"Yeni uşaq mahnıları-2013"

müsabiqəsinin qalibi

 

Cavid Haqverdiyev 2005-ci ildə  Bakı şəhərində anadan olub.  Hazırda paytaxtdakı 252 nömrəli  tam orta məktəbin  IV sinfində təhsil alır. Sinif rəhbəri Aybəniz Həsənova şagirdinin istedadlı yeniyetmə olduğunu, onda yüksək yaradıcılıq keyfiyyətlərinin aşkar olunduğunu, məktəbin ictimai işlərində fəal iştirak etdiyini söylədi. Dedi ki, Cavid artıq  4 ildir ki, Nizami rayon  Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində "Azəri inciləri" vokal qrupunun solistidir. Könül oxşayan ifaları ilə tamaşaçılarda xoş ovqat yaradan bu yeniyetmə  müxtəlif telekanallarda  bir-birindən maraqlı uşaq verilişlərində  iştirak edib. Xəzər televiziyasında yayımlanan  "Könül dünyamız" adlı verilişdə məharətli ifası onu sevənlərin, səsinin sehrinə düşənlərin  sayını birə-beş artırıb. 2014-cü ildə S.Vurğun adına  Azərbaycan Rus Dram Teatrında  keçirilən "Bizim rəqs dünyamız" adlı   hesabat konsertindəki çıxışları, "Qaranquşum", "Kəndimiz",  "Dostluq mahnısı" və digər ifaları ilə  Cavid əsl istedad sahibi olduğunu bir daha sübut edib.  İstedadlı yeniyetmə dəfələrlə rayon, şəhər, respublika, beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirak edərək fəxri fərman və diplomlara layiq görülüb. O, 2013-cü ildə Yeni  uşaq mahnıları müsabiqəsində I yeri tutaraq qalib adını qazanıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən konsertdə, Təhsil Nazirliyinin, şəhər, rayon icra hakimiyyətlərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  təşkil etdiyi uşaq tədbirlərində fəal iştirakı, qocalar  uşaq evlərindəki çıxışları Cavidin gələcəkdə gözəl bir sənətçi olacağından xəbər verir. Bir-birini əvəz edən uğurları hamı kimi bizdə də onun parlaq gələcəyinə inamı artırır.

Cavid həmçinin  idmanın karate-simmey do idman növü ilə məşğul olur. Bu idman növü üzrə  keçirilən yarışlarda  o, dəfələrlə fiziki qüvvəsini nümayiş etdirərək qırmızı yaşıl kəmərlərin  sahibi olub.

 

Sifai Səfərova

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.10.