Ən yüksək
nəticə göstərmiş
müəllimlər
Bakı
Şəhəri üzrə
Təhsil İdarəsinin
keçirdiyi sınaq
qiymətləndirilməsinin nəticələri
əsasında
Ramiz
KAZIMOV,
"Zəngi" liseyinin riyaziyyat müəllimi
1965-ci ildə Sumqayıt şəhərində
anadan olub. 1982-ci ildə Sumqayıt
şəhəri 13 nömrəli
tam orta məktəbi qızıl medalla bitirib.
Elə
həmin ildə Moskva Dövlət Universitetinə daxil olub və 1987-ci ildə universitetin mexanika-riyaziyyat fakültəsini
bitirib. R.Kazımov 1987-ci ildən 1992-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat
İnstitutunda fəaliyyət
göstərib. 1993-cü
ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya
müdafiə edib.
1992-ci ildə "Zəngi" liseyinin yaradıcılarından biri
olub. Hazırda bu liseydə
riyaziyyat müəllimi
işləyir. Təhsil
Nazirliyi tərəfindən
keçirilən kurikulumla
iş üzrə təlim kurslarında iştirak edib.
Şagirdləri hər
il qəbul
imtahanlarında yüksək
nəticələr əldə
edərək Azərbaycanın
və xarici ölkələrin aparıcı
ali təhsil müəssisələrinə daxil
olurlar.
Dərs
dediyi şagirdlərinin
bir çoxu fənn olimpiadalarında və müsabiqələrdə
uğurlu nəticələr
qazanır.
Müəllimlərin sınaq qiymətləndirilməsində
100% nəticə göstərib.
Südabə MURADOVA,
Bakı
şəhəri 220 nömrəli
məktəb-liseyin kimya
müəllimi
1972-ci il avqustun 13-də Bakı şəhərində anadan
olub. 1989-cu ildə
Bakıdakı 270 nömrəli
tam orta məktəbi əla qiymətlərlə
bitirib. Həmin il Azərbaycan
Dövlət Universitetinin
kimya fakültəsinə
qəbul olub. 1994-cü ildə universiteti bitirib. 1994-1995-ci illərdə təyinatla Qobustan rayonu Dərəkənd orta məktəbində,
1995-1996-cı illərdə isə Hövsan qəsəbəsindəki 270 nömrəli
tam orta məktəbdə
kimya müəllimi kimi fəaliyyət göstərib. 1997-1998-ci illərdə Rusiya Federasiyası Komi Muxtar Respublikasının İnta şəhərində
yerləşən Akademik
Gimnaziyada kimya fənnini tədris edib. 2002-ci ildən Bakıdakı Ə.Mahmudov
adına 220 nömrəli məktəb-liseydə
çalışır. 2002-2004-cü
illərdə həmin
məktəbdə təlim-tərbiyə
işləri üzrə
direktor müavini vəzifəsində işləyib.
Azərbaycan Respublikası
Təhsil Nazirliyi və "Mədəd -Azərbaycan" MMC, İntel təşkilatı tərəfindən
təşkil edilmiş
təlim kurslarında
iştirak edib. Yetirmələri fənn olimpiadalarında, ali məktəblərə
qəbul imtahanlarında
yüksək nəticələr
göstərib.
Sınaq
qiymətləndirilməsində 95% nəticə göstərib.
Sevil
MUSAYEVA,
Bakı
şəhəri 53 nömrəli
tam orta məktəbin
ingilis dili müəllimi
1977-ci il avqustun 17-də Bakı şəhərində anadan
olub. Orta məktəb illərində
ingilis dili olimpiadalarında iştirak
edərək müxtəlif
dərəcəli diplomlarla
təltif olunub.
225 nömrəli məktəbi
1994-cü ildə bitirib
və həmin il Azərbaycan
Dövlət Dillər
İnstitutunun ingilis-fransız
bölməsinin filologiya
fakültəsinə daxil
olub. İnstitutu 1998-ci ildə bitirib.
2000-ci ildən Bakıdakı 53 nömrəli
tam orta məktəbdə
çalışır.
Azərbaycan Respublikası
Təhsil Nazirliyi və "Mədəd-Azərbaycan"
MMC, "İntel" təşkilatı tərəfindən
təşkil edilmiş
İKT-nin təhsilə
tətbiqi üzrə
müəllimlərin peşəkarlıq
səviyyəsinin təkmilləşdirilməsi
kurslarında, Britaniya
səfirliyi tərəfindən
ingilis dili müəllimləri
üçün keçirilən
təlimlərdə iştirak
edib.
O, habelə 2012-ci ilin
dekabrında Bakı
"Dünya" məktəbində
ingilis treyner Deyvid Ritsonın apardığı treyninqin,
kurikulumun tətbiqi üzrə kursların dinləyicisi olub. Şagirdlərinin çoxu
ali məktəblərə
qəbul imtahanlarında
ingilis dilindən yüksək nəticələr
əldə edir. Hazırda məktəbin xarici dil kafedrasının metodbirləşmə rəhbəridir.
Sınaq qiymətləndirilməsində
98,33% nəticə göstərib.
Gülşən MƏMMƏDOVA,
Bakı
şəhəri 291 nömrəli
"Araz" ekologiya liseyinin fizika müəllimi
1974-cü il iyunun 9-da Qərbi Azərbaycanın Kalinin rayonunda
anadan olub. 1991-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərinin
20 nömrəli orta
məktəbini bitirdikdən
sonra Bakı Dövlət Universitetinin fizika fakültəsinə
daxil olub. 1996-cı ildə universiteti bitirib. 1997-ci ilin fevralından
Bakı şəhərindəki
291 nömrəli "Araz"
ekologiya liseyində fizika və astronomiya müəllimi vəzifəsində çalışır.
Liseydə işlədiyi
müddətdə üç
dəfə ixtisasartırma
kurslarından keçib.
"Mədəd-Azərbaycan", "İntel" - "Gələcək
üçün Təhsil",
"MİMİO XI İnteraktiv lövhə ilə tədris", "Microsoft Partners in
Learning", kurikulum, yeni
təlim texnologiyalarına
əsaslanan innovativ təlim kurslarında iştirak edib.
Onun dərs dediyi şagirdlər hər il
ali məktəblərə
qəbul imtahanlarında
yüksək nəticələr
göstərirlər. 2012-ci
ilin aprel ayında G.Məmmədovanın
rəhbərliyi ilə
hazırlanmış "Günəş
su qızdırıcısı"
layihəsi 6-cı beynəlxalq
İNEPO EUROASİYA layihə Olimpiadasında qalib gəlib və qızıl medala layiq görülüb.
Sınaq qiymətləndirməsində
98,33% nəticə göstərib.
Afət
AXUNDOVA,
Bakı
şəhəri 60 nömrəli tam orta məktəbin coğrafiya
müəllimi
1964-cü il martın 12-də Qazax rayonunda anadan olub. 1971-1981-ci illərdə orta təhsilini Bakı şəhərindəki 109 nömrəli
tam orta məktəbdə
alıb. 1987-ci ildə Bakı Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini
bitirib.
1987-1995-ci illərdə
Bakı şəhəri
Təbiəti Mühafizə
Cəmiyyətində lektor-metodist
vəzifəsində işləyib.
Pedaqoji
fəaliyyətə 2001-ci ildə
başlayıb. Hazırda
Bakı şəhəri
Yasamal rayonu Paşa Nəzərov adına 60 nömrəli
tam orta məktəbdə
coğrafiya müəllimi
vəzifəsində çalışır.
Yeni
təlim metodları ilə işləyir, dərslərdə İKT-dən
yaradıcı şəkildə
istifadə edir. İxtisas bilik və bacarıqlarını
daim artırmaq qayğısına qalan A.Axundova son illər kurikulum üzrə,
İKT-nin tətbiqi ilə bağlı, eləcə də "İntel" - "Gələcək
üçün təhsil"
kurslarında iştirak
edib və müvafiq sertifikatlar alıb.
Sınaq qiymətləndirilməsində
98,33% nəticə göstərib.
Gülbəniz ƏLİYEVA,
"Zəngi" liseyinin biologiya müəllimi
1974-cü il fevralın 22-də Naxçıvan
şəhərində anadan
olub. Orta məktəbi gümüş
medalla bitirib. 1992-ci ildə Bakı
Dövlət Universitetinə
daxil olub. Sonra Naxçıvan Dövlət
Universitetinə köçürülərək
1997-ci ildə universiteti
bitirib.
2007-ci ildən "Zəngi" liseyində işləyir. Liseydəki
"Kiçik Akademiya"nın fəaliyyətində
yaxından iştirak edir. Təhsil Nazirliyi tərəfindən
keçirilmiş müəllimlərin
peşəkarlıq səviyyəsinin
təkmilləşdirilməsi, elektron jurnal, təhsil portalından istifadə, kurikulum kurslarında iştirak edərək I dərəcəli
sertifikatlara layiq görülüb. Dərslərində şagirdlərin tədqiqatçılıq,
intellektual və yaradıcılıq qabiliyyətlərinin
inkişafına xüsusi
diqqət yetirir.
Yetirmələri respublika fənn
olimpiadalarında uğurla
iştirak edir və qalib yerlər
tutur.
Sınaq
qiymətləndirilməsində 100% nəticə göstərib.
Lalə
ALIYEVA,
Bakı
şəhəri 261 nömrəli
məktəb-liseyin ibtidai
sinif müəllimi
1976-cı il martın 6-da Bakı şəhərində anadan
olub. 1993-cü ildə Bakı şəhəri məktəb-lisey
kompleksini əla qiymətlərlə bitirib.
2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsindən
məzun olub. Elə həmin ildən Bakıdakı 261 nömrəli
məktəb-liseydə ibtidai
sinif müəllimi vəzifəsində çalışır.
Təhsil Nazirliyi tərəfindən
həyata keçirilən
müxtəlif layihələrdə,
təkmilləşdirmə, interaktiv təlim metodları və onların tətbiqi,
İKT-nin təhsildə
tətbiqi üzrə
müəllimlərin peşəkarlıq
səviyyəsinin yüksəldilməsi
məqsədilə təşkil
olunmuş təlim kurslarında iştirak edib. Daim öz üzərində
çalışaraq bilik
və səriştəsini
təkmilləşdirir, tez-tez
"açıq dərs"lər
verir.
Sınaq qiymətləndirilməsində
98,33% nəticə göstərib.
Mətanət EMİNOVA,
Bakı
şəhəri 26 nömrəli
tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
1961-ci il sentyabrın 3-də Naxçıvan
şəhərində anadan
olub. 1978-ci ildə Şərur rayonu Aşağı Yaycı kənd orta məktəbini bitirib.1980-ci ildə
Y.Məmmədəliyev adına Naxçıvan
Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat
fakültəsinin Azərbaycan
dili və ədəbiyyatı ixtisasına
qəbul olub və 1984-cü ildə institutu bitirib. 1984-1993-cü illərdə Şərur rayonu Yuxarı Yaycı kənd orta məktəbində ixtisası
üzrə müəllim
işləyib. 1993-cü ildən Bakının Buzovna qəsəbəsindəki
İ.Tağıyev adına 26 nömrəli
tam orta məktəbdə
çalışır.
Şagirdləri dəfələrlə
bilik yarışlarında
yüksək nəticələr
əldə edib, fənn olimpiadalarının
respublika turunda 1 və 2-ci yerlərə layiq görülüb, yüksək ballarla ali məktəblərə
qəbul olurlar. İxtisasartırma, kurikulum, İKT, "Elektron jurnal" kurslarında olub.
Sınaq qiymətləndirilməsində
96,66% nəticə göstərib.
Zümrüd QULİYEVA,
Bakı
şəhəri 188 nömrəli
tam orta məktəbin
tarix müəllimi
1987-ci il yanvarın 13-də Bakı
şəhərinin Kürdəxanı
qəsəbəsində anadan
olub. 1993-2004-cü illərdə
Kürdəxanı qəsəbəsindəki
H.Ağaverdiyev adına 113 nömrəli
məktəbdə orta
təhsil alıb. 2004-cü ildə orta məktəbi fərqlənmə attestatı
ilə bitirərək
Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 2008-ci ildə
universiteti fərqlənmə
diplomu ilə başa vurub. 2009-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura pilləsində
təhsil alıb.
2011-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilmiş
müəllimlərin işə
qəbulu üzrə müsabiqədə iştirak
edərək Bakıdakı
188 nömrəli tam orta
məktəbdə işləmək
hüququ qazanıb.
2014-cü ildə kurikulum kursunda iştirak edib. Sınaq qiymətləndirilməsində 98,33% nəticə göstərib.
Səhifəni hazırladı: Yusif
ƏLİYEV
Azərbaycan müəllimi.-
2014.- 3 oktyabr.- S.5.