Azərbaycanın uşaq yazıçısı
qızıl medalın bir addımlığında
Bu yaxınlarda Mexiko şəhərində Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurası - İBBY 2014-cü ilin Şərəf siyahısını (Bax sayt; - IBBY Honour List 2014) - Fəxri Andersen siyahısını elan etdi. Sevindirici haldır ki, dünyanın müxtəlif ölkələrinin 57 yazıçısının laureatlar siyahısında Azərbaycanın uşaq yazıçısı Qəşəm İsabəyli də yer almışdır.
Andersen Fəxri Diplomu nə deməkdir? Son iki ildə dünya
uşaq yazıçılarının
müasir ədəbi
mühiti özündə
əks etdirən ən yaxşı əsərlərinin seçimi.
Bu əsərlər dünya dillərinə tərcümə və çap üçün tövsiyə olunur. Burada qeyd etmək
yerinə düşər
ki, hələ qonşu Gürcüstan və Ermənistan uşaq yazıçılarından
bu fəxri diplomu alan
olmayıb. Q.İsabəyli Azərbaycanın ilk uşaq yazıçısıdır
ki, "Cin" nağıl-povestiylə Andersen Şərəf siyahısına
düşür. İndiyəcən "Cin" əsəri 3 dəfə nəşr edilib. İlk nəşri 60 min nüsxə Azərbaycan türkcəsində, 20 min ingilis
dilində nəşr
edilən bu kitab oxucular arasında geniş yayılmışdır.
Xatırladaq
ki, Q.İsabəylinin
Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının
"Bookbird" jurnalında
(London, 2012) "Baba, sabahın xeyir!" hekayəsi ingiliscə çap edilmişdir. İngilis
redaktoru əsər haqqında fikrini, hekayənin ədəbi dəyərini müəllifə
ünvanladığı məktubunda
belə ifadə etmişdir: "Sizin hekayəniz son dərəcə
gözəldir!". Q.İsabəylinin əsərləri rus, ingilis, Ukrayna,
Belarus, qırğız dillərində
də çap edilmişdir. Sovet dövründə
"Murzilka" (Moskva,
1982) jurnalında onun iki qoşa səhifə
şeirləri verilmişdir.
Bakıda rusca "Üüü...", "Osel
sın Osla", "Mı starıe kafkaztsı", "Aclıq
dərsi" işıq
üzü görmüşdür.
"Bədii forma və məzmun axtarışları və
orijinal üslubu ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən,
rəngarəng yaradıcılığa
malik olan Q.İsabəyli" (Z.Xəlil,
F.Əsgərli "Uşaq
ədəbiyyatı. Dərslik",
Bakı-2007) bu uğura
yetincə son dərəcə
keşməkeşli yol
qət etmişdir.
Onun uşaq ədəbiyyatına
gətirdiyi yeniliklər,
uğurlu tapıntılar
haqqında yazıçı
və tənqidçilər
zamanında dəyərli
fikirlər söyləmiş,
bir sıra əsərlərini təqdir
etmişlər. Xatırlatmaq
yerinə düşər
ki, Q.İsabəyli
1989-cu ildə "Əkil-Bəkil"
poemasıyla Azərbaycan
Yazıçılar İttifaqının,
Azərbaycan Dövlət
Mətbuat Komitəsinin
və Azərbaycan Komsomolunun "İlin ən yaxşı uşaq kitabı" mükafatına layiq görülmüşdür. Aldığı pul mükafatını isə Şəhidlərin
abidəsinə yardım
fonduna keçirmişdir.
Mərhum yazıçı
Ələviyyə Babayeva
da vaxtilə Q.İsabəylinin "Gənclik"
nəşriyyatına təqdim
etdiyi əlyazmasından
təsirləndiyini belə
ifadə etmişdir:
"Q.İsabəylinin nəsr
təhkiyə üslubu
şeir dili kimi poetik və
nağıl məziyyətlidir".
Və ya: "Q.İsabəylinin "Üüü..."
povestinin adı kimi özü də uşaq nəsri üçün tapıntıdır" ("İstedad
özü öz yolunu tapır". "Ədəbiyyat qəzeti", 10 yanvar
1997).
Orijinal yaradıcılığı
ilə seçilən
Qəşəm İsabəylinin
dünya uşaq ədəbiyyatının münsifi
sayılan Beynəlxalq
Uşaq və Gənclər Kitabı Şurasının Fəxri
Andersen Diplomuna layiq görülməsini Azərbaycan
uşaq ədəbiyyatının
tarixində ədəbi
hadisə adlandırmaq
doğru olar.
Hörmətli
qələm dostum Qəşəm İsabəylini
bu böyük mükafata layiq görülməsi münasibətilə
təbrik edir, müəllifə dəyərli
nəsr və Azərbaycan uşaq ədəbiyyatını özünün
orijinal əsərlərilə
zənginləşdirməsini arzulayıram.
Şəfəq NASİR
Azərbaycan
müəllimi.- 2014.- 17 oktyabr.- S.8.