Dünyanın ən yüksək reytinqli universitetlərində

təhsil alan azərbaycanlı tələbələr

 

Səbinə ŞAHBAZZADƏ,

Kaliforniya Berkli Universiteti

 

1986-cı ildə Bakıda anadan olub. 2002-ci ildə  İncəsənət Gimnaziyasını əla qiymətlərlə bitirib.  2007-ci ildə Bakı Dövlət Universitetini informatika ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini marketinq ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Amerika Birləşmiş Ştatlarının Kaliforniya Berkli Universitetində magistratura təhsili alır.

  

Orxan HƏSƏNOV,

Kembric Universiteti

 

1991-ci ildə Bakıda anadan olub. 2008-ci ildə 6 nömrəli tam orta məktəbi bitirib. 2013-cü ildə Böyük Britaniyanın  Nyukasl Universitetini kimya mühəndisliyi ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2013-2014-  tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Kembric Universitetində  kimya mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb.

 

Mətin İBRAHİMOV,

Harvard Universiteti

 

1983-cü ildə Sumqayıt şəhərində anadan olub.  2000-ci ildə Sumqayıtdakı Texniki Təbiət Elmləri Liseyini əla qiymətlərlə bitirib. 2000-2006-cı illərdə Türkiyənin İstanbul Universitetinin tibb fakültəsində həkimlik ixtisası üzrə baza ali tibb təhsili dərəcəsi alıb. 2006-2012-ci illərdə İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsində  qulaq-burun-boğaz cərrahı ixtisası üzrə rezidentura  təhsilini başa vurub. 2012-2014-cü illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində qulaq-burun-boğaz xəstəlikləri üzrə ixtisasartırma təhsili alıb.

 

Fuad HACIYEV,

London İmperial Kolleci

 

1986-cı ildə Bakıda anadan olub. 2005-ci ildə Bakı Türk Anadolu Liseyini bitirib. 2010-cu ildə Qafqaz Universitetini mühəndis-proqramçı ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2013-2014-  tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində proqramlaşdırma (kompüter mühəndisliyi) ixtisası üzrə magistr təhsilini başa vurub.

 

Nihad YOLÇUYEV,

London İmperial Kolleci

 

1990-cı ildə Bakıda anadan olub. 2008-ci ildə Bakıdakı  E.Quliyev adına  145 nömrəli tam orta məktəbi bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetini tətbiqi riyaziyyat ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb.  2013-2014-  tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində proqram təminatı mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb.

 

Kamran XAMMƏDOV,

London İmperial Kolleci

 

1991-ci ildə Qusar şəhərində anadan olub. 2008-ci ildə Bakı Özəl Türk Liseyinin Dədə Qorqud filialını bitirib.  2013-cü ildə Türkiyənin Orta Doğu Texnik Universitetini kimya mühəndisliyi ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb.  2013-2014-  tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində kimya  mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb.

 

Aqşin QULİYEV,

London İmperial Kolleci

 

1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Bakıdakı Texniki Humanitar Liseyi bitirib. 2010-cu ildə Bakı Dövlət Universitetini informatika ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb.  2013-2014-  tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində proqram təminatı mühəndisliyi  ixtisası üzrə magistr təhsili alıb.

 

Nemət SƏFƏROV,

London İmperial Kolleci

 

1988-ci ildə Bakıda anadan olub. 2005-ci ildə Bakıdakı 111 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib.  2009-cu ildə Bakı Dövlət Universitetini iqtisadi kibernetika ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2012-ci ildə Böyük Britaniyanın London İmperial Kollecini riyaziyyat maliyyə ixtisası üzrə başa vuraraq magistr dərəcəsi alıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində tətbiqi riyaziyyat riyazi fizika ixtisası üzrə aspirantura təhsili alır.

 

Güllər TAĞIYEVA,

London İmperial Kolleci

 

1986-cı ildə Bakıda anadan olub. 2004-cü ildə Bakı Kompüter Kollecinin tərkibindəki məktəbi bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetini biologiya ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində ekologiya ixtisası üzrə magistr təhsili alıb.

 

Hazırladı: Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.6.