"Sabahın alimləri"
IV Respublika
Müsabiqəsinin
keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin
IX-XI siniflərində təhsil alan
şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi
və yaradıcılıq fəaliyyətinin
stimullaşdırılması, elmi tədqiqat
işinə meyli olan
istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, həmçinin
ciddi elmi tədqiqat nəticələri əldə
etmiş Azərbaycan məktəblilərinin
seçilib ABŞ-da
keçirilən İntel İSEF - Beynəlxalq
Elm və Mühəndislik Sərgisinə
göndərilməsini təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.5-ci bəndini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2015-ci il 12-14 fevral tarixlərində İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində "Sabahın alimləri" IV Respublika Müsabiqəsi keçirilsin.
2. Nəzərə alınsın ki, "Sabahın alimləri" IV Respublika Müsabiqəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və "Mədəd" təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir.
3. Ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılsın:
3.1. Kiçik
Akademiyaların fəaliyyətini gücləndirmək istiqamətində
konkret tədbirlər görülsün;
3.2. Ali
təhsil müəssisələri və elmi
təşkilatlarda çalışan alimlərlə ümumtəhsil
məktəbinin əlaqələrinin genişləndirilməsi
və şagirdlərin tədqiqatlara cəlb olunması təmin
edilsin;
3.3. 2014-cü il 15 oktyabr tarixindən
etibarən şagirdlərin "sabahinalimleri.edu.az"
saytında "online" rejimində qeydiyyatdan keçirilməsi, 15 dekabr tarixinədək şagirdlər tərəfindən
aparılan tədqiqatların başa
çatdırılması təmin edilsin;
3.4. Müsabiqənin Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlərin qeydiyyatdan keçməsi təmin edilsin.
4. Müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət Universiteti (A.Məhərrəmov), Azərbaycan Texniki Universiteti (H.Məmmədov), Sumqayıt Dövlət Universiteti (E.Hüseynov) və Naxçıvan Dövlət Universitetinə (S.Məhərrəmov) tövsiyə edilsin.
5. Naxçıvan Muxtar Respublikasının ümumi
təhsil müəssisələrində müsabiqənin təşkili ilə
bağlı məsələlərin həlli Naxçıvan
Muxtar Respublikasının təhsil naziri P.Nağıyevə həvalə edilsin.
6. Şəhər və rayon
təhsil şöbələrinə müsabiqənin təşkili
ilə bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə
köməklik göstərilməsi tapşırılsın.
7. Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin müdiri, müsabiqənin direktoru G.Hüseynovaya tapşırılsın:
7.1. Müsabiqənin
yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işlərinin
görülməsini təmin etsin;
7.2. Müsabiqənin
Təlim Akademiyasının təşkilini və treninqlərin
keçirilməsini təmin etsin;
7.3. Müsabiqənin
Münsiflər Heyətinin tərkibi haqqında təkliflər
hazırlayıb təsdiq üçün
Nazirliyin rəhbərliyinə təqdim etsin;
7.4. İqtisadiyyat şöbəsi (R.Orucov) ilə birlikdə müsabiqənin xərclər smetasını hazırlayıb təsdiq üçün Nazirliyin rəhbərliyinə təqdim etsin.
8. Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsi (S.Məmmədov) müsabiqəyə texniki dəstəyin verilməsi (müvafiq elektron xidmətlərin
göstərilməsi) ilə bağlı müvafiq
tədbirlərin görülməsini təmin etsin.
9. İnformasiya şöbəsi (E.Əliyev) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını, Nazirliyin internet
səhifəsində yerləşdirilməsini, eləcə də
çoxaldılıb aidiyyəti müəssisələrə
göndərilməsini təmin
etsin.
10. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə
edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
3 oktyabr 2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 17 oktyabr.- S.2.