Rayon məktəblərində
hansı yeniliklər var?
Lənkəran. Təhsil
şöbəsindən aldığımız məlumatda bildirilir ki, yeni tədris ilində istedadlı uşaqların
vaxtından əvvəl I sinfə qəbulu ilə
bağlı müraciət edənlərdən 229 nəfəri
I sinfə qəbul edilib.
Rayon təhsil müəssisələrində
uşaqların tibbi müayinədən
keçməsi davam edir.
Şəhər 5
nömrəli və Sütəmurdov kənd məktəblərində
yeni kurikulumun tətbiqi
ilə əlaqədar keçirilən treninqlərdə 473
müəllim iştirak edib.
2
nömrəli şəhər və Bürcəli kənd məktəblərində
təlim-tərbiyə işlərinin, şəhər 4
nömrəli, Haftonu qəsəbə, Mamusta, Ləj və Rvo kənd
məktəblərində vətəndaşların müraciətlərinə
baxılıb və onların qəbulu vəziyyətinin monitorinqi
keçirilib.
İmişli. Rayon təhsil şöbəsinin müdir müavini Vahid Tağıyevin verdiyi
məlumatda qeyd olunur ki, rayonun ümumtəhsil
məktəblərində müəllimlərin məsuliyyətini,
tədrisin keyfiyyətini
yüksəltmək, o cümlədən
şagirdlərin təhsilə marağını artırmaq, onlarda əsaslı bilik,
bacarıq və vərdişlərin
formalaşdırılması istiqamətində vacib məsələlərin həyata
keçirilməsi ilk gündən
planlaşdırılıb.
Heydər Əliyev Mərkəzində təhsil şöbəsi Azərbaycan
Təhsil Şurası ilə birgə təcrübə
mübadiləsi məqsədilə "Təlim keyfiyyətinin
yüksəldilməsi problemi" mövzusunda elmi-təcrübi konfrans
keçirib. Konfransda Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev,
Təhsil Şurası idarə heyətinin üzvləri,
Bakı, eləcə də Şirvan şəhərindən, Saatlı, Sabirabad, Şamaxı, Salyan,
Neftçala, Hacıqabul, İmişli
rayonlarından olan qabaqcıl müəllimlər
və təhsil işçiləri iştirak ediblər. Maraqlı təcrübə
mübadiləsi şəraitində keçən konfransda rayonun təhsil müəssisələrində
təlimin keyfiyyətinin yüksəldilməsindən bəhs edilib.
Təhsil Nazirliyində
müsabiqədən keçib rayonda pedaqoji fəaliyyətə başlayan
53 gənc müəllimin
"Müəllimlərin etik
davranış qaydaları"na uyğun
təntənəli şəkildə andiçmə mərasimi
keçirilib.
Rayonun pedaqoji kollektivlərində
təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrinə aid monitorinqlər aparılıb.
Rayonun ümumtəhsil məktəblərində
ayrı-ayrı fənlər üzrə proqram
materiallarının planlaşdırılması və fənn
metodbirləşmələri işlərinin təşkili vəziyyətinin
monitorinqi keçirilib.
Naftalan. Şəhər
təhsil şöbəsinin müdiri İlqar Əsgərovun verdiyi
məlumata görə, yeni tədris ilində şəhər
ümumtəhsil məktəblərinin Azərbaycan bölməsinə
87 adda 5400 ədəd dərslik, 33 adda 175 ədəd müəllim üçün vəsait, rus
bölməsinə isə 41 adda 201 ədəd dərslik, 14 adda
14 ədəd müəllim üçün
vəsait müəllim və
şagirdlərin istifadəsinə verilib.
Təhsil şöbəsinin
Fəaliyyət Planına uyğun olaraq dərs ili ərzində
keçiriləcək seminarların, bilik
yarışlarının, inşa və rəsm
müsabiqələrinin, fənn olimpiadalarının qrafiki hazırlanıb.
Kurikulumun tətbiqi ilə bağlı məsələlər
diqqət mərkəzində saxlanılır. Tədris ili ərzində
I-VII siniflərdə dərs deyən 33 müəllim kursdan keçib. Müəllimlərin
elmi-nəzəri, metodiki
hazırlığını daha da yüksəltmək məqsədilə kurikulum tətbiq olunan
siniflərdə "Nümunəvi dərslər"in qrafiki hazırlanıb.
Qusar. Rayon təhsil şöbəsinin müdiri
Niftəli Fərzəliyevin
redaksiyamıza verdiyi məlumatda bildirilir ki, cari dərs ilində rayondakı 86 ümumtəhsil
məktəbində, o cümlədən
48 tam orta, 20 ümumi orta, 18 ibtidai məktəbdə 924 sinif
komplektində 13901 şagird təhsilə
cəlb olunub ki,
onların təlim-tərbiyəsi
ilə 1687 müəllim məşğul olur.
Rayonun ümumtəhsil müəssisələrində payız-qış mövsümü
ilə əlaqədar ciddi hazırlıq
işləri görülür.
RTŞ təlim-tərbiyə prosesinin keyfiyyətcə
yaxşılaşdırılması işinə valideynləri
və ictimaiyyət nümayəndələrini cəlb etmək
məqsədi ilə rayonun bütün
ümumtəhsil müəssisələrinin rəhbərlərini,
qabaqcıl müəllimləri, əlaqədar təşkilatları,
valideynləri cəlb etməklə
zonalar üzrə geniş şəkildə
maarifləndirmə tədbirləri
həyata keçirir. Bu tədbirlərdə valideyn-məktəb əlaqələrinin
möhkəmləndirilməsi, təhsilin keyfiyyətcə
yaxşılaşdırılması, gənc nəslin zərərli vərdişlərdən
qorunması, hüquqi maarifləndirmə
məsələləri ilə yanaşı vətəndaşları maraqlandıran digər məsələlərin
müzakirəsi də aparılır.
"Açıq mikrofon" görüşlərində təhsilin inkişaf
etdirilməsi ilə bağlı məsələlər daim diqqət mərkəzində olur.
I-VII
siniflərdə fənn kurikulumlarının tətbiqi, proqram materiallarının mənimsədilməsi metodiki şura iclaslarında müzakirə olunub, problem və çətinliklərin
aradan qaldırılması məqsədilə
məktəb rəhbərlərinə, metodbirləşmə sədrlərinə
konkret tövsiyələr verilib. Məktəb rəhbərləri və
fənn müəllimləri üçün
metodiki seminarlar keçirilir.
Hazırda
təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramının həyata keçirilməsi çərçivəsində
rayonun bütün tam orta və ümumi orta məktəbləri
kompüterlərlə təchiz edilib, bu müəssisələrin hamısına noutbuk-proyektor dəstləri verilib. 27 məktəb Azərbaycan Təhsil Şəbəkəsinin
sürətli internet şəbəkəsinə qoşulub.
Xızı. Yeni tədris ilində
rayonda 180 şagird yerlik
Tıxlı kənd ümumi orta məktəbinin yeni
binası istifadəyə verilib. Rayon təhsil şöbəsinin müdiri Oqtay Abdullayevin verdiyi məlumata görə, ümumtəhsil məktəbləri lazımi inventar və İKT avadanlıqları ilə
təmin olunub.
Məktəblərdə
Azərbaycanın dahi şairi Hüseyn Cavidin həyat və
yaradıcılığına həsr olunmuş
inşa yazı müsabiqəsi keçirilib.
Yeni dərs ilində təhsil ocaqlarında
şagird-müəllim-valideyn interaktiv
şəbəkə yaradılıb.
Təhsil müəssisələrində metodmərkəz tərəfindən
yeni proqram və dərsliklərlə
işin təşkili və fənn
kurikulumlarının tətbiqi ilə bağlı "dəyirmi
masa" və məktəblər
arasında "Xəmsə"
bilik yarışı keçirilib.
Yardımlı. Rayon
təhsil şöbəsinin müdiri Manaf Balışovdan
aldığımız məlumatda bildirilir ki, Çayüzü, Anzov, Urakəran, Qaraqaya tam orta məktəblərində
tikinti işləri davam
edir. 180 şagird yerlik şəhər
3 nömrəli tam orta
məktəbində isə son tamamlama işləri gedir.
Rayonda 18 gənc
müəllim ixtisasları üzrə ümumtəhsil məktəblərində
işlə təmin olunub.
VII siniflərdə kurikulumun tətbiqi ilə əlaqədar
ayrı-ayrı fənlər üzrə 192 müəllim kursdan keçib.
Ağcabədi. Rayon təhsil şöbəsindən
aldığımız məlumatda
deyilir ki,
ümumtəhsil məktəblərinin V-VII siniflərində
dərs deyən və indiyə qədər kurslardan
keçməyən müəllimlərin fənn
kurikulumlarının tətbiqi sahəsində nəzəri və
praktiki hazırlığı üçün təlim kursları təşkil edilib. Həmin
siniflərdə dərs deyən
müəllimlərin bu kurslarda iştirakı tam
təmin edilib.
Məktəblərdə
Azərbaycan dili, tarix,
kimya, fizika, biologiya, coğrafiya, riyaziyyat, ingilis dili fənn müəllimləri və
II - III siniflərdə dərs deyən müəllimlər
hər həftədə 10 nəfər olmaqla dərsliklər, dərs vəsaitləri
və digər vəsaitlərin monitorinqi üzrə TQDK-nın Ağcabədi regional
bölməsində təşkil edilmiş
elmi-metodiki seminarlara cəlb
edilib.
Türk Əməkdaşlıq və Kordinasiya
Agentliyi Təhsil
Nazirliyi və Avrasiya
Beynəlxalq Tədqiqatlar İnstitutu İctimai Birliyi ilə
birgə təhsil ocaqlarında
Azərbaycan və Türkiyənin dəyərli şəxsiyyətlərini
öyrənmək və təbliğ etmək məqsədi
daşıyan "Hər mövsüm bir işıq" adlı layihə həyata keçirir.
Layihə çərçivəsində görkəmli şair Əhməd Cavadın
yaradıcılığına həsr olunmuş
inşa müsabiqəsi elan
olunub.
Həmçinin
qışa hazırlıq məqsədilə rayonda
fəaliyyət göstərən ümumtəhsil məktəblərində
ciddi hazırlıq işləri gedir.
Abşeron. Rayon təhsil şöbəsindən
verilən məlumata görə,
Fövqəladə Hallar Nazirliyinin
Sumqayıt Regional Mərkəzi Abşeron rayonunun Məmmədli
kənd tam orta məktəbində
"Fövqəladə hallar zamanı
davranış və yanğın təhlükəsizliyi
qaydaları" mövzusunda maarifləndirmə
tədbiri keçirib.
Nəzərdə
tutulmuş plana əsasən
rayonun təhsil ocaqlarında keçirilən
tədbirin əsas məqsədi müəllim və
şagirdlərin fövqəladə hallar
zamanı davranış qaydaları və mülki
müdafiə sahəsində biliklərinin
artırılmasına, yaralılara ilkin tibbi yardımın göstərilməsinə
və digər profilaktik tədbirlərin görülməsinə
nail olmaqdır.
Tədbirin
nəzəri hissəsində "Fövqəladə hallar zamanı davranış qaydaları",
"Yanğın təhlükəsizliyi qaydaları",
"Məişətdə qaz
cihazlarının təhlükəsizliyini necə təmin etməli",
"Zərərçəkmiş insanlara
ilkin tibbi
yardımın göstərilməsi" və "112 qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır"
mövzularında çıxışlar olub.
Sonra "Dəm qazı və ya gözəgörünməz qatil" adlı videoçarx
nümayiş etdirilib.
Tədbir
iştirakçılarının sualları
cavablandırılıb, məktəblilərə maarifləndirmə
xarakterli təbliğat materialları və
bukletlər paylanılıb.
Tədbirin praktiki hissəsində məktəbin həyətində
FHN Sumqayıt Regional Mərkəzin
qüvvə və texnikalarına baxış keçirilib,
onların təyinatı və istifadəsi qaydaları
haqqında iştirakçılara məlumat verilib.
Masallı. Rayon
təhsil şöbəsindən
redaksiyamıza daxil olan
məlumatda bildirilir
ki, Gənclər
Mərkəzində rayon gənclər və
idman idarəsinin və təhsil
şöbəsinin birgə təşkilatçılığı
ilə "Gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsi və dövlətçiliyin təbliği"
mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə qeyd olunub ki,
əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulmuş
dövlət gənclər siyasətinin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində bu gün
Azərbaycan gəncləri ölkənin ictimai-siyasi,
iqtisadi, sosial və mədəni
həyatında fəal iştirak
edirlər.
Çıxış
edənlər vurğulayıblar ki,
yaşadığımız dövr gənc
nəsli kiçik yaşlarından hərbi
ruhda böyütməyi tələb edir. Onları psixoloji və
mənəvi baxımdan hərbi həyata hazırlamaq ümdə
məsələlərdəndir. Gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da
diqqət artırılmalıdır.
Açıq dialoq şəklində davam
edən tədbirdə gənclər müzakirə olunan mövzu ilə
bağlı təkliflərini bildiriblər.
Tərtər. Rayon təhsil şöbəsindən
aldığımız məlumata görə, Fövqəladə
Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı
ilə şəhər 6 nömrəli tam
orta məktəbdə "Təbii fəlakətlər
və texnogen qəzalar zamanı necə
davranmalı?" adlı tədbir keçirilib. Maarifləndirici tədbirdə məktəbin
müəllim-şagird kollektivi ilə
yanaşı texniki işçilər,
valideynlər və təhsil şöbəsinin nümayəndələri
də iştirak ediblər.
Tədbirdə Qarabağ Regional Mərkəzinin
strukturu və fəaliyyət istiqamətləri,
fövqəladə hallar, onun
növləri, fövqəladə hallar
zamanı davranış qaydaları, mülki
müdafiə anlayışları ilə bağlı məlumat
verilib. Regional mərkəzin
əməkdaşları çıxış edərək
fövqəladə hallar zamanı
başqalarına kömək etməyin yollarını, 101 və
112 xidmətlərinə hansı hallarda
müraciət etməyin lazım gəldiyini izah
ediblər.
Fövqəladə Hallar Nazirliyinin
hazırladığı "Dəm qazı və ya arzuolunmaz qonaq" adlı videoçarx
nümayiş etdirilib.
İştirakçılara mövzu ilə
bağlı broşürlər paylanıb və onları
maraqlandıran suallar cavablandırılıb.
Tədbir diskussiya şəklində başa çatıb.
Şamaxı. Rayon təhsil
şöbəsindən verilən məlumata görə, rayonun Mədrəsə qəsəbə tam orta məktəbində
380 və Şərədil ümumi orta məktəbində
isə 80 şagird yerlik yeni binaların
tikintisi gedir. Bu binalar dərs ilinin sonuna qədər
istifadəyə veriləcək.
Əlavə Hacıqədirli və Talışnuru kənd tam orta məktəblərinin
yeni binalarının tikintisi artıq layihələşdirilib.
Ümumtəhsil məktəblərinin
təlim-tərbiyə işləri üzrə direktor müavinləri və praktik
psixoloqların geniş
seminarı keçirilib. Seminarda məktəb rəhbərlərinə
dəyərli tövsiyyə və tapşırıqlar verilib.
Şirvan. Şəhər təhsil şöbəsindən
verilən məlumatda bildirilir ki, təhsil şöbəsi və gənclər
və idman idarəsinin təşkilatçılığı
ilə məktəblilər arasında "Xəmsə" intellektual oyununun şəhər
mərhələsi keçirilib. Nəticədə
şəhər 1 nömrəli məktəb-liseyin
komandası qalib
olub.
18 nömrəli təbiət
və humanitar təmayüllü məktəb-
liseydə təhsil şöbəsi
hüquq-mühafizə orqanları ilə birlikdə "Uşaq hüquqları aylığı"
çərçivəsində maraqlı tədbir
keçirib. Keçirilən tədbirdə şagirdləri maraqlandıran suallar
cavablandırılıb.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2014.- 31 oktyabr.- S.7.