İKT-nin tətbiqi ilə

formalaşan bacarıqlar

  

İKT-nin tətbiqi ilə əlaqədar yeni bacarıqların formalaşması haqqında müzakirələr aparır, şagirdlərin maraq qabiliyyətlərinin üzə çıxarılmasına çalışıram. Bir informatika müəllimi kimi düşünürəm ki, kompüter biliklərinin əsası məhz orta məktəbdə, ibtidai təhsildə qoyularsa, daha yaxşı nailiyyətlər əldə edə bilərik. Əgər əvvəllər kompüterdə işləməyi bacarmaq kompüter savadı sayılırdısa, indi artıq bu ümumi savad hesab olunur. Kompüteri bilməyən üçün təhsil almaq, elmi yaradıcılıqla məşğul olmaq çətindir. İndi İKT yalnız təhsil prosesini təmin edən üsul deyil, o həm məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açır, uşaqları yeni biliklər qazanmağa sövq edir. Biliyə həvəsin kökündə isə həyati maraq dayanır. Şagird fikirləşir: hansı biliklər mənə daha çox lazımdır, hansı metodların köməyi ilə mən bu bilikləri əldə edə bilərəm? Beləliklə, İKT biliyə can atmaqla digər həyati vacib məsələlər barədə qərarın qəbul edilməsi arasında bənd rolunu oynayır. Şagird təhsilin onun həyatında hansı rolu oynadığını başa düşən kimi onda təhsilini davam etdirməyə həvəs yaranır.

Şagirdlərin  fasiləsiz təhsilə yolu isə müəllimlərin fasiləsiz təhsilindən keçir.

İKT-nin məktəb praktikasında istifadəsi ilə əlaqədar olaraq müəllimin rolu dəyişmişdir. İndi müəllimin rolu şagirdlərə informasiyanın ötürülməsi ilə məhdudlaşmır. O, uşaqlarda tənqidi yaradıcı təfəkkürü dəstəkləyir stimullaşdırır, kompüter savadının inkişafına kömək edir, onlarda birgə fəaliyyət bacarığı tərbiyə edir, onlara effektiv ünsiyyət qurmağı müxtəlif vəziyyətlərdə uğurla hərəkət etməyi öyrədir. Müəllimlərin, şagirdlərin öyrənmə tələbatlarını ödəmək üçün təlim metodları müasir dövrün tələblərinə uyğunluğu nöqteyi-nəzərindən yenidən nəzərdən keçirilir. Onlayn test sistemi müəllimə şagirdlərin bilik səviyyəsini adekvat qiymətləndirməyə kömək edir. İKT-nin tədris prosesinə tətbiqi ilə ənənəvi tədris resurslarının bir hissəsinə artıq ehtiyac qalmır onlar yavaş-yavaş dövriyyədən çıxır.

Şagirdlərlə aparılan sorğular da tədrisdə İKT-dən istifadənin onlarda özünə inamı fənnə marağı artırdığını sübut edir.

Bildiyimiz kimi, sinifdəki şagirdlərin psixoloji durumu müxtəlifdir. Elə şagirdlər var ki, dərs zamanı onlar öz cavablarının səhv olduğunu düşünür, həmyaşıdlarından müəllimdən utanaraq cavab verməkdən imtina edir bununla da daha passiv vəziyyətə düşürlər. Fərdi kompüter qarşısında əyləşən şagird isə artıq maşından çəkinmir, onunla kompüter arasında əks-əlaqə yaranır, özünün fikirləşdiyi cavabları kompüterə daxil edir, səhvlərini görür, onları kompüterin köməyi ilə düzəldir, mənfi emosiyalardan uzaq olur nəticədə özünə inamı artır.

İKT görmə vasitəsilə informasiya qəbulunun imkanlarını artırır, belə ki, gözlə görünməyən, rəng formasını dəyişən əşyaların təsvirini reallaşdırır. Video ya animasiyalar formasında olan tapşırıqların yaxşı mətn gözəl musiqinin müşayiəti ilə verilməsi şagirdə güclü təsir edərək, onun bədii zövqünün inkişafına, materialı daha yaxşı mənimsəməsinə səbəb olur. Beləliklə, İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, həmçinin yeni inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maraqlı imkanlar açır. Orta məktəbdən başlayaraq şagirdlərin müxtəlif fənlərə olan maraqlarını artırmaq, məlumatı tez effektiv mənimsəmələri üçün informatika digər fənn müəllimləri hər hansı ümumi mövzunu iki bəzi hallarda üç fənni birgə - inteqrativ dərs formasında keçmələri məqsədəuyğundur. Şagirdlərin biliklərinin dərinləşdirilməsində informatika informasiya texnologiyaları fənninin digər fənlərlə əlaqəli tədrisi çox böyük imkanlara malikdir. Bunun üçün ayrı-ayrı siniflərin fənlər üzrə proqram dərslikləri hazırlanarkən həmin sinfin informatika informasiya texnologiyaları fənni nəzərə alınır, bu proqramlarda inteqrativ dərslər üçün saatlar ayrılır. Müəllimlər fənlərarası əlaqə probleminə lazımi qədər əhəmiyyət verməlidir. Təcrübəmdən görürəm ki, öz fənni ilə yanaşı, digər yaxın fənləri müəyyən səviyyədə bilən müəllimlərin təlim nailiyyətləri daha yüksək olur. Bunun əsas səbəbi isə həmin müəllimlərin öz dərslərini sanki bir neçə fənn müəllimi kimi tədris etməsidir.

İnformasiya kommunikasiya texnologiyaları orta məktəb kursunda bütün fənlərin tədrisində geniş tətbiq olunur. İKT-nin informatika fənninin tədrisində tətbiq  olunmasına xüsusi maraq vardır. Orta məktəblərdə informatikanın tədrisi zamanı kompüter texnologiyalarından istifadə olunması belə bir nəticəyə gəlməyə əsas verir ki, yüksək təlim keyfiyyətinin əldə olunması üçün bu texnologiyadan həm materialın öyrədilməsi, həm şagird nailiyyətlərinin qiymətləndirilməsi mərhələsində sistematik olaraq istifadə olunsun. Kompüter proyektordan istifadə edilərək sinfin fəallaşdırma mərhələsində əvvəlki mövzular viktorina, müxtəlif oyunlar, frontal sorğular s. şəkildə soruşula, problemin nədən ibarət olması, onun ətrafında tədqiqatların aparılması, hər bir şagirdin problem ətrafındakı mülahizələri, müəllimin hər bir fikrə münasibəti, ümumiləşdirmə izahat isə slaydlar vasitəsilə həyata keçirilə bilər. Müasir kompüterlər orta məktəbdə xüsusi öyrədici proqramların hazırlanmasında, şagirdlərin bilik bacarıqlarının yoxlanılması prosesində, onların yaradıcılığı başa düşmək üçün kompüter modellərinin hazırlanmasında, tədris prosesinin təşkilində, tətbiqi məsələlərin həll olunmasında, dərs vəsaitlərinin hazırlanmasında, ev tapşırıqlarının verilməsində (məsələn, İnternetdən istifadə edib müxtəlif nəzəri məlumatların, təqdimatların hazırlanmasında s.), interaktiv elektron dərsliklərin hazırlanmasında istifadə oluna bilər.

İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompüter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq vərdişlərin öyrədilməsidir. İKT kursuna mətn qrafiki redaktorlar, elektron cədvəllər, verilənlər bazası, telekommunikasiya vasitələri, multimedia texnologiyaları, audio-video konfrans, İnternet, informasiya sistemləri s. daxildir onların öyrənilməsi praktik istifadə baxımından böyük əhəmiyyət kəsb edir.

Hazırda cəmiyyətin onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə konkret halda "İnformatika" kursunun tədrisinin əsas məqsədi vəzifəsi insanları informatikanın elm informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin İnternetin müasir vəziyyəti ilə, eləcə ən müasir informasiya-kommunikasiya texnologiyalarının imkanları tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır. Bu işdə informatika müəllimlərinin üzərinə daha çox məsuliyyət düşür. Mən dərs prosesində yuxarıda göstərdiklərimi nəzərə almağa çalışıram.

 

Dəyanət FƏRZƏLİYEV,

Ağcabədi rayonu, Hindarx qəsəbə 1 nömrəli tam orta

məktəbin informatika müəllimi

 

Azərbaycan müəllimi.- 2014.- 17 oktyabr.- S.9.