2013-2014-cü dərs ilinin nəticələrinə
görə
"Ən yaxşı
ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim"
müsabiqələrinin keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan Respublikası
Prezidentinin "Ən
yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim mükafatlarının
təsis edilməsi haqqında" 4 sentyabr
2007-ci il tarixli 2373 nömrəli Sərəncamını
rəhbər tutaraq,
2013-2014-cü dərs ilinin
nəticələrinə görə
"Ən yaxşı
ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim"
müsabiqələrinin keçirilməsi
məqsədilə
ƏMR
EDİRƏM:
1. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil
məktəbi müsabiqəsinin
keçirilməsi Qaydaları
və ümumtəhsil
məktəblərinə verilmiş
mükafatın istifadə
istiqamətləri"nin və
"Ən yaxşı
müəllim müsabiqəsinin
keçirilməsi Qaydaları"nın
təsdiq edilməsi haqqında" 2008-ci il 25
fevral tarixli 714 nömrəli Fərmanına
uyğun olaraq, "Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim"
müsabiqələri keçirilsin.
2. 2013-2014-cü dərs
ilinin nəticələrinə
görə "Ən
yaxşı ümumtəhsil
məktəbi" və
"Ən yaxşı
müəllim" müsabiqələrinin
keçirilməsi və
bu prosesin tənzimlənməsi ilə
əlaqədar kollegial
qərarların qəbul
olunmasını təmin
etmək məqsədilə
aşağıdakı tərkibdə
Təşkilat Komitəsi
yaradılsın:
Təşkilat Komitəsinin
sədri:
Firudin Qurbanov
- Azərbaycan Respublikası
təhsil nazirinin müavini
Təşkilat Komitəsinin
üzvləri:
Mətin Eynullayev
- Təhsil Nazirliyi aparatının rəhbəri
Hüseyn Əliyev
- Təhsil nazirinin müşaviri
Samir Vəliyev - Təhsil nazirinin müşaviri
Ağababa İbrahimov
- Təhsil nazirinin müşaviri
Aydın Əhmədov
- Məktəbəqədər və ümumi təhsil şöbəsinin
müdiri
Fərzəli Qədirov
- İnsan resursları
şöbəsinin müdiri
Faiq Şahbazlı - Tədris resursları şöbəsinin müdiri
Sübhi Kazımov
- Hüquqi ekspertiza və lisenziyalaşdırma
şöbəsinin müdiri
Rüfət Əliyev
- Pilot layihələrlə iş sektorunun müdiri
Emin Əmrullayev - Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri
Ənvər Abbasov
- Təhsil Problemləri
İnstitutunun direktor müavini
3. Müsabiqələrdə iştirakla bağlı Təşkilat
Komitəsinə daxil olan müvafiq sənədlərin müəyyən
edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunsun (əlavə edilir).
4. Müsabiqələrin təşkili və keçirilməsi üzrə ümumiləşdirilmiş
məlumatların, təqdimat
və arayışların
hazırlanması, habelə
nəzərdə tutulan
tədbirlərin icrası
sahəsində əlaqələndiricilik
funksiyasının yerinə
yetirilməsi Təşkilat
Komitəsinin üzvü,
Məktəbəqədər və ümumi təhsil şöbəsinin
müdiri Aydın Əhmədova həvalə
edilsin.
5. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin əlavəsi ilə birgə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
6. Əmrin icrasına
nəzarəti öz üzərimdə
saxlayıram.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
27 oktyabr 2014-cü il
Azərbaycan müəllimi.-
2014.- 31 oktyabr.- S.3.