Şərəfli
peşəmlə fəxr edirəm
Oktyabrın 5-i biz müəllimlərin peşə
bayramıdır. Müəllim adı dünyanın hər
yerində qürurla, hörmətlə səslənir.
Təsadüfü deyil ki,
UNESCO 1966-cı il oktyabrın 5-də hər
il Beynəlxalq Müəllimlər Gününün qeyd
olunması ilə bağlı qərar verib.
Bu təşkilat eyni zamanda müəllimlərin statusunun
artırılması ilə bağlı tövsiyə xarakterli sənəd
də qəbul edib. İndi
dünyanın 100-dən çox ölkəsi
müəllimlərin peşə bayramını yüksək
səviyyədə keçirir. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasında bu günün qeyd olunması ilə əlaqədar xüsusi sərəncam imzalamışdır.
Qeyd edək ki, dünyanın ən böyük dahiləri öz
müəllimlərini heç vaxt unutmamış, onları həmişə
xatırlamış və yad etmişlər.
Ümummilli lider Heydər
Əliyev də öz müəllimləri
haqqında həmişə ehtiramla
danışırdı. Ulu öndər Azərbaycana
rəhbərlik etdiyi hər iki dövrdə
müəllimlərin əməyini yüksək dəyərləndirmiş,
onlara dövlət səviyyəsində
qayğını əsirgəməmişdir.
"Mən müəllim
adından yüksək ad
tanımıram", - deyən ulu öndərin müəllimə göstərdiyi
yüksək ehtiram gənc nəslin də
yararlana biləcəyi əvəzsiz
örnəkdir. Ulu öndər hər zaman müdrikliklə
vurğulamışdır ki, yüksək
savadlı, intellektual səviyyəli
müəllimlər olmadan cəmiyyətin
hərtərəfli inkişafını təmin etmək mümkün deyil.
Ulu öndər müəllimlərin əməkhaqqının
artırılması, onlara fəxri
adların verilməsi ilə əlaqədar sərəncamlar
imzalamışdır. Təqdirəlayiq haldır ki, bu ənənə son 11 ildə də Azərbaycan dövlətinin
başçısı möhtərəm Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət müəllimlərin
gərgin və gərəkli əməyinin
stimullaşdırılmasına diqqət və qayğı ilə
yanaşır. Müəllimlərin maaşlarında
vaxtaşırı artımlar olur. Müəllimlər
orden və medallarla təltif
edilirlər, "Əməkdar müəllim" fəxri adına layiq
görülürlər. Hər il ölkə
üzrə "Ən yaxşı ümumtəhsil məktəbi",
"Ən yaxşı müəllim" nominasiyaları
üzrə müsabiqələr keçirilir.
Qalib gələn məktəblərə və müəllimlərə diplom və pul
mükafatları verilir.
Azərbaycanda mükəmməl
müəllim kadrlarının hazırlanması və
onların təkmilləşdirilməsi də həmişə
gündəmdə olan məsələdir.
Bu məsələdə
bir amil xüsusi diqqətdə saxlanılır ki, bu gün
həm dövlət, həm də cəmiyyət müəllimə
yüksək tələbkarlıqla yanaşır. Çünki müəllim təkcə
yazıb-oxumağı öyrədən şəxs deyil, dərin və hərtərəfli biliyə,
yüksək intellektə malik mütəxəssisdir.
Başqa sözlə, hər bir müəllim elmi-nəzəri
hazırlığı, pedaqoji
ustalığı, metodiki cəhətdən
kamilliyi, idarəetmə qabiliyyəti,
yaradıcı münasibəti, təşəbbüskarlığı,
prinsipiallığı ilə fərqlənməlidir.
Yalnız bu halda o, cəmiyyətdə öz
nüfuzu ilə seçilə bilər.
Bu günün müəllimi
ümumi təhsilin müasir
məzmununun müəyyənləşdirilməsində, dərsliklərin
hazırlanmasında tanınmış mütəxəssis və
alimlərin bərabərhüquqlu tərəfdaşına çevrilib.
Azərbaycanın ən
ucqar kəndlərində də bu gün müasir
məktəb binaları inşa edilir. Heydər Əliyev Fondunun
"Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi ölkənin bütün
vətəndaşlarında iftixar hissi oyadır. Bu istiqamətdə
Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım
Əliyevanın təşəbbüsləri və fəaliyyətini
hamı alqışlayır.
Təbii ki, müasir, yeni məktəbdə həm də yüksək
ixtisaslı, günün tələblərinə
cavab verən müəllimlər
çalışmalıdır.
Qarşıdan 5 oktyabr - Beynəlxalq
Müəllimlər Günü gəlir.
Bütün müəllimləri peşə
bayramımız münasibətilə təbrik edir, onlara şərəfli
fəaliyyətində uğurlar
arzulayıram.
Rəna ƏSGƏROVA,
Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin
informatika müəllimi
Azərbaycan
müəllimi.- 2014.- 3 oktyabr.- S.8.