"Dövlət Proqramı biz tələbələrə

hədəfimizə çatmağa kömək edir"

 

Böyük Britaniyanın Liverpul  Universitetində

magistr təhsili alan Fərid Nəcəfovla söhbət

 

Fərid Nəcəfov 1992-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərindəki  286 nömrəli  tam orta məktəbi  2009-cu ildə   başa vurub.   Azərbaycan  Dövlət  İqtisad Universitetinin  dünya  iqtisadiyyatı  fakültəsinə daxil olub.  I   akademik ili başa vurduqdan sonra  beynəlxalq iqtisadi münasibətlər  fakültəsinin nəzdində  fəaliyyət göstərən Xüsusi İstedadlar Qrupuna (XİQ) seçilib.  Yuxarı kursda oxuyarkən  dünyanın 4 ən böyük audit  firmasından biri olan "Ernst&Young Holdings" şirkətində əvvəlcə təcrübəçi,  daha sonra isə vergi mütəxəssisi vəzifəsində  bir  il müddətində çalışıb.  Hazırda isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"  çərçivəsində   Böyük Britaniyanın Liverpul Universitetində magistr təhsili alır. Fərid Nəcəfovla söhbətimizə xaricdə təhsil almağa necə qərar verməsi ilə başladıq. 

 

-  Xaricdə təhsil almaq bizim ailənin əsas hədəflərindən olub.  Valideynlərim daim mənim fikirlərimə hörmətlə yanaşır və  İngiltərədə  təhsil almağımı daha üstün tutur, mənə hərtərəfli dəstək göstərirdi. Ona görə çox şadam ki, xaricdə təhsil üzrə  Dövlət  Proqramı tələbələrə gözəl imkanlar yaradaraq  bir vaxtlar qeyri-mümkün görünən hədəfimizə çatmağa kömək edir. Həm iqtisadçı, həm də bir professional kimi mənim inkişafımda əsas mərhələ kimi ADİU nəzdində  XİQ-də təhsilimi qeyd etmək istərdim.  Dərslərin ingilis dilində olmasından əlavə  Böyük Britaniya  təhsil sisteminə  uyğun  keçilməsi,  xaricdə  oxumuş  professional  müəllimlərin dəstəyi,  asudə  vaxtlarda əyləncəli  turların  təşkili xüsusilə maraqlıdır.   O  cümlədən    dekanat tərəfindən xarici ölkələrdə keçirilən  seminarlarda  iştirak etməyimizə göstərilən  dəstək  XİQ-in  əsas  üstünlüklərindəndir.  2-ci akademik  ilin  sonunda  Londonda  işgüzar  ingilis dili  üzrə  keçdiyim kurs, 3-cü kursun  sonunda  Almaniyanın Bremen Universitetində  beynəlxalq marketinq  üzrə  keçirilmiş  bir həftəlik seminarda iştirakım,  "SİFE"    "AİESEC"  tələbə təşkilatlarına   üzvlüyüm  bir mütəxəssis kimi  yetişməyə yardım edib.  Məhz XİQ-də təhsil almağım mənə  "Ernst&Young" kimi təşkilatda  çalışmaq imkanı verdi.

Qeyd edim ki, xaricdə  təhsil  üzrə  Dövlət  Proqramı  gənclərin  inkişafına  çox  böyük  təkan verir.  İlk növbədə, proqramın  şəffaf    professional şəkildə keçirilməsini qeyd etmək istərdim.  Xüsusən  həm  sənədlərin  yığılması,  o  cümlədən  də müsahibənin gedişi barədə  dəqiq məlumatların  tələbələrə  çatdırılması  seçim  prosesini  xeyli sadələşdirir.  Müsahibə  zamanı  verilən  suallar  isə  məhz bakalavr təhsilində  keçdiyimiz  ixtisaslar  yönümlüdür    mövzudan  kənara çıxmır.

Dünyanın  bir sıra ölkələrində  olduğu kimi, son  illər  Azərbaycanın  təhsil  sistemində  ciddi islahatlar həyata keçirilir.  İslahatların  məqsədi  məhz  ölkəmizin təhsilini  dünyanın aparıcı dövlətlərinin təhsili ilə  bir  səviyyəyə gətirməkdir. Artıq Təhsil Nazirliyinin qətiyyətli mövqeyi nəticəsində mühüm dəyişikliklərin baş verdiyini söyləmək olar. Hesab edirəm ki,  ölkəmizdə  orta  məktəb  təhsilinin  səviyyəsini  gücləndirmək, müəllimlərin peşəkarlığının, ixtisaslarının  artırılması məqsədilə atılan ciddi addımlar təqdirəlayiq haldır. Ali  məktəblərimizdə  Bolonya  sisteminin  tətbiqinin dərinləşdirilməsi, bir sıra ölkələrin nüfuzlu universitetlərində oxumuş gənclərimizin Azərbaycana  qayıtması təhsilimizə  öz  töhfəsini  verəcəkdir.

Liverpul Universitetində  tətbiqi  iqtisadiyyat və maliyyə   üzrə  təhsil  almağımda əsas  məqsədim  həm  tətbiqi,  həm    maliyyə  yönümündə  mütəxəssis olmaq istəyimdir.   Əsası 1881-ci  ildə  qoyulmuş  universitet  ilk vaxtlarda  Liverpul  Universitet Kolleci kimi tanınıb, 1903-cü ildən isə  müstəqil universitet statusuna  malik  Liverpul Universiteti  adlanmağa  başlayıb. Hazırda 21  min  tələbənin  təhsil  aldığı  universitet  Böyük  Britaniyanın 20 ən nüfuzlu ali məktəbini  birləşdirən  "The Russel Group"un  üzvüdür.  Məzunlardan 8 nəfər -  tibb üzrə Ronald Ross,  fizika üzrə Ceyms Çedvik,  Çarlz Barkl, Cozef Rotblat,   fizioloqlar Çarlz Şerrinqton, Qar Xoran,  Rodni Porter,  kimya üzrə Robert Robinson  müxtəlif illərdə  Nobel mükafatına  layiq görülüb.  Tətbiqi  elmlər  üzrə  Böyük  Britaniya  ali məktəbləri  arasında  ilk 10-luqda  qərarlaşmış   Liverpul Universitetində  həm ekonometrik,  həm də tədqiqat üzrə  Nobel mükafatı laureatları  hazırda  akademik  kimi  çalışırlar.

Universitetdə müəllim-tələbə münasibətlərinin demək olar ki, dost kimi qurulması, diskussiyalarda    dərsdənsonrakı  seminarlarda  birgə iştirak  həm təhsilə, həm də  ictimai fəaliyyətimizə  müsbət təsir edir. Qeyd edim ki, xaricdə  təhsil  nəinki oxumaq,  o  cümlədən    müstəqil və  sərbəst  şəkildə qərar qəbul etmək,  dünyagörüşünü  artırmaq,  yeni  dostlar  qazanıb  yeni  mühitdə  yaşamağı  öyrənmək  baxımından  insanın  fərdi    ictimai inkişafına kömək edir. Bu baxımdan, gənclərimizin  xaricdə  təhsil almaq istəyi normal haldır.  Uğur  qazanmaq  üçün  əsas  tələb  isə  orta  məktəbdən  ailədə  təhsilə  olan nəzarət    tələbənin  öz  qarşısına  qoyduğu məqsədə  çatmaq istəyi olmalıdır.

Liverpul Universitetində magistr  dərəcəsi  üzrə  tədris  ili 3 semestrdən  təşkil olunmuşdur.  İlk 2 semestrdə  4 ixtisas fənni,  sonuncu semestrdə isə  15000 sözdən  ibarət dissertasiya  (diplom işi)  yazırıq.  Mühazirələrdə  iştirak tələbənin öz  seçimidir, semestrin  ortasında  hər  dərs  üzrə  kiçik  layihə  işi,   semestrin  sonunda  isə  2 saatdan  ibarət  yazılı  imtahan  veririk.  Dissertasiyamızın  yazılmasına  isə  3  ay  vaxt  ayrılır    empirik  araşdırma  əsasında  qurulur.     Düşünürəm ki,  bu  ixtisasla  hər  iki  sahədə  çalışa, biliklərimi  dərinləşdirə    ölkəmizdə  tətbiq  edə bilərəm.

Qeyd edim ki, xaricdə təhsil alan hər bir tələbə ölkəmizi layiqincə təmsil  etməklə yanaşı, həm də milli adət-ənənələrimizin  təbliğində, Azərbaycanla  bağlı həqiqətlərin  dünya  ictimaiyyətinə çatdırılmasında  fəal  iştirak etməlidir.   Böyük  Britaniyadakı  Azərbaycan  diasporası  olaraq  əsas  məqsədimiz  öz adət-ənənələrimizlə  xarici  tələbələri  məlumatlandırmaqdır.  Bunun  üçün  burada azərbaycanlı   tələbələri  bir  araya gətirən  cəmiyyətin  üzvləri  kimi  biz  Novruz bayramında  şənlik  keçirmiş,  öz mətbəximiz     adətlərimiz  ilə universitet tələbələrini    işçilərini  məlumatlandırmışıq.     Xocalı soyqırımının ildönümü  ilə  əlaqədar  olaraq   Azərbaycan  Respublikasının   Londondakı  səfirliyinin   dəstəyi  ilə   universitetdə   soyqırımı   haqda   bukletlər paylamış,  məlumat  vermiş,  o  cümlədən    universitet  kitabxanasına  Xocalı faciəsi    Azərbaycan tarixi  haqqında  elmi kitablar  təqdim etmişik.

Asudə  vaxtlarda  universitetimizdə  dərslərdən sonra  müxtəlif  xarici şirkətlərdən  gələn mütəxəssislər  tərəfindən  seminarların  keçirilməsinə  tez-tez qatılıram.  Bundan əlavə,   keçdiyimiz  dərslər  haqda  biliyimi  dərinləşdirmək üçün  əlavə  məlumatlar  toplamağa  çalışıram.  Bayramlarda    tətillərdə  isə azərbaycanlı  tələbələrlə görüşüb  Britaniyanın  müxtəlif  şəhərlərində  yığıncaqlar təşkil edirik.

Hazırda əsas  məqsədim  dissertasiyamı  başa  vurub  ölkəmizə  qayıtmaq,  daha sonra  isə  ölkəmizin  aparıcı  maliyyə    ya  iqtisadi  araşdırmalar şirkətlərində karyera qurmaqdır.

 

Hazırladı: Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2014.- 5 sentyabr.- S.5.