Təhsil Problemləri İnstitutu dünya

təhsil ekspertlərinın marağında

 

25-26 sentyabr 2014-cü il tarixlərində Rusiyanın Moskva şəhərində Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Moskva Dövlət İqtisadiyyat, Statistikaİnformatika Universitetinin təşkilatçılığı ilə "Sərhədsiz dünya: açıq, distant, elektron təhsil - Moskva ICDE 2014" adlı beynəlxalq konfrans keçirilib.

Konfransda ölkəmizi Təhsil Nazirliyi TSİİ-nin Elektronveb məzmunun inkişafı  şöbəsinin müdiri  Namiq Zeynalovbu mötəbər elmi məclisə spiker kimi dəvət olunan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Almaz Həsrət təmsil ediblər. Konfransda Azərbaycan, Banqladeş, Belçika, Belarus, Braziliya, Böyük Britaniya, Vyetnam, Zambiya, Qana, Almaniya, Yəmən, Hindistan, İndoneziya, İran, İspaniya, İtaliya, Qazaxıstan, Kanada, Çin, Livan, Meksika, Nigeriya, Yeni Qvineya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Amerika Birləşmiş Ştatları, Tailand, Tanzaniya, Türkiyə, Fransa, Filippin, Efiopiyab. ölkələrin ali təhsil müəssisələrinin rektorları, prorektorları, professorelm adamları, təhsil sahəsində çalışan tanınmış ekspertlər iştirak ediblər.

Moskva Dövlət İqtisadiyyat, Statistikaİnformatika Universiteti ilə yanaşı Beynəlxalq Açıq və Distant Təhsil üzrə Şuranın da  təşkilatçılıq dəstəyi verdiyi beynəlxalq konfransda distant təhsilin iqtisadi, texniki, pedaqojisosial aspektləri; formal təhsil və praktik fəaliyyət arasında fərqliliyin azalması prosesində açıq və distant təhsilin rolu; təhsil müəssisələrində elektron tədris: problem və imkanları; açıq, distantelektron təhsil sahəsində beynəlxalq, regional, regionlararası əməkdaşlıq və s. kimi məsələlər müzakirə mövzusu olub.

Beynəlxalq konfransın ilk günündə Rusiya Federasiyasının elm və təhsil nazirinin müavini Veniamin Kaqanov  Moskva Dövlət İqtisadiyyat, Statistikaİnformatika Universitetinin rektoru Natalya Tixomirova iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıblar. Sonra söz müxtəlif ölkələrdən gələn xarici spikerlərə verilib. TPİ-nin beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Almaz Həsrət "İnformasiya mədəniyyətinin formalaşmasında yeni texnoloji alətlər sistemi" mövzusunda təqdimat-məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Təqdimatdan sonra A.Həsrət konfrans iştirakçılarının Azərbaycan təhsil sistemi ilə bağlı suallarını cavablandırıb. 

İki gün davam edən konfransda habelə dünya təhsil sistemində elektron təhsil, distant təhsilə keçidonun tətbiqi zamanı zəruri olan xarici ölkələrin təcrübələrinin son nailiyyətləri, onlardan istifadə, ən son texnologiya ilə bağlı maraqlı təqdimatlar da dinlənilib və müzakirələr aparılıb.

Moskva Dövlət İqtisadiyyat, Statistikaİnformatika Universitetinin rektoru Natalya Tixomirova ölkəmiz və  xüsusən də Təhsil Problemləri İnstitutu ilə sıx əməkdaşlıq etmək istəyini bildirib və qarşılıqlı razılığa gəlinəcəyi təqdirdə institutla birliyinin aparılmasından məmnunluq duyacağını söyləyib. Beynəlxalq Açıq və Distant Təhsil Şurasının prezidenti, İndoneziyanın Terbuka (Açıq Universitet) Universitetinin rektoru Tian Belavati, Moskva şəhəri  İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Viktor Zubkov, ABŞ Ontario Elektron Təhsil və Təlim Mərkəzinin prezidenti Maksim Jon-Luis, Kanadanın Ryerson Universitetinin Rəqəmli Təhsil Strategiyası Mərkəzinin direktoru Naza Cafarova, Mordovanın Milli Tədqiqatlar Dövlət Universitetinin Əlavə təhsil şöbəsinin  prorektoru Serqey Pilipenko, Bavariya Virtual Universitetinin direktoru, professor Paul Röhl, İstanbul Mədəniyyət Universitetinin rektoru, professor Hamit Okurb.  Azərbaycanla dostluq, TPİ ilə birgə təhsilin inkişafı yönündə işlər görmək üçün əməkdaşlıq etməyə hər zaman hazır olduqlarını bildiriblər. Konfransda məruzə ilə çıxış edən və müzakirələrə qatılan Almaz Həsrət Azərbaycan təhsil sistemində distant təhsilə keçidlə bağlı görülən işlər və yeniliklər barədə məlumatları distant təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyasında əksini tapmış məsələləri xarici ekspertlərlə paylaşıb.

Beynəlxalq konfransın bağlanış mərasimindən sonra iştirakçılara sertifikatlar təqdim olunub.  

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2014.- 3 oktyabr.- S.4.