Azərbaycan Dillər
Universitetində
layihənin təqdimatı olub
Noyabrın
21-də Azərbaycan Dillər
Universitetində Böyük
Britaniyanın "Pearson" şirkəti ilə anlaşma memorandumuna əsasən həyata keçirilən böyük
layihələrdən biri
olan EDI (Education Development International) Cert
TEFL ("İngilis Dilini
xarici dil kimi Tədris edən müəllimlərin
Beynəlxalq Müəllimlik
Sertifikatı") adlı
layihənin təqdimat
mərasimi keçirilib. ADU-nun Dil Xidmətləri Mərkəzinin təşkilatçılığı
ilə baş tutan mərasimi universitetin elmi işlər üzrə prorektoru, professor Dünyamin
Yunusov açaraq ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd
Seyidovun adından iştirakçıları salamlayıb.
Qonaqları təqdim edən prorektor
"Pearson" şirkətinin yaranma tarixindən söz açaraq qeyd edib ki,
onun dünyanın 80 ölkəsində 40 mindən
çox işçisi
var, hazırda isə onlar bütün yaş dərəcələrindən olan
insanlara təhsil vasitəsilə uğurlar
qazanmaq üçün
köməklik göstərirlər.
Bildirilib
ki, təşkilatın
verdiyi sertifikatlar dünyanın 100-dən artıq
ölkəsində tanınır.
Təhsil nazirinin
müavini Ceyhun Bayramov tədbirin ölkədə yaddaqalan hadisələrdən biri olacağını söyləyərək
qloballaşmanın, mədəniyyətlərarası
proseslərin, Azərbaycanın
beynəlxalq aləmə
sıx inteqrasiyasının
ölkəmizdə xarici
dillərin tədrisi,
beynəlxalq səviyyədə
kadrların yetişdirilməsi
və Azərbaycan təhsil sisteminin modernləşməsi zərurətini
daha da önə
çəkdiyini
bildirib. Nazir müavini bu istiqamətdə "Azərbaycan
Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 24 oktyabr
2013-cü il tarixli sərəncam imzaladığını
deyib. C.Bayramov dünya səviyyəsində
tanınan nüfuzlu təhsil-təlim şirkəti
olan "Pearson"un Azərbaycanda ofisinin açılmasının
ingilis dilinin tədrisi və ingilis dili biliklərinin
sertifikatlaşdırılması baxımından önəmli
olduğunu söyləyib.
"Pearson" şirkətinin peşə təhsili sahəsində də çox böyük işlər gördüyünü,
tədris resurslarının
hazırlanması sahəsində
dünyada tanınmış
şirkətlərdən biri
olduğunu qeyd
edən C.Bayramov Azərbaycanda bu istiqamətdə görülən
işlər və layihələr haqqında
məlumat verib. O,
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı",
yeni nəsil təhsil standartlarının
tətbiqi ilə əlaqədar olaraq
2014-2015-ci tədris ilindən
etibarən ölkənin
aparıcı təhsil
müəssisələrində reallaşan SABAH layihəsindən
danışıb. C.Bayramov Azərbaycanda
Avropa dillərinin tədrisi sahəsində elmi-metodik mərkəz funksiyasını yerinə
yetirən Azərbaycan
Dillər Universiteti və "Pearson" şirkətinin
"EDI Cert TEFL" layihəsinin birgə həyata keçirmələrinin hər
iki tərəfə faydalı olacağını
söyləyib və yüksək səviyyəli
kadrların yetişdirilməsində
ölkəmizə töhfə
verəcəyinə əminliyini
ifadə edib.
Oksbric
Təhsil Xidmətlərinin
direktoru Con Florey layihənin
təqdimatının Azərbaycan
Dillər Universitetində
keçirilməsindən xoş
hisslər keçirdiyini
deyərək "Pearson" şirkəti haqqında ətraflı məlumat verib və layihə
ilə maraqlananlara tərəfdaş qurum kimi gələcəkdə
bilik və bacarıqlarını inkişaf
etdirməkdə kömək
etməyə hazır
olduqlarını bildirib.
ADU-nun dil xidmətləri
mərkəzinin direktoru
Günel Məmmədova
və Oksbric Təhsil Xidmətlərinin
təhsil üzrə direktoru Tayson Lemons EDI
(Education Development International) Cert TEFL ("İngilis Dilini xarici dil kimi
Tədris edən müəllimlərin Beynəlxalq
Müəllimlik Sertifikatı")
adlı layihə haqqında məlumat veriblər. Layihədə
yer alan
qiymətləndirmə metodologiyası,
təlim-tədrisdəki təcrübə,
müəllim müşahidəsi,
yazılı qiymətləndirmə,
ixtisas seçimi, qeydiyyat qaydaları haqqında geniş məlumat verilib.
"Pearson" şirkətinin
fəaliyyəti və
təqdim olunan layihə haqqında videoçarx nümayiş
olunub.
Sonda
tələbələri maraqlandıran
suallar cavablandırılıb.
ADU-nun İctimaiyyətlə əlaqələr
departamenti
Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.2.
AZƏRBAYCANIN
TƏHSİL NAZİRLƏRİ
DÜNYA
UNİVERSİTETLƏRİ
DÜNYA TƏHSİLİ
DÜNYA
ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ
QƏBUL
Copyright 2014 © All Rights Reserved.
Created and
supported by Mehman Shafagatov