Ən yaxşı müəllimlərimiz

  

Əhməd ƏZİZOV, 

Lerik rayon Nuravud kənd tam

orta məktəbinin biologiya müəllimi

 

1956-cı ildə Lerik rayonunun Nuravud kəndində anadan olub. 1984-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsini  bitirib. 1981-ci ildən Nuravud kənd tam orta məktəbində biologiya müəllimi işləyir. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 2012-2013-  tədris ilində keçirilən "Ən yaxşı müəllim"  müsabiqəsinin qalibi olub. Şagirdləri qəbul imtahanlarında yüksək nəticələr əldə edərək müxtəlif ali təhsil müəssisələrinə daxil olublar. Dərs dediyi şagirdlərin bir çoxu fənn  olimpiadalarında uğurlu nəticələr əldə edib.

 

Gültəkin ŞIXƏLİYEVA,

Lerik şəhər 1 nömrəli texniki fənlər

təmayüllü liseyin ingilis dili  müəllimi

 

1965-ci ildə Lerik rayonunda anadan olub. 1989-cu ildə  indiki Azərbaycan Dillər  Universitetinin ingilis dili fakültəsini  bitirib. 1989-cu ildə  Lerik şəhər 2 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayan G.Şıxəliyeva 2001-ci ildən isə Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseydə ixtisası üzrə müəllim işləyir. 1998-ci ildə təhsil nazirinin əmri ilə fəxri fərmanla təltif olunub. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Yeni təlim metodları ilə bağlı keçirilən treninq kursların iştirakçısıdır. Şagirdləri qəbul imtahanlarında, fənn olimpiadalarında yüksək nəticələr əldə edirlər.

 

Validə MƏDƏTOVA, 

Lerik şəhər 3 nömrəli tam orta

məktəbin ingilis dili  müəllimi

 

1966-cı ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. 1990-cı ildə indiki Azərbaycan Dillər  Universitetinin ingilis-fransız dili fakültəsini  bitirib. 1991-ci ildən Lerik şəhər 3 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir.  2005-ci ildə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi " medalına  layiq görülüb.  Bir çox layihələrin treninqlərin fəal iştirakçısıdır.  Dərs prosesində müasir təlim metodlarından istifadəyə üstünlük verir. Tədris etdiyi fənn üzrə şagirdləri dəfələrlə respublika fənn olimpiadalarında müxtəlif müsabiqələrdə uğurla çıxış ediblər.

 

Cəbrayıl SURƏTOV,

Lerik Rayon Təhsil Şöbəsinin müdir müavini

 

1946-cı ildə Lerik rayonunun Perzəkücə kəndində anadan olub. 1967-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Həmin ildə Monidigah kənd tam orta məktəbinə  müəllim təyin olunub. 1984-cü ildən Lerik Rayon Təhsil Şöbəsində çalışır. 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. 2010-cu ildə   Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi " medalına  layiq görülüb.  Dəfələrlə Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin, rayon təhsil şöbəsinin fəxri fərmanları ilə təltif olunub.

 

Zöhrab SALAYEV,

Rvarud kənd  tam orta

məktəbinin coğrafiya   müəllimi

 

1960-cı ildə Lerik rayonunun Rvarud  kəndində anadan olub. 1983-cü ildə  indiki Azərbaycan Dövlət Pedaqoji  Universitetinin coğrafiya fakültəsini  bitirib. 1983-cü ildə  Anzolu kənd ümumi orta məktəbində  coğrafiya müəllimi işləyib. 1984-cü ildən isə Rvarud kənd tam orta məktəbində ixtisası üzrə çalışır.  2012-ci ildə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalına  layiq görülüb. Təhsil Nazirliyinin təşkilatçılığı dəstəyi ilə keçirilən layihələrin, treninqlərin iştirakçısıdır. Şagirdləri rayon respublika olimpiadalarında, bilik yarışlarında uğurla iştirak ediblər.

 

Niyazi Rəhimov

 

Azərbaycan müəllimi.- 2014.- 26 sentyabr.- S.8.