Dəyərlər, standartlar, tələblər
Bildiyimiz kimi, İKT-nin
inkişafı həyatın bütün
sahələrində, həmçinin təhsildə
qloballaşmanı sürətləndirmişdir. Bu gün qarşımızda duran
əsas vəzifə ölkəmizdə zamanın tələblərinə
cavab verən, milli dəyərlər,
adət-ənənələr üzərində qurulan təhsil sistemi formalaşdırmaq,
dünyəvi biliklərə malik şəxsiyyət
yetişdirməkdir.
Hər bir şəxs yaşadığı cəmiyyətin
övladıdır. Şəxsiyyətin formalaşmasında valideyn, müəllim və şagird
əməkdaşlığı mühüm
rol oynayır. Münasibətlərin
formalaşmasında məktəbin xüsusi
yeri vardır. Belə ki, məhz məktəb işləri sistemli şəkildə qurmalı, bütün tərəflərin əməkdaşlığını
nizamlamalıdır. İşləri planlaşdırarkən
ailə və məktəb mühiti
önə çəkilməli, ətraf aləm faktoru nəzərə alınmalıdır.
Lakin heç vaxt unutmamalıyıq ki,
tərbiyələndirəcəyimiz insandır. Onun öz dünyası, həyata
baxışı var.
Şəxsiyyətin
formalaşmasına bir funksiya
kimi baxsaq, onun asılı olduğu
arqumentlər ailə, məktəb və ətraf aləm
olacaqdır.
Şəxsiyyət
yetişdirmək üçün ailədə
münasibətlər düzgün
qurulmalı, məktəb öz
funksiyasını layiqincə yerinə yetirməli, cəmiyyət
sağlam olmalıdır.
Şəxsiyyətin
formalaşması əsasən uşaqlıq və yeniyetməlik
illərinə təsadüf etdiyindən orta
məktəbdə tədris tərbiyə üzərində
qurulmalı, dərslər bilik verməklə
yanaşı maarifləndirmə funksiyasını da yerinə yetirməlidir.
Fikirlərimi VI sinifdə
riyaziyyat fənn kurikulumunun
tələbləri əsasında tədris etdiyim
"Faiz" mövzusuna
aid dərs nümunəsi üzərində
izah edəcəyəm.
Mövzu: Faiz
Dərsin məqsədi:
Faiz anlayışını möhkəmləndirmək.
Faizə aid bilikləri məsələ həllinə
tətbiq etmək. Şagirdləri çalışmaların
həlli zamanı optimal üsulların
seçilməsi vərdişlərinə
alışdırmaq.
Dərsin tipi: bilikləri möhkəmləndirən dərs
İş formaları: kollektiv,
fərdi və qrupla iş
Təlim
üsulları: beyin həmləsi
İnteqrasiya: Vergi, fizika - 2.1.2, 2.1.3, informatika
- 3.1.2, 3.3.2, astronomiya, biologiya
Resurslar: dərslik, iş vərəqləri,
kompüter, proyektor.
Standart: 1.2.5. Faizə aid məsələləri
həll edir.
Dərsin fəaliyyət
xətləri: problemin
həlli, mühakiməyürütmə,
təqdimetmə, əlaqələndirmə,
ünsiyyətqurma
Qiymətləndirmə üsulu: şifahi və yazılı təqdimat
Qiymətləndirmə vasitəsi: meyar cədvəli
Dərsin
məqsədindən göründüyü
kimi, "Faiz" yeni mövzu deyil. Dərs zamanı faizlərin
daha optimal üsullarla
hesablanmasını öyrənəcəyik.
Mövzunu vergiyə inteqrasiya
edərək gələcək
sahibkarlarda vergi bilgilərini və mədəniyyətini formalaşdırmağa
çalışacağam.
Əvvəlcə şagirdləri
qruplara bölüb, qrupları mövzuya uyğun adlarla adlandırdıq - "Faiz",
"Onluq kəsr",
"Adi kəsr",
"Vergi". Bölgünü müxtəlif məqsədlər
üçün aparmaq
olar - şagirdlərin
bilik səviyyəsinə,
qruplara veriləcək
tapşırıqların məzmununa
görə və sair.
Motivasiyanın
ilk mərhələsində şəkillərdən hazırladığım
videonu nümayiş etdirdim. Şagirdlər faizin adına uyğun olaraq ədədin hissəsi (1 faiz sözü mənşəcə
latın sözü olub (pro centum), mənası
"yüzün hissəsi"
deməkdir) olduğunu,
ilin fəsillərinin
ilin dörddə bir hissəsini təşkil etdiyini, fəsillərin birləşərək 1 il
yaratdığını söylədilər,
faizin tətbiq sahələrini göstərdilər.
Hissəsinə
görə ədədin
tapılmasını gələcəkdə
ətraflı keçəcəyimizi
qeyd edib sinfə aşağıdakı
yönəldici suallarla
müraciət etdim.
1) Faizi daha asan üsulla adi və ya
onluq kəsrə çevirmək olarmı?
Tapşırıq: İnsan beyninin 80%-nin su olduğu
məlumdur. Beynin neçə hissəsi
sudur?
Həlli:
Cavab: Beynin
və ya 0,8 hissəsi sudur.
2) Adi və ya onluq kəsri
daha optimal üsullarla
faizə çevirmək
olarmı?
Tapşırıq: Vergidən yığılan
gəlirlər dövlət
büdcəsinin təqribən
0,33 hissəsini təşkil edir. Vergi dövlət büdcəsinin
neçə faizini təşkil edir?
Həlli:
Cavab: Vergi dövlət
büdcəsinin təqribən
33%-ni təşkil edir.
Tədqiqat sualı:
Sadə faiz məsələlərini daha
asan üsulla həll etmək olarmı?
Məsələ: Muzdlu
işlə məşğul
olan işçinin aylıq əməkhaqqı
200 man. idi. İşçinin əməkhaqqından
yaşayış minimumu
üçün nəzərdə
tutulmuş məbləğ
(indiki halda 136 manat) çıxıldı.
O, sonra yerdə qalan pulundan 14%-i məbləğində gəlir vergisi ödədi. İşçinin cəmi neçə
manat pulu qaldı?
Həlli: Ümumi
məbləğdən yaşayış
minimumu üçün
nəzərdə tutulmuş
pulu çıxaq.
200 - 136 = 64
64 manatdan 14% gəlir vergisi ödənilməlidir.
İşçinin
alacağı pulu tapaq.
136 + 54,04 = 190,04
Cavab: İşçinin cəmi 190,04 manat pulu qaldı.
Tədqiqatı qruplara
iş vərəqləri
paylamaqla davam etdiririk. İş vərəqlərindən nümunə.
1) Məsələ: Sahibkarlıq
fəaliyyəti ilə
məşğul olan hüquqi şəxs gəlirinin 20% - i məbləğində mənfəət
vergisi ödəməlidir.
Ödəmə onun gəlirinin
hansı hissəsini təşkil edir?
Həlli: 20%-i
hissə ilə göstərək.
Cavab: Mənfəət vergisi sahibkarın gəlirinin hissəsidir.
Mövzunun
müzakirəsini Eyler-Venn
diaqramı vasitəsilə
apardıq.
Yaradıcı tətbiqetmə
Məsələ: Sahibkar
ilin birinci yarısında şəhərdə,
ilin ikinci yarısında kənddə
kiçik biznezlə məşğul oldu. O, şəhərdə gəlirinin
4% - i, kənddə 2%
- i məbləğində
vergi ödədi. Sahibkarın şəhərdə və
kənddə qazancını
təxmin edin. Onun ödəyəcəyi verginin
ümumi məbləğini
hesablayın.
Qeyd: ƏDV qeydiyyata alınmayan və ardıcıl gələn
12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların
həcmi 120000 manatdan az olan vergi ödəyiciləri sadələşdirilmiş vergi
ödəyicisi ola bilərlər.
Ev tapşırığı
Özünüzü
sahibkar hesab edin. Əldə etmək istədiyiniz
gəliri yazın.
Dövlət büdcəsinə ödəyəcəyiniz verginin
məbləğini hesablayın.
Unutmayın, ödəyəcəyiniz
vergi ölkəmizin abadlaşmasına, təhsilimizə,
səhiyyəmizə və
s. sahələrə sərf
olunur.
Qiymətləndirməni
dərsin müxtəlif
mərhələlərində səviyyələr üzrə
aparıb qrupların bir-birini qiymətləndirməsi
ilə yekunlaşdırdıq.
Nurlan
QULİYEVA,
Göygöl rayon Ə.Məmmədov adına
Üçtəpə kənd tam orta məktəbinin
riyaziyyat və informatika müəllimi,
"Ən yaxşı müəllim" (2013) müsabiqəsinin
qalibi
Azərbaycan müəllimi.-
2014.- 3 oktyabr.- S.9.