"Naxçıvan-90"
kitab-albomun
təqdimatı keçirilib
Ötən həftə
Azərbaycan Milli Kitabxanasında Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən nəşr olunmuş "Naxçıvan-90" kitab-albomun təqdimat mərasimi keçirilib. Tədbirdə hökumət
nümayəndələri, Milli Məclisin
deputatları, tanınmış elm xadimləri
iştirak ediblər.
Qeyd edək ki,
"Naxçıvan-90" kitab-albomu Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin "Naxçıvan Muxtar
Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında"
2014-cü il 14 yanvar tarixli Sərəncamının icrası ilə
bağlı Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm, Xarici
İşlər, Təhsil
nazirlikləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsi və Azərbaycan Milli
Elmlər Akademiyasının birgə
hazırladıqları tədbirlər
planına əsasən nəşr olunub.
Mərasimi Milli Kitabxananın direktoru
Kərim Tahirov açaraq
tədbir iştirakçılarını salamlayıb. Sonra söz mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyevə verilib.
Naxçıvanın tarixi haqqında geniş danışan nazir
müavini muxtar
respublikanın bugünkü inkişaf səviyyəsinə
çatmasının ulu öndər Heydər
Əliyevin adı ilə sıx bağlı olduğunu
bildirib.
Naxçıvan
Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar
Əsgərov Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən qeyd olunan Naxçıvan Muxtar Respublikasının 90 illik
yubileyi ilə bağlı silsilə tədbirlərin
bu qədim diyarın tarixinin öyrənilməsində,
müasir inkişafının təbliği
baxımından mühüm rol oynadığını deyib.
Təhsil
nazirinin müavini Firudin Qurbanov bugunkü tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq
Naxçıvan Muxtar Respublikasında təhsilin
inkişafından, bu tarixi
diyarın ölkəmizə bəxş etdiyi
görkəmli şəxsiyyətlərdən söz
açıb. Ümummilli lider
Heydər Əliyevin hakimiyyətə yenidən
qayıdışı ilə ölkəmizdə, eyni zamanda
Naxçıvanda həyata keçirilən irimiqyaslı layihələrdən
bəhs edən nazir müavini
Firudin Qurbanov bu gün ulu
öndərin siyasi kursunun
layiqli davamçısı, ölkə
başçısı cənab İlham
Əliyevin Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar
Respublikasına olan diqqət və
qayğısından danışıb. Təqdimatı
keçirilən "Naxçıvan-90" kitab-albomda
Naxçıvan Muxtar Respublikasının
tarixinin və mədəniyyət abidələrinin,
turizm potensialının, bu
qədim diyarın müasir
inkişafının, füsunkar təbiətinin
dolğun əksini tapmasının təqdirəlayiq
olduğunu söyləyib.
Digər
çıxış edənlər - AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli
Məclisin deputatları Eldar İbrahimov, Elmira Axundova
Naxçıvan Muxtar Respublikasının
milli dövlətçilik tariximizin, elmi, ədəbi-mədəni
irsimizin formalaşmasında, zənginləşməsində
mühüm rol
oynamasından, aparılan irimiqyaslı quruculuq,
abadlıq işlərindən
söz açıblar.
Tədbirin sonunda iştirakçılar
"Naxçıvan-90" adlı geniş
kitab sərgisi ilə tanış olublar.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2014.- 31 oktyabr.- S.3.