Coğrafiya fənninin

tədrisində İKT-dən istifadə

 

İnformasiya-kommunikasiya texnologiyaları hər bir sahəyə olduğu kimi, təhsil  sahəsinə də sürətlə tətbiq olunur.  İKT-dən istənilən fənnin tədrisində geniş istifadə etmək imkanları var. Texnologiyalar müəllimlərin öz şagirdlərinə təklif edə bildiyi resursları artırır, şagirdlərin dərslik və müəllimdən asılılığını azaldır. Şagirdlər kompüterlərdən bir resurs vasitəsi kimi, fərdi şəkildə öyrənmə üçün bir mərkəzi kimiya öz fikrini digərləri ilə paylaşmaq üçün bir ünsiyyət vasitəsi kimi istifadə edərək öz anlayışlarını inkişaf etdirə bilər.  Bu baxımdan, coğrafiya fənnində İKT-nin tətbiqinin əhəmiyyəti çox böyük və əvəzedilməzdir.

Müəllim İKT-dən istifadə etməyə dair qərar verməzdən əvvəl dərsin məqsədlərini nəzərdən keçirməlidir. Texnologiyalara heçbütün dərslərdə ehtiyac duyulmur. İKT-dən  plansız, qabaqcadan düşünülməmiş şəkildə istifadə olunarsa, dərsin keyfiyyətinin aşağı düşməsinə, şagirdlərin tez yorulmasına, vaxt çatışmazlığına səbəb ola bilər və ümumiyyətlə, müəyyən nəticəyə nail olmamağa gətirib çıxarar.

Şagirdlər internet resurslarından istifadə edərək müəllimin tapşırığı əsasında tədqiqat işi apara bilər. Özünün dəyişkənliyi, mənbələrin müxtəlifliyi və məlumatların vaxtlı-vaxtında dərc olunması cəhətdən heç bir digər proqram təhsil nöqteyi-nəzərindən bu qədər geniş imkanlara malik deyil.

Bildiyimiz kimi, coğrafiyanın tədrisində ən vacib köməkçi vasitə xəritələrdir. Xəritəsiz coğrafiyanı təsəvvür etmək belə mümkün deyil. Hazırda məktəblər müxtəlif xəritələrlə təmin edilmişdir. Lakin dərs zamanı müəllimə və yaxud şagirdə elə xəritə lazım olur ki, həmin xəritə nə məktəbdə, nə də atlaslarda var. Bu halda yeganə çıxış yolu kompüterinternet resurslarıdır. Bu resurslardan istifadə etməklə istənilən xəritəni tapmaqya surətini çıxarmaq mümkündür. Məsələn, türk dünyasının coğrafiyası üçün məktəblərimizdə yalnız bir divar xəritəsi vardır. Dərslikdəki xəritələr  dolğun və aydın deyil. Kontur xəritələr isə ümumiyyətlə yoxdur. Belə olduqda müəllimin və şagirdin köməyinə internet resursları gəlir.

Belə bir məsəl var: Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. İş təcrübəmdən müəyyən etmişəm ki, bilik və məlumatların vizual, xüsusən audio-vizual şəkildə verilməsi şagirdlərin diqqətinin mövzu ətrafında daha çox cəmləşməsinə, bilik və məlumatların uzun müddət yadda qalmasına, biliklərin dərindən mənimsənilməsinə səbəb olur. Bu, eyni zamanda şagirdlərin coğrafiyaya marağının artmasına imkan verir. İnternet resurslarından təkcə xəritə probleminin həllində yox, eləcə də təsvir və video görüntülər əldə etmək üçün istifadə oluna bilər.

Coğrafiya təbiətlə çox bağlıdır. Şagirdlərə hər dərsdə müəllim tərəfindən müxtəlif təbiət obyektləri və hadisələri haqqında çoxlu məlumatlar verilir. Yəni, coğrafi obyektin xarici görünüşü, onun elementləri, dinamikası və s. Çox vaxt şifahiya yazılı şəkildə verilən bu anlayışlar şagirdə aydın olmuronu heç cür öz təxəyyüllərində canlandıra bilmirlər. Bunun yeganə çıxış yolu vizualaudio-vizual görüntüdür. Yəni fotolar, videolar, kompüter qrafikası və s. Dərsliklərdə müəyyən fiziki-coğrafi obyektlərin fotoşəkilləri yerləşdirilmişdir. Lakin bu çox azdır. Məsələn, şagirdlər üçün bedlend, dağ buzlağı, çayın hissələri, meandr, kanyon, şahid dağ, atoll, ekzogen mənşəli relyef formalarının bir çoxus. kimi obyektləri vizual olaraq görmədən onların necə olduğunu qavramaq çox çətindir.

Eləcə də dinamik proseslər olan tornado, zəlzələ, qeyzer, vulkan, sürüşmə, qırışıq dağların yaranması, sunami, qabarma-cəkilmə hadisəsi, Ay və Günəş tutulması, fəsillərin yaranması və s. coğrafi hadisələr video görüntü olmadan çox çətin anlaşılır.

Yaxşı olar ki, dərs zamanı vaxt itkisinə yol verməmək üçün həmin təsvir və videoları müəllim əvvəlcədən axtarıb-tapıb, ya öz kompüterində və ya CD-də saxlasın, ya da ki, rəngli printerdə çap etsin. Həmçinin, şagird özü də müəllimin köməyi olmadan kompüterdə istədiyi coğrafi fotoşəklə baxaya coğrafi prosesi izləyə bilər.

Coğrafiyanın tədrisində kompüter proqramlarında (məsələn, Power Point, Word, Excel, Points.) hazırlanmış təqdimatların da əhəmiyyəti böyükdür. Bu təqdimatlar  müəllim tərəfindən hazırlanaraq  hər hansı bir mövzunun izahı zamanı və yaxud digər məqsədlə istifadə oluna bilər. Təqdimatları, həmçinin, şagirdlər müəllimin tapşırığının nümayişiya öz aralarında informasiya mübadiləsi və müzakirə üçün istifadə edə bilər.

İKT sırasına daxil olan rəqəmsal fotoaparatya videokameranın coğrafiya dərsində xüsusi yeri var. Bu cihazlardan şagirdlər müəllim tərəfindən verilən tapşırığın    (məsələn, təqdimat və ya fotoalbom hazırlamaq) icra olunmasında istifadə edə  bilərlər. Məsələn,  belə bir tapşırığın: Yaşadığınız ərazidə yerləşən coğrafi obyektlərin şəkilləri əsasında fotoalbom hazırlayın.

Coğrafiya fənninin tədrisində elektron poçtdan da istifadə etmək müəyyən məqamlarda uğurlu ola bilər. Tutaq ki, müəllimə və ya şagirdə elə bir məlumat lazımdır ki, bu məlumatlar nə mətbuatda dərc edilib, nə kitablarda var, nə internetdə tapmaq mümkündür.  Deyək ki, bu məlumatları yalnız həmin sahə üzrə ixtisaslaşmış bir mütəxəssis bilir. Bu halda, rəsmi və ciddi bir ünsiyyət vasitəsi kimi elektron poçtun köməyindən istifadə etmək olar. Yəni, həmin mütəxəssislə əlaqə saxlayaraq ondan müəyyən suallara cavab almaq olar.

Yuxarıda  sadalananlar, coğrafiya fənninin tədrisində İKT-dən istifadə imkanlarının əslində cüzi bir hissəsidir. Hər şey müəllimin və şagirdin yaradıcılıq qabiliyyətindən və istəyindən asılıdır. Yəqin ki, gəlcəkdə İKT-nin sayəsində öyrənmə prosesi daha dinamik olacaq  asanlaşacaq.

 

Kənan ƏHMƏDOV,

Xaçmaz rayonu, Ləcət kənd

tam orta məktəbinin müəllimi

 

Azərbaycan müəllimi.- 2014.- 17 oktyabr.- S.9.