Dünya bəşər tarixinin
ən qəddar virusu ilə üz-üzə
"Ebola" virusu nədir?
"Ebola" virusuna ilk yoluxma faktı hələ 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara bölgəsində və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası - red.) ilk virusa yoluxma halları aşkar edilib. Yeni epidemiyaya Yambuku yaxınlığındakı Ebola çayının adı verilib. Epidemiya, əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrinə yaxın kənd ərazilərində yayılmağa başlayıb. Sonuncu yayılma dalğası isə bu ilin martından etibarən Qərbi Afrika, xüsusilə Qvineya, Sierra Leone və Liberiyada başlanıb. Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub. Virusun ən son yayılması 2014-cü ildə olub. "Ebola" virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "bəşər tarixinin ən qəddar virus xəstəliyi" adını alıb. Bu virusun beş müxtəlif tipi var və ona yoluxanların həyatda qalma şansı 25%-dən 90%-dək dəyişir. "Ebola" virusuna qarşı hələlik heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi son məlumata əsasən, "Ebola" virusundan ölənlərin sayı 4447 nəfərə çatıb.
Yoluxmanın əlamətləri nədir?
"Ebola"ya yoluxmanın ilkin əlamətləri
bədən hərarətinin qəfil yüksəlməsi, əzələ
ağrıları, ümumi
halsızlıq, başağrısı və boğaz
iltihabıdır. Növbəti mərhələdə xəstədə
qusma, ishal, bədəndə
səpki, böyrəkdə nasazlıq və qaraciyərin fəaliyyətində
problemlər müşahidə olunur. Bəzi
hallarda xəstədə daxili
və xarici qanaxmalar da baş verə bilər.
Bu virus necə yayılır?
"Ebola"
virusu tər,
qan, tüpürcək yolu
ilə yayılır. Virusun
qarşısını almaq üçün heç bir vaksin mövcud
deyil. Xəstəliyin simptomları
qızdırma, başağrısı, qusma
və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.
- "Ebola"
virusu insanlara, əsasən
qan və digər bədəndaxili mayelər,
eləcə də həmin virusun
daşıyıcısı olan heyvanlardan keçir. Yarasa, meymun və digər
heyvan növləri bu
virusun daşıyıcısı ola bilər;
- "Ebola"
insandan insana qan və digər bədəndaxili mayelər və
əlaqə yolu ilə keçir;
- Dəfn mərasimlərində
ölü insana toxunmaq yolu ilə də
"Ebola"ya yoluxmaq mümkündür;
- Xəstəliyin gizli dövrü 2- 22 gündür;
- İnsanlar
qanlarında və daxili əzalarında bu virusu
daşıdıqları müddət ərzində infeksiya daşıyıcısı hesab olunurlar.
"Ebola"ya yoluxmamaq üçün nə etməli?
- Ferma
və təsərrüfatları tez-tez təmizləmək
və dezinfeksiya tədbirləri görmək;
- Heyvanlara
yalnız əlcək və qoruyucu geyimlər
geyindikdən sonra toxunmaq,
ət məhsullarını yaxşıca qaynatdıqdan sonra yemək;
- Hər hansı
heyvanın bu virusa yoluxduğu məlum olduqda
dərhal ilkin təhlükəsizlik tədbirləri
görmək, yoluxmuş heyvanları
yaşayış yerlərindən təxliyyə etmək;
- "Ebola"ya yoluxmuş insanlarla ünsiyyətdən çəkinmək
və zəruri hallarda qoruyucu
geyimlərdən istifadə etmək;
- Viruslu
xəstələrin müalicəsindən və ziyarətindən
sonra əlləri yaxşıca yumaq;
- Virusa yoluxma halı
hiss edilən kimi dərhal aidiyyəti
hökumət qurumlarına bu barədə
məlumat vermək;
- Virus
qurbanlarını dərhal təhlükəsiz şəraitdə
dəfn etmək və cəsədə birbaşa
toxunmaqdan çəkinmək.
Bu infeksion
xəstəliyin müalicəsi
üçün hansı işlər görülür?
Hazırda bu virusa qarşı bir neçə vaksin
üzərində tədqiqat işləri görülsə də
onlardan hələlik heç
biri dəqiq müalicə üçün
təsdiqini tapmayıb.
"Zmapp"
adlı vaksin iki
amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində
yaxşılaşma müşahidə olunub.
Lakin həmin vaksin
ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını
xilas etmək mümkün
olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi
dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq, Ümumdünya Səhiyyə
Təşkilatı eksperimental dərmanların istifadəsinə
icazə verir.
Xəstəliyin kritik mərhələsini yaşayan
xəstələr intensiv nəzarət
altında saxlanılır. Sürətlə maye
itirən xəstələrin orqanizminə elektrolit
və damardaxili inyeksiya
yolu ilə maye daxil edilir. ABŞ-ın dərman
şirkətlərindən biri tərəfindən
istehsal olunan "Zmapp" vaksinləri artıq Qərbi Afrikaya göndərilib. Şirkət rəhbərliyi
dərmanlardan istifadənin pulsuz olduğunu bildirib.
Azərbaycanda "Ebola"ya qarşı görülən işlər
Səhiyyə
Nazirliyi rəsmilərinin verdiyi
məlumata görə, "Ebola" virusunun yaxın zamanlarda və
hətta yaxın bir neçə il ərzində Azərbaycana gəlməsi
şansı sıfıra bərabərdir. Ölkəyə gətirilən
bir çox qida məhsulları ilə bağlı mütəmadi
olaraq laboratoriya analizləri
aparılır. Sərhəd-keçid
məntəqələrində insanlar ciddi nəzarətdən keçirilir.
Təhsil Nazirliyindən
aldığımız məlumata görə, hazırda Afrika ölkələrində dövlət xətti
və dövlət proqramı çərçivəsində
təhsil alan azərbaycanlı tələbələr
yoxdur. Azərbaycanın ali təhsil müəssisələrində isə
2013-2014-cü tədris ilində Afrikanın müxtəlif
ölkələrindən 52 nəfər tələbə təhsil
almışdır ki, onlardan
29 nəfəri bu virusun
ən çox yayıldığı
ölkələrdən sayılan Nigeriya
vətəndaşı olmuşdur. Həmin 52 nəfərin yarısının bu il məzun olaraq öz vətənlərinə
qayıdacağı gözlənilir. Şübhəsiz ki, virusun geniş
yayıldığı ölkələrdən gələn
digər vətəndaşlar kimi həmin
tələbələr də sərhəd-keçid məntəqələrində
ciddi nəzarətdən keçirilirlər.
İnternet materialları əsasında
hazırlanıb
Azərbaycan
müəllimi.- 2014.- 17 oktyabr.- S.12.