcəyin
ulduzları" adlı beynəlxalq layihədə Tbilisi Konservatoriyasının Grand
Hall zalında uğurla
çıxış edib. Gənc istedad 2014-cü ilin aprelində isə Fransada
keçirilən gənc ifaçıların XXV "Flame"
beynəlxalq müsabiqəsində iştirak edərək
I yerə layiq görülüb.
Yeniyetmənin dəfələrlə Q.Qarayev
adına Dövlət Kamera Orkestri ilə konsert proqramında
çıxışları olub, diplom və fəxri fərmanlarla
mükafatlandırılıb.
Daha böyük uğurlara imza
atacağına söz verən yeniyetmə
skripkaçını
qarşıda hələ çox müsabiqələr gözləyir, bu işdə ona dəstək olan
hər bir kəsə öz
minnətdarlığını bildirir.
Sifai
Səfərova
Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.10.