Ən yaxşı müəllimlərimiz

 

Əsbət MUSAYEVA,

Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi

 

1962-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olub. 1989-cu ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Kürdəmir şəhər 3 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Bundan başqa, 2012-2013-cü tədris ilində keçirilən " Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.  Şagirdləri qəbul imtahanlarında yüksək nəticələr əldə edərək müxtəlif ali təhsil müəssisələrinə daxil olublar.

 

Elmira HÜSEYNOVA,

Kürdəmir şəhər 3 nömrəli tam

orta məktəbin ingilis dili müəllimi

 

1955-ci ildə Kürdəmir rayonunda anadan olub. 1978-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun ingilis-fransız dili fakültəsini bitirib. 1978-1982-ci illərdə Muradxan kənd orta məktəbində, 1982-ci ilin sentyabr ayından isə şəhər 3 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyətini davam etdirir. Pedaqoji fəaliyyəti dövründə təcrübəsi respublikada yayılmış müxtəlif fəxri fərmanlara layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Şagirdləri respublika fənn olimpiadalarında ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər.

 

Məhəmmədəli RƏSULOV,

Kürdəmir şəhər 1 nömrəli tam

orta məktəbin coğrafiya müəllimi

 

1956-cı ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. 1979-cu ildə indiki Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Həmin ildən Kürdəmir rayonu Qarabucaq kənd orta məktəbində əmək fəaliyyətinə başlayıb. 1993-cü ildən şəhər 1 nömrəli tam orta məktəbdə fəaliyyətini coğrafiya müəllimi kimi davam etdirir. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.  Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin, rayon təhsil şöbəsinin müxtəlif fəxri fərmanları ilə təltif olunub. Dərs dediyi şagirdləri yüksək bal toplayaraq Yaponiya, Rusiya, Türkiyə Azərbaycanın nüfuzlu ali məktəblərinə daxil olub. Son tədris ilində rəhbərlik etdiyi XI sinifdə  25 şagirddən 16 nəfəri müxtəlif ali təhsil müəssisələrinə daxil olub. Onlardan 1-i 600-dən, 2-si isə 500-dən çox bal toplayıb.

 

Rəfail MƏMMƏDOV,

Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin

Azərbaycan dili ədəbiyyat müəllimi

 

1979-cu ildə Kürdəmir rayonunun Xınıslı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Pedaqoji fəaliyyətə 2001-ci ildə Xınıslı kənd tam orta məktəbində başlamış, 2011-ci ildən isə şəhər 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili ədəbiyyat müəllimi ilə yanaşı, təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyətini davam etdirir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə  "Əməkdar müəllim" fəxri adına layiq görülüb.  Bundan başqa, 2010-cu ildə keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. Müxtəlif treninq layihələrdə uğurla iştirak edib.  Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin, rayon təhsil şöbəsinin  fəxri fərmanı ilə təltif olunub. Şagirdləri respublika fənn olimpiadalarının inşa yazı müsabiqələrinin qalibi olub.

 

Ələkbər MƏMMƏDOV,

Kürdəmir şəhər 2 nömrəli

məktəb-liseyin fizika müəllimi

 

1950-ci ildə Kürdəmir rayonunda anadan olub. 1973-cü ildə indiki Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Əmək fəaliyyətinə Köhnəbazar kənd orta məktəbində başlayıb.  1981-ci ildən şəhər 2 nömrəli məktəbdə fəaliyyətini davam etdirir. 2002-ci ildə  Azərbaycan Respubilkası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Dərs dediyi şagirdlərin bir çoxu respublika fənn olimpiadalarında uğurlu nəticələr əldə edib. Yetirmələri qəbul imtahanlarında yüksək bal toplayaraq  nüfuzlu ali məktəblərə daxil olublar.

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 12 sentyabr.- S.7.