"Ölkəmizi layiqincə təmsil etmək hər

bir azərbaycanlı tələbənin borcudur"

   

Türkiyənin  Orta Doğu Texnik  Universitetinin tələbəsi Nail İbrahimli ilə söhbət

 

Nail Mirəyyub oğlu İbrahimli 1994-cü ildə Saatlı şəhərində  anadan olub. 2000-2006-cı illərdə Bakının Binəqədi rayonundakı 102 nömrəli tam orta  məktəbdə oxuyub. 2011-ci  ildə Türkiyə  Diyanət  Vəqfi  Bakı  Türk  Liseyində təhsilini bitirib.  Hazırda  "2007-2015-ci  illərdə Azərbaycan  gənclərinin xarici  ölkələrdə  təhsili  üzrə Dövlət Proqramı"  çərçivəsində Türkiyənin Orta Doğu  Texnik Universitetində kompüter mühəndisliyi  ixtisası üzrə bakalavr  təhsili  alır. 3-cü kurs tələbəsidir. Nail  İbrahimli  ilə söhbətimizə  orta  məktəb illərindən başladıq.

 

- Orta məktəb illərində hansı  uğurlarınız olub?

- Məktəb  illəri mənim üçün bir sıra uğurlarla  yadda qalıb.  2007-ci ildə  liseylər arasında  keçirilən  bilik yarışmasında mükafata  layiq 3-cü yeri tutdum.  Dəfələrlə  "Araz" kurslarının və  Xəzər Universitetinin  keçirdiyi yarışmalarda  ilk üçlükdə təmsil olunmuşam.  Tələbə Qəbulu  üzrə  Dövlət Komissiyasının  keçirdiyi  qəbul imtahanında  675  bal  toplamışam.  Ümumi  təhsili nailiyyətlərlə başa vurduğuma görə  Azərbaycan  Respublikası Təhsil Nazirliyi tərəfindən  qızıl medalla təltif olunmuşam. 

-  Daha çox hansı fənlərə üstünlük verirdiniz? İxtisas seçimində  kimlərin   sizə dəstəyi olub?

- Həmişə dəqiq elmlərə daha böyük marağım olub.  Liseydə  oxuduğum  ildə  təhsil ocağının  "Riyaziyyat"  klubunun  üzvü olmuşam.  İndiyədək  riyaziyyat   fizika elmləri  diqqətimi  xüsusilə  cəlb edib    bu  fənlərdə  daha  çox uğur qazanmışam.  

İxtisas seçimində  ailəmin böyük  dəstəyi olub. Sənədlərimi  göndərdiyim son ana qədər 2 ixtisas arasından hansını  seçəcəyimi tam qərarlaşdıra  bilməmişdim.  Bunlar "Kompüter  mühəndisliyi"    "Riyaziyyat"  idi.  Nəhayət,  ailəmin,  müəllimlərin  digər  qohumlarımın  məsləhəti ilə  "Kompüter mühəndisliyi"  ixtisasını seçdim.  Qeyd edim ki,  ixtisasıma görə  peşman  deyiləm,  tam  əksinə,  ixtisasıma  olan marağım  günü-gündən  artır.

-  Müxtəlif müsabiqələrin olimpiadaların həyatınızda rolunu necə qiymətləndirərdiniz?

-  Əlbəttə ki,  müxtəlif   bilik  yarışmaları, fənn olimpiadaları  şagirdlərin  bilik  marağının  dərinləşməsinə,  onların  təhsil  nailiyyətlərinin  artmasına  yol  açır.  Orta məktəb illərində keçirilən müsabiqələrdə  daha çox  2-ci    3-cü yerləri tutmuşam. Bilik yarışmaları  mənə hələ çox şeyləri  öyrənməli  olduğumu  göstərib.  Bu müsabiqələr  həmişə  mənim  üçün  stimul    motivasiya  qaynağı olub.

-  Xaricdə təhsil almağa necə qərar verdiniz?

-  Mənim  böyük  qardaşım  da  Türkiyədə, Orta Doğu Texnik Universitetinin neft qaz  mühəndisliyi ixtisasında təhsil alır.  Buna  görə    artıq ailəm , mən buna hazır idik.  Təhsil  səviyyəsi  hazırda  oxuduğum universitetdə daha yüksək olduğuna görə    Dövlət Proqramına qatıldım. Seçim prosesində  mənim  sənədlərimə baxıb qiymətləndirdilər. Şəffaf  seçim  prosesinin  şahidi olduğumu  tam  əminliklə  deyə bilərəm.  Qeyd edim ki, "2007-2015-ci  illərdə Azərbaycan  gənclərinin xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət Proqramı"  gənclərimizin dünyanın  nüfuzlu universitetlərində dərin biliklərə yiyələnməsi  peşəkar  karyera  qurmalarında  mühüm  addımdır.  Xaricdə təhsil  üzrə  Dövlət Proqramı gənclərin təhsil almaları üçün bərabər imkanların təmin edilməsində mühüm  rol oynayır    ölkəmizdə insan kapitalının keyfiyyətinin artırılmasına imkan yaradır.

-  Təhsil sistemimizdə gedən prosesləri necə qiymətləndirərdiniz?

-  Hazırda təhsil  sistemimizdə çox mütərəqqi dəyişikliklər gedir.  Ötən ilin oktyabrında  Prezident  İlham  Əliyev  tərəfindən  imzalanmış  "Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət Strategiyası"nın qəbulu    gələcəyə hesablanmış  bu  proqram çərçivəsində  görülən  işlər olduqca  təqdirəlayiqdir. Təhsil Nazirliyi tərəfindən aparılan islahatlar, inanırıq ki,  öz  müsbət təsirini    bəhrələrini  göstərəcək.  Unutmaq  lazım deyil ki,  bizim Vətənimizdə  Yusif  Məmmədəliyev    Lev Landau  kimi  elm  xadimləri  böyüyüb.  Aparılan  islahatlar   insan kapitalına  qoyulan  maliyyə  vəsaitlərinin  düzgün  idarə  edilməsi nəticəsində,  biz inanırıq ki, Azərbaycanımızda  dünyaca  məşhur  olan  elm  adamlarının  sayı  artacaq.  Bütün bunların  başında  təbii ki, sağlam  təhsil sistemi durur.  Çox  istərdik ki,  bizim təhsil sistemimiz    universitetlərimiz  dünyanın  öndə  gedən  ölkələri səviyyəsində olsun. 

-  Tələbə həyatınız , asudə vaxtınız  necə keçir?

- Universitetimizdə tələbələr  üçün  hər cür şərait yaradılıb.  Yataqxanalar, yeməkxana, kafelər,  kitabxana,  dərs salonları,  laboratoriyalar,  idman    əyləncə mərkəzlərinin  hamısı  yüksək  səviyyədə  təşkil olunmuş   kampusda   cəmləşib.  Türkiyənin təhsil  sistemi  bir az  fərqlidir.  İxtisas  dərsləri   adətən  1 ara , 1 final imtahanından    çoxsaylı  ev  tapşırıqlarından  təşkil olunur.  Ev tapşırıqlarına  çox önəm verilir.  Ev tapşırıqları 2 cür: fərdi və qrup,  adətən kiçik layihələr  şəklində olur.

Asudə vaxtlarımda dostlarımla görüşməyi çox sevirəm. Adətən dostlarımızla  həftəsonu  toplaşıb  futbol  oynamağa  gedirik.  Texnoloji  yeniliklərlə əlaqədar  məqalə  oxumağı,  musiqi  dinləməyi  çox xoşlayıram.

- Yaşadığınız şəhər, oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə...

- Ankara  sakit olmasıyla seçilir. Qardaşımla bərabər olduğum üçün Ankara mühitinə adaptasiya mənim üçün çətin olmadı.  Ankarada  çoxlu sayda azərbaycanlı  tələbə var,  bu faktor isə  şəhərə və yeni mühitə uyğunlaşmağı  sadələşdirir.

Məlum olduğu kimi, əsası 1954-cü ildə qoyulmuş və hazırda 25 min tələbənin oxuduğu  Orta  Doğu Texnik  Universiteti  Türkiyənin  ən yaxşı  ali təhsil ocaqlarından  biridir.  Mən  universitetin  Ankarada yerləşən  kampusunda təhsil alıram.  Kompüter  mühəndisliyi ixtisası üzrə  bizə dərs deyən müəllimlərimizin əksəriyyəti  dünyanın nüfuzlu universitetlərində  təhsil alıblar. Gözəl  araşdırma laboratoriyalarımız  var ki,   bu da təhsilin keyfiyyətini  artırır.

-  Universitetdə  müəllim-tələbə münasibəti necədir? Hansı maraqlı məqamları qeyd edə bilərdiniz?

-  Təhsil aldığım universitetdə müəllim-tələbə münasibətləri  ürəkaçan səviyyədədir. Dərsdənkənar  mövzularda  da müəllimlər  tələbəyə  lazım  olan  məsləhəti verirlər. Müəllimlər  bəzən öz  tələbələri ilə birlikdə ortaq layihələr üzərində  çalışırlar.  Mən hazırda  yay  təcrübəsi ərzində   müəllimim  assistentin  yanında  layihənin proqramlaşdırılması üzərində çalışıram.  Müəllimin  tələbə  ilə  birlikdə  çalışması  tələbəyə çox şey qazandırır.

Qeyd edim ki, universitetdə yerli əcnəbi tələbələr arasında fərq qoyulmur. Müxtəlif şənliklərdə əcnəbi tələbələr tərəfindən  təşkil olunan təqdimatlar  yerli tələbələr  akademik heyət tərəfindən maraqla qarşılanır.  Universitetə  yeni  gələn    dil sıxıntısı  olan  əcnəbilərə  dərs  ilinin  əvvəlində  yerli  tələbələr  adaptasiya  oriyentasiya  baxımından  hərtərəfli dəstək olurlar.

- Universitetdə imtahan sessiyası necə təşkil olunur?

- Semestr dövründə  adətən   2 imtahan olur.  İmtahanın  keçiriləcəyi  yer    vaxt  əvvəlcədən  təyin olunur.  Suallar  klassik  tipli olur.  Ümumi  qiymətlərin  ortalaması çıxarılır     onun  əsasında  qiymətləndirmə  aparılır.  İmtahanlar  çox  vaxt  çətin olduğuna görə  qiymət  ortalaması  da  aşağı  olur.  Buna  görə    ev tapşırıqlarından yüksək  bal   toplayanlar  adətən  daha  yaxşı  qiymət  ala bilir.  Ev  tapşırıqlarının  həll  olunması  çox vaxt  alır.  Adətən  hər  ev  tapşırığının  yerinə  yetirilməsinə    1-2  həftə  vaxt  ayrılır.   Ev tapşırıqları  dərsdə  keçirilən mühazirə materialının  öyrənilməsi mənimsənilməsi məqsədi daşıdığı  üçün onların  həll olunması dərsdə qazanılmış  bilikləri  möhkəmlətməyə  kömək edir. 

- Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz?

- Üstünlüklərdən danışanda, ilk növbədə, insanın təfəkkür  üfüqü  genişlənir.  Yeni mədəniyyətlə    yeni  insanlarla  tanış olursan.  Müxtəlif  ölkələrin  fərqli  təhsil  sistemi  olduğu kimi  müəllimlərin   tədris metodikası da fərqlidir.  Tədris prosesində müəllimlərlə daha çox əlaqədə olursan.  Komanda  şəklində çalışmağı öyrənirsən.  Orta  Doğu  Texnik Universiteti  hər şeydən əvvəl  tələbələrə  öyrənməyi  öyrədir. İnsanın  daima  inkişafda  olması  vacib şərtdir.  Tələb  olunan  baza məlumatlarına    konseptual biliklərə  burada  yiyələnirik.  Amma    həyatında  bunlar, sadəcə yetərsizdir.  Xaricdə təhsilin  əsas  xüsusiyyəti  tələbəyə  çətinlik  qarşısında  boyun  əyməyib  məsələdən  çıxış  yolunu  axtarmağı  öyrətməsidir.

Buna  görə    gənclərimizin xaricdə təhsil almaq səylərini yüksək qiymətləndirirəm.  Təbii ki, bu müsbət qarşılanası haldır.  Sürətlə inkişaf edən ölkəmizdə ixtisaslı  kadrlara  ehtiyac duyur. İnsanın  öz  üzərində  daha  çox  çalışması,  ixtisas  biliklərinə  dərindən  yiyələnməsi vacibdir.  Bunlar  üçün  insana  əzm    istək  lazımdır.

-  Azərbaycan diasporası ilə əlaqələriniz. Ölkəmizi, mədəniyyətimizi təmsil edə bilirsinizmi? 

- Şübhəsiz ki,  ölkəmizi layiqincə təmsil etmək xaricdə  təhsil  alan  hər  bir azərbaycanlı  tələbənin borcudur.  Türkiyədə  təhsil  alan  bir tələbə kimi,  qeyd etməliyəm ki,  əlimizdən gəldiyi qədər ölkəmizi mədəniyyətimizi  təmsil etməyə çalışırıq.  Müxtəlif bayramlarda mətbəximizi mədəniyyətimizi  digər ölkələrdən olan tələbələrə  tanıdırıq.  Hər il  Xocalı  faciəsinin ildönümündə  tariximizə  qara  hərflərlə  yazılmış  soyqırımı  barədə  həqiqətləri   müxtəlif ölkələrdən olan tələbələrə  çatdırmağa  çalışırıq.

- Gələcək planlarınız?

-   Əsas  hədəfim ixtisasıma dərindən yiyələnmək, Azərbaycanda  İKT-nin inkişafına dəstək olmaqdır.  Qeyd edim ki,  ixtisasımla  bağlı  ölkəmizdə  çoxlu   sayda  yeni    yerləri  açılır    layihələr hazırlanır. Hər il Azərbaycan Respublikası  Rabitə    Yüksək Texnologiyalar  Nazirliyinin  dəstəyi ilə "Startup Azərbaycan"  müsabiqəsi  keçirilir.  Dövlətimiz  bu  sahənin inkişafına böyük diqqət qayğı  göstərir.  Bütün bunlar biz gənclər üçün geniş imkanlar stimul yaradır.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2014.- 12 sentyabr.- S.6.