Ali məktəblərdə elmin vəziyyəti ilə

bağlı araşdırmalarımız nə göstərdi?

  

Dünyanın yüksək reytinqli universitetlərinin əksəriyyəti həm də nəhəng elm mərkəzləri kimi tanınır. Bu müəssisələrdə geniş elmi-tədqiqat işləri aparılır, dünya elminə töhfələr verən böyük layihələr həyata keçirilir. Elmin müxtəlif sahələri üzrə tədqiqatlar əsasən universitetlərin bazasında yerləşən elmi-tədqiqat mərkəzlərində və laboratoriyalarda aparılır. Bu tədqiqatlar və araşdırmalar həmin universitetlərin reytinq cədvəlinin yuxarı sıralarında olmasına da mühüm təsir göstərir. Dünyada, bir qayda olaraq, ali məktəblərdə elmin inkişaf səviyyəsi universitetlərin reytinqini formalaşdıran əsas parametrlərdən biri hesab edilir. Məhz buna görə də dünyanın ali təhsillə məşğul olan tanınmış reytinq şirkətləri universitetlərin fəaliyyətinin qiymətləndirilməsində  elmin inkişafı ilə bağlı nailiyyətləri əsas meyar kimi dəyərləndirirlər. Times Higher Education və QS kimi şirkətlərin qiymətləndirmə meyarlarında universitetlərin elmi nailiyyətləri əsas göstəricilərin təxminən 40 faizini təşkil edir.

Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərində alimlərlə yanaşı orada təhsil alan tələbə və mütəxəssislər də yaxından iştirak edirlər ki, bu da onların gələcək  karyeralarına çox müsbət təsir göstərir. Universitetlərdə elmin inkişafı həm də bu müəssisələrə böyük miqdarda pül vəsaitlərinin daxil olması deməkdir. Müxtəlif dövlət qurumları və özəl şirkətlər tərəfindən verilən sifarişlər əsasında universitetlərdə nəhəng elmi layihələr həyata keçirilir. Kaliforniya Texnologiya İnstitutu Amerika Birləşmiş Ştatlarının Kosmik tədqiqatlar üzrə dünya nəhəngi hesab edilən NASA-nın Reaktiv Hərəkətlər Laboratoriyasını idarə edir. Sifarişli tədqiqatlara istehsalçı şirkətlər xüsusi maraq göstərirlər. Həmin şirkətlər təqdim etdikləri məhsulların əksəriyyətini, demək olar ki, bu universitetlərin laboratoriyalarında hazırlayır və ya sınaqdan keçirirlər. Eyni zamanda, dünyanın ən yüksək reytinqli universitetlərinə nəzər saldıqda görürük ki, bu müəssisələrdə elmi layihələrin həyata keçirilməsi üçün hər il böyük miqdarda maliyyə vəsaiti xərclənir.  ABŞ-ın təkcə Harvard Universitetində elmi tədqiqatlara hər il təxminən 1 milyard ABŞ dollarına yaxın  vəsait ayrılır. Tədqiqatlar universitetin məktəblərində, Redklif Qabaqcıl Tədqiqatlar İnstitutunda, 100-dən artıq elmi-tədqiqat mərkəzlərində, kampuslarda, həmçinin dünyanın müxtəlif ölkələrindəki institutlarında həyata keçirilir. Böyük Britaniyanın Kembric Universitetinə nəzər saldıqda isə görürük ki, bu universitet il ərzində elmi-tədqiqat işlərinə təxminən 650 milyon funt-sterlinq sərf edir. Universitetin tərkibində Onkologiya, Afrika Araşdırmaları, Tətbiqi Tibbi Statistika, Beyin Bərpası və sair mərkəzlər, Aviasiya və Ətraf Mühit, Astronomiya, Dil Tədqiqatı institutları fəaliyyət göstərir. Nəzərə çatdıraq ki, belə universitetlərin sayı çoxdur və dünyanın ən yaxşı universitetləri bu nailiyyətlər əsasında yüksək reytinqnüfuz qazanıblar.

Massaçusets Texnologiya İnstitutu çoxsaylı elmi kəşflərin yarandığı məkandır. Azad proqram təminatı hərəkəti və GNU layihəsi, nüvənin maqnit yaddaşı, radar, bir elektron tranzistoru, dizayn nəzəriyyəsinin rəqəmsal sxemisair kimi kəşflər bu universitetin alimləri tərəfindən həyata keçirilib. Massaçusets Texnologiya İnstitutunun alimləri kibernetika, kompüterin dili, robot texnikası, açıq açarlı kriptoqrafiya sahələri üzrə böyük nailiyyətlər əldə ediblər. Subatomkvant nəzəriyyəsinə əlavələrinə görə institutun fizika fakültəsinin 8 alimi Nobel mükafatına layiq görülüb.

Yuxarıda adlarını çəkdiklərimiz universitetlərin alimləri dünya elminə məlum olmayan bir çox kəşflər ediblər. Nobel mükafatına layiq görülənlərin də əksəriyyəti məhz bu kimi universitetlərdə çalışan alimlərdir. Təkcə Kembric Universitetində dünya elminə böyük töhfələr vermiş 80-dən çox Nobel mükafatçısı var.

Keçmiş postsovet respublikalarında olduğu kimi, Azərbaycanda da bu gün elmin inkişafı ilə əsasən dövlətin bir çox elmi-tədqiqat institutlarını özündə birləşdirən Azərbaycan Milli Elmlər Akademiyası məşğul olur. Bu təşkilat istər sovetlər birliyi dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan elminə dəyərli töhfələr verib. Ancaq bununla yanaşı, Azərbaycanda elmi-tədqiqatlar paralel olaraq universitetlərdə də aparılır. Ali təhsil müəssisələrində elmin inkişafı ilə bağlı hər il dövlət büdcəsindən müəyyən məbləğdə vəsait də ayrılır. Qeyd olunan nümunələrdən də göründüyü kimi, Azərbaycanda elm strateji olaraq ayrı-ayrı strukturlarda həyata keçirilsə də, bu gün universitetlərimizdə bu sahənin inkişafına mane olan heç bir baryer mövcud deyil. Yəni, konkret desək, dövlət elm və tədqiqatların həm də alternativ olaraq ali məktəblərdə inkişaf etdirilməsində maraqlıdır. Bizi maraqlandıran məsələ isə ondan ibarətdir ki, bəs ölkəmizin ali təhsil müəssisələrində elmin inkişafı ilə bağlı hansı addımlar atılır? Hansı tədqiqatlar aparılır? Bunun üçün lazımi şərait varmı? Bu məqsədlə paytaxtda yerləşən bir sıra universitetlərdə olduq. 

 

Aydın KAZIMZADƏ,

Bakı Dövlət Universitetinin elm

innovasiyalar üzrə prorektoru, professor

 

Universitetimizdə elmi strukturlar mövcuddur. Hazırda universitetin tərkibində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu və Tətbiqi Riyaziyyat  Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir. Bundan başqa, universitetin struktur bölmələri arasında 3 elmi-tədqiqat mərkəzi və 24 elmi-tədqiqat laboratoriyası var. Bu laboratoriyaları həm də uyğun fakültələrdəki kafedralara təhkim etmişik. Məqsədimiz elmi işlərin elmi-tədqiqat mərkəzləri ilə yanaşı kafedralarda da aparılmasını təmin etməkdir. Təxminən 300 nəfərə yaxın əməkdaşımız elmi strukturlarda çalışır. Bundan başqa, 1200 nəfər professor-müəllim heyəti də elmi işlərdə yaxından iştirak edir, tədqiqatlar aparırlar. Bununla yanaşı tələbələr də bu işlərə cəlb olunur.

Universitetdə 90-a yaxın qrant proqram üzərində işləyirik. Bunun 65-i beynəlxalq proqram qrantdır. Bu qrantlarda iştirak etməklə həm universitetə gəlir gətiririk, həm elmi potensialımızı artırırıq. Bütün bunların nəticəsidir ki, universitet bir il müddətində təxminən 5-7 milyon dollar gəlir əldə edir.  Məsələn, nanotexnologiyanın neftçıxarmada tətbiqi ilə bağlı 1 milyon dollar dəyərində beynəlxalq qrant udmuşuq. Bundan başqa, Elmin İnkişafı Fondunun verdiyi  elanlarda da yaxından iştirak edir qrantlar qazanırıq.

Yüksək reytinqli impakt-faktorlu jurnallarda son zamanlar respublikamızdan təxminən 600-650 məqələ dərc olunub. Təkcə 2013-cü ildə universitetimizin alimlərinin 165 məqaləsi yüksək reytinqli impakt-faktorlu jurnallarda dərc olunub. Bu məqalələr universitetimizin dünya ali təhsil müəssisələri arasında reytinqinin yüksəlməsinə səbəb olur. Nəzərə çatdırım ki, artıq 3 ildir Küest İnformasiya Agentliyinin reytinq cədvəlində universitetimiz 20 min universitet arasında Elitar Universitetlər adlanan ilk 700-lüyə  daxildir. 2005-ci ildən universitetimizdə nanotexnologiya laboratoriyası fəaliyyət göstərir. 2011-ci ildə universitet alimləri tərəfindən nanotexnologiya sahəsində əldə olunan uğurlar UNESCO-nun illik hesabatında kitabça şəklində təxminən 17 səhifə həcmində dərc olunub. 2012-ci ildə isə BDU bu istiqamətdə gördüyü işlərə görə İSESCO-nun xüsusi mükafatına layiq görülüb. 

 

Arif ŞƏRİFOV,

Azərbaycan Memarlıq İnşaat Universitetinin

elm texnika işləri üzrə prorektoru, professor

 

Universitetimizdə əsasən memarlıq, inşaat digər elm sahələrini əhatə edən müasir problemlərə həsr olunan müxtəlif elmi-tədqiqat işləri aparılır. Bu tədqiqat işləri bütün kafedralarda həyata keçirilir. Biz artıq 2014-2018-ci illəri əhatə edən elmi-tədqiqat işlərinin planını təsdiq etmişik. Hazırda bu plan üzrə tədqiqat işlərimiz davam etdirilir. Universitetimizdəki kafedralarda tədris tədqiqat işləri ilə bağlı çoxlu sayda laboratoriyalar  mövcuddur. Kafedralardakı laboratoriyalardan əlavə sırf elmi-tədqiqat işləri aparılan 6 laboratoriyamız fəaliyyət göstərir. Aparılan bütün elmi işlər elmi-tədqiqat şöbə tərəfindən əlaqələndirilir.  4 elmi jurnal nəşr olunur.

Sevindirici haldır ki, son illər müəllimlərimizin elmi məqalələri nüfuzlu jurnallarda dərc olunur. Təkcə 2013-cü ildə universitet alimlərinin 123 məqaləsi xarici elmi jurnallarda işıq üzü görüb. Həmin məqalələrdən 8-i isə  yüksək reytinqli impakt-faktorlu jurnallarda dərc olunub.

Bundan başqa, son vaxtlar abidələrin bərpası mühafizəsi laboratoriyasında çox mühüm elmi-tədqiqat işi aparılmışdır. Həmin laboratoriyaya rəhbərlik edən rektorumuz Gülçöhrə Məmmədovanın elmi-tədqiqat işi nəticəsində Şəkinin Kiş kəndində yerləşən Kiş abidəsi fərqli üsullarla yenidən bərpa edildi. Universitet alimləri elmi-tədqiqat işlərini artırmaqla bu sahədə daha böyük uğurlar əldə edir. Bu işlərə tələbələr xüsusi ilə cəlb olunur. Əvvəlki illərdən fərqli olaraq indi tələbələr tədqiqat işlərinə daha çox maraqlıdırlar. Düşünürəm ki, elm sahəsi ölkəmizdə inkişaf mərhələsindədir. 

 

Eldar ŞAHGƏLDİYEV,

Xəzər Universiteti magistratura, doktorantura

elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru

 

Azərbaycanda ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universitetinin 200 nəfərə yaxın müəllim heyətindən təqribən 30 nəfəri elmi-tədqiqat işi ilə məşğul olur. Bu günə qədər universitet üzrə 6 elmi işə patent alınmışdır.

Universitet xarici təşkilatlar tərəfindən maliyyələşdirilən qrant layihələrində fəal iştirak edir. Son 2 ildə bu layihələrdən 533.000 manat qazanc əldə olunmuşdur.

Elmi-tədqiqat işlərini yüksək səviyyədə aparmaq üçün universitetimizdə lazımi baza şəraiti elmi  mühit mövcuddur. Elmi-tədqiqatlar əsasən 4 elmi-tədqiqat müəssisəsində aparılır. Bunlar Təhsil Siyasəti İnstitutu, Qafqaz Araşdırmaları Tədqiqat Mərkəzi, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi, Lüğət Ensiklopediya Mərkəzidir.

Universitetdə tədris laboratoriyaları ilə yanaşı iki tədqiqat laboratoriyası da  fəaliyyət göstərir. Həm inşaat materiallarının sıxlığının ölçülməsi laboratoriyası, həm neft yataqlarında aparılan tədqiqatlar üçün nəzərdə tutulan kompüter simulyasiyası laboratoriyası müasir qurğu avadanlıqlarla təchiz olunmuşdur.

Son illər universitetimizdə 6 nəfər tədqiqatçı əməkdaş tərəfindən yazılmış məqalələr nüfuzlu beynəlxalq impakt-faktorlu elmi jurnallarda dərc olunub.

Qrantlar əsasında yerinə yetirilən elmi-tədqiqat işləri universitetin araşdırma fəaliyyəttində xüsusi yer tutur hazırda qrantlar əsasında 7 tədqiqat layihəsi yerinə yetirilir.

Universitetdə çalışan əməkdaşlar müxtəlif nüfuzlu beynəlxalq institutların tədqiqatçıları ilə birgə araşdırmalar aparırlar. Bu yaxınlarda İtaliyanın Milan şəhərində "Egea" nəşriyyatı tərəfindən "Xəzər dənizi şahmat taxtası: geosiyasi, geostrateji geoiqtisadi təhlil" adlı kitab nəşr edilmişdir. Kitabın həmmüəllifləri SAM-ın (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi) əməkdaşı, Xəzər Universitetinin müəllimi doktorantı Azad Qəribov İSPİ-nin (İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu) əməkdaşı Karlo Frappidir.

 

Rahim HÜSEYNOV,

Təfəkkür Universitetinin

prorektoru, professor

 

Universitetimizdə elmə xüsusi diqqət yetiririk. Düzdür, bizim universitetin dövlət ali təhsil müəssisələri ilə müqayisədə çoxlu sayda elmi-tədqiqat laboratoriyaları yoxdur. Laboratoriyalarımız əsasən tədris laboratoriyalarıdır. Lakin buna baxmayaraq müxtəlif elmi-tədqiqat institutlarının laboratoriyalarında universitetin professor-müəllim heyəti araşdırmalar aparır. Bundan başqa, alimlərimizin elmi məqalələri istər respublikamızda, istərsə xaricdə nəşr olunan elmi jurnallarda dərc olunur. Təkcə xarici jurnallarda çıxan məqalələrin sayı 49-a çatır. Onlardan 4-ü yüksək reytinqli impakt-faktorlu jurnallardır.

Universitetimiz dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıqlar çərçivəsində Təfəkkür Universiteti  Hollandiyanın Van Holl Universiteti ilə bağlanmış müqaviləyə əsasən TASİS-TEMPUS proqramı üzrə ekologiya sahəsində 250 (iki yüz əlli) min avro dəyərində qrant udmuş həmin qrantın hesabına müasir tələblərə cavab verən laboratoriya yaradılmışdır.

Elmi-tədqiqat işlərində fəal iştirak edən universitetin nəqliyyat tətbiqi mexanika kafedrasının professoru İlyas Əliyev 2013-cü ildə qırma daş-mastikalı asfalt-beton üçün stabilləşdirici əlavə ixtirasına İ 20130027 saylı patent almışdır. Patentin istehsalatda tətbiqi asfalt-beton qarışığının keyfiyyətini yüksəldir, nəticədə onun işləmə qabiliyyətini 1,5 dəfə çoxaldır asfalt-betonun işləmə müddəti uzadılır. Həmçinin yol inşaat materiallarının keyfiyyətli istifadəsinə imkan yaradır, iqtisadi səmərəliyini artırır.

 

Yusif ƏLİYEV,

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.5.