Şuşanın
xarı bülbülü
Ay ürəyim, gözüm
gülü,
Nədən oldun hüzün gülü?
Bizə doğma uzaqlardan
Boylanırsan üzüntülü.
Sənsiz haçan üzüm gülür?-
Şuşanın
"Xarı bülbül"ü.
Sən - dərdi duman ağladan,
Hönkürdüb kaman ağladan.
Bayatıya ah çəkdirən,
Şikəstəyə
qan ağladan -
Könlümüzün həsrət gülü,
Şuşanın
"Xarı bülbül"ü.
Dövran bizə qara gəlib,
Xar yeriyib hara gəlib?!
Köhnə dərdin
bəs deyilmiş,
Yaran üstə yara gəlib;
Vətənin qan olan könlü
-
Şuşanın
"Xarı bülübül"ü.
Bəy yurdu gədəlik deyil,
Ər işi
vədəlik deyil.
Dünya ki belə
fırlanır,
Deyəsən, bəndəlik
deyil -
Tanrı
açsın bu müşkülü,
Şuşanın
"Xarı bülbül"ü.
Gedək Təbrizə,
Təbrizə
Ayrılığa yoxdu dözüm,
Gedək Təbrizə
- Təbrizə.
Nə durmuşuq
canım, gözüm,
Gedək Təbrizə,
Təbrizə.
Yetək Təbrizə,
Təbrizə!
Baxmayıb qara, yağışa,
Qanad açıb dönək quşa.
Dolaylardan aşa-aşa
Gedək Təbrizə,
Təbrizə,
Yetək Təbrizə,
Təbrizə.
Həsrətli ellər
gözləyir,
Açılı
güllər gözləyir,
Sevgili dillər gözləyir;
Gedək Təbrizə,
Təbrizə,
Yetək Təbrizə,
Təbrizə.
Yol yormağa var atımız;
Qıratımız,
Düratımız!
Təbriz bizim muradımız -
Gedək Təbrizə,
Təbrizə,
Yetək Təbrizə,
Təbrizə!
Yatan yurdda təpər olmaz,
El arası çəpər olmaz,
Bundan ulu səfər olmaz,
Gedək Təbrizə,
Təbrizə,
Yetək Təbrizə,
Təbrizə.
Məhərrəm QASIMLI,
filologiya üzrə elmlər doktoru
Azərbaycan müəllimi.- 2014.- 24 oktyabr.- S.9.