Ən böyük
arzusu tanınmış
skripkaçı
olmaqdır
Həmidə Ağasoy 1995-ci
ildə Naxçıvan Muxtar
Respublikasının Culfa şəhərində
musiqiçi ailəsində anadan olub. Onda
musiqiyə marağı anası
oyadıb. Ailədə bacısı İlahə də həyatını
musiqiyə həsr edib. Bir
il Naxçıvanda musiqi
məktəbində skripka sinfində oxuyub. 2003-cü ildə ailəlikcə
Bakıya köçüblər. Bakıdakı 15 nömrəli musiqi
məktəbində oxuyarkən bu
möcüzəli alətin sirlərini müəllimi Aida İmişovadan öyrənib. Musiqi məktəbində oxuduğu illərdə bir
çox tədbirlərdə iştirak edib. 2006-cı ildə uşaq
musiqi və incəsənət məktəbləri
şagirdlərinin fortepianoda müşayiət
ifaçılığına baxışda uğurla
çıxış etdiyinə görə tərifnamə ilə
təltif edilib. 2006-cı ildə Heydər
Əliyev Fondunun prezidenti,
UNESCO-nun
və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə ABŞ-da təşkil olunmuş
konsertdə çıxış edib. 2007-ci ildə uşaq
musiqi və incəsənət məktəbləri
şagirdlərinin simli alətlər
üzrə respublika müsabiqəsində
uğurla
çıxış etdiyinə görə tərifnamə
ilə mükafatlandırılıb.
Bu
illər ərzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında Teymur Göyçayevin
rəhbərliyi altında kamera orkestri ilə çıxış edib. 2010-cu ildə
uşaq musiqi və
incəsənət məktəbləri şagirdlərinin simli alətləri üzrə II respublika müsabiqəsində uğur
qazanıb.
2010-cu ildə Azərbaycan
Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin instrumental ifaçılıq ixtisasına skripka aləti üzrə dəyərli müəllimi,
ona həmişə
dəstək olan
Ağahüseyn Hüseynovun
sinfinə daxil
olub.
2012-ci ildə
Budapeştdə keçirilən beynəlxalq müsabiqənin
laureatı adını qazanıb. Elə həmin
il görkəmli Azərbaycan bəstəkarı,
SSRİ xalq artisti Fikrət
Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş
orta ixtisas musiqi məktəbləri arasında gənc
ifaçıların müsabiqəsində
çıxış edərək I dərəcəli diplomla təltif olunub.
2014-cü ildə Musiqi Kollecini bitirdikdən sonra
Bakı Musiqi
Akademiyasına daxil
olub.
Gənc istedadın ən
böyük arzusu Koreyada musiqi təhsilini davam
etdirmək, məşhur italyan skripkaçısı
Paqanininin konsertlərini ifa
etmək, tanınmış skripkaçı olmaqdır.
Sifai
Səfərova
Azərbaycan
müəllimi.- 2014.- 28 noyabr.- S.10.