Onu tanımaq üçün
ifasını dinləmək
lazımdır
Rəhilə
Məhərrəmova 1996-cı ildə Fizuli rayonunun Aşağı Yağlıvənd
kəndində anadan olub.
2011-ci ildə B.Əzimov
adına Araz
Yağlıvənd kənd orta məktəbinin
IX , 2006-cı ildə isə həmin kənddəki 7 illik uşaq musiqi məktəbinin V sinfini
əla qiymətlərlə
bitirib. Elə həmin il
Azərbaycan Milli
Konservatoriyası nəzdində
Musiqi Kollecinin
"Xalq çalğı alətləri"
şöbəsinə qəbul olunub.
Hazırda o, kollecin IV
kursunda təhsil alır. Burada ixtisas fənnindən
Cəfər Qafarovun, muğam
fənnindən isə Humay Qədimovanın
sinfində təhsilini davam etdirir.
R.Məhərrəmova
2012-ci ildə Rəşid Behbudov adına
Mahnı Teatrında kollecin yekun konsertində qızlardan ibarət muğam üçlüyü
tərkibində fərqlənib.
2013-cü
ildə görkəmli xanəndə Xan Şuşinskinin 110 illik yubileyi münasibəti ilə Xan
Şuşinski Fondunun
təşkilatçılığı ilə keçirilən
tələbə gənclər arasında milli
musiqi alətləri
ifaçılarının respublika muğam müsabiqəsində I yerə layiq görülüb. Azərbaycan Dövlət Neft Akademiyasında təşkil olunmuş, Beynəlxalq
Muğam Mərkəzində Xan Şuşinski
müsabiqəsinin yekununa, Bakı Musiqi Akademiyasında, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı
ilə keçirilən konsertlərdə
uğurlu
ifaları ilə
tamaşaçılarda xoş ovqat yaradıb.
Söhbət əsnasında
müəllimi Cəfər Qafarov yetirməsi
haqqında xoş sözlər söyləyərək
bildirdi ki, artıq 3 ildir Rəhilə
sinfimdə təhsil alır. Bu müddət
ərzində özünü tələbkar bir
tələbə kimi göstərib. Kollecimizin direktoru, əməkdar
incəsənət xadimi, professor
Nazim Kazımov ona xüsusi diqqət göstərir. Nazim müəllim kollecdə təhsil alan qız tar
ifaçılarına qayğı ilə yanaşır. Rəhiləni
tanımaq üçün mütləq onun çalğısına qulaq
asmaq lazımdır. Onun özünün
xüsusi repertuarı var.
İri formalı əsərlərdən
S.Rüstəmovun, H.Xanməmmədovun, T.Bakıxanovun,
F.Babayevanın tar üçün
yazılmış "Konsert"ləri, S.Ələsgərovun
tar üçün
"Sonatina"sı və s. virtuoz əsərlərdən C.Rossini
"Vilhelm Tell"
operasından "Uvertüra", C.Cahangirov "Rondo",
A.Bəbirov "Konsert pyesi"və s., lirik əsərlərdən
A.Məlikov "Məhəbbət əfsanəsi" baletindən
"Monoloq", V.Adıgözəlov
"Laylay", "Qərənfil", D.Şostakoviç "Romans"
və s. qeyd etmək olar. Azərbaycan və dünya
bəstəkarlarının əsərləri onun
ifasında çox gözəl
alınır. Eləcə də muğamları yüksək
məharətlə ifa edir.
Sonuncu dəfə müsabiqədə uğurlu çıxışı zamanı
münsiflər heyətinin sədri, görkəmli tarzən,
respublikanın xalq artisti,
professor Ramiz Quliyev Rəhilə haqqında çox
yüksək fikirlər şöyləyib: -"Rəhilə,
qızım, sənin digər qadın tar
ifaçılarından üstün cəhətin ondadır ki, sən
klassik ifaya daha çox meyillisən və
bu səndə çox
gözəl alınır".
Rəhilənın arzusu Milli Konservatoriyaya
daxil olmaq, milli alətimiz olan
tarı dünyaya
tanıtmaqdır.
Azərbaycan müəllimi.-
2014.- 31 oktyabr.- S.6.