"ABŞ-ın Klivlend klinikasında təcrübə keçmişəm"

 

 İstanbul Tibb Universitetinin tələbəsi İlahə İsalı ilə söhbət

 

İlahə İsalı  1991-ci il noyabrın 10-da Tərtər şəhərində anadan olub. İbtidai təhsilini şəhər 3 nömrəli tam orta məktəbdə alıb. 2009-cu ildə Xırdalan şəhərindəki  Suzan Mübarək adına ərəb dili təmayüllü məktəbi fərqlənmə ilə başa vurub. Elə həmin ildə TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladığı   606 balla  Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika  fakültəsinə  daxil olub.  2011-ci ildən  tələbə mübadilə  proqramı çərçivəsində təhsilini İstanbul Universitetinin tibb fakültəsində  davam etdirir. Təhsil aldığı müddət ərzində  Almaniyanın Heydelberg Universitetinin xəstəxanasında kardiologiya üzrə  təcrübədə olub.  2014-cü ildə ABŞ-ın  ən məşhur xəstəxanalarından biri olan Klivlend klinikasında cərrahiyyə ixtisası üzrə  təcrübə  keçib.  Hazırda "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlər Proqramı"na uyğun olaraq İstanbul Tibb Universitetinin sonuncu kursunda oxuyur.  

 

"Məktəbin ən istedadlı şagirdi" 

 

- Orta məktəb illərində çox aktiv bir şagird olmuşam. Dərslərimdən həmişə əla qiymətlər almışam. Bundan başqa, müxtəlif çoxsaylı bilik yarışmaları və müsabiqələrdə iştirak etmişəm.  İlk uğurum 2001-ci ildə olub, "Məktəbin ən istedadlı şagirdi" nominasiyasının qalibi adına layiq görülmüşəm.  Ədəbi yaradıcılığa da  maraq  göstərmişəm və bir neçə şeirim ayrı-ayrı qəzetlərdə çap olunub.  Mən şeir yazmağı çox sevirdim. Hazırda vaxtım  olsaydı,  yenə də  yazardım, çünki mən bundan zövq alıram. Dəfələrlə  inşa müsabiqələrində birinci yeri tutmuşam. Eyni zamanda  biologiya  riyaziyyat fənləri üzrə bir neçə dəfə olimpiada qalibi  olmuşam. Universitetdə oxuduğum illərdə daha çox fəlsəfəyə maraq göstərməyə başladım. Nəticədə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun   "Elmi axtarışlar"  jurnalında  məqalələrim dərc olundu.  Yazılarım əsasən tibbi fəlsəfənin problemlərinə həsr olunmuşdu.  Anam tibb işçisi olsa da mənim həkim olmağımı istəmirdi.  Bu sənətin məsuliyyətli və çox çətin olduğunu deyirdi. Buna baxmayaraq, mən bu yolu seçdim. Məktəb illərində mən  "yalnız həkim olacağam" deyirdimbu yolda irəlilədim. Həkimlik mənim üçün zövqdür. Bu sənəti seçdiyim üçün əsla peşman deyiləm.

 

"Ən böyük dəstəkçim müəllimlərim oldu"

 

Xaricdə  təhsil almaq  istəyim I kursda oxuyarkən yarandı. Ancaq valideynlərim mənim marağıma qarşı çıxırdılar. Sonda mən onları razı sala bildim. İndi onlar mənə deyirlər ki,  yaxşı ki, sən xaricdə təhsil proqramını seçdin. Bu yolda mənim ən böyük dəstəkçim müəllimlərim dostlarım oldu. Hər zaman çətinliklər olur, önəmli olan bu yolda əzmlə inamla addımlamaqdır. Dostlarıma deyirdim: Siz cəhd edin, hər şey yaxşı olacaq! Qeyd edim ki, elm texnikanın inkişaf  etdiyi dövrdə  xaricdə  təhsil almaq məsələsi  ölkəmizdə  daha da aktuallaşır.   İlk növbədə,  qeyd etmək istəyirəm ki,  Dövlət Proqramına  qəbul olmaq məqsədyönlü səmərəli fəaliyyətin nəticəsində mümkündür.  Mən hazırda  Dövlət Proqramı təqaüdçüsüyəm.  Respublika gəncliyinin inkişafı üçün mühüm rol oynayan   "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın qəbul edilməsinə gənclərimiz üçün yaradılmış digər imkanlara görə möhtərəm Prezident İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm!

 

"Xaricdə təcrübə proqramı keçmişəm"

 

Təhsil aldığım universitetdə çox intensiv işgüzar təlim mühiti var. Uzmanlıq imtahanlarına  hazırlaşdığım üçün özümə çox vaxt ayıra bilmirəm, amma boş vaxtlarımda filmlərə baxıram, gitara çalıram, dostlarımla görüşlər keçiririk. Çalışıram ki, dərsdənkənar vaxtlarım səmərəli keçsin. Şəhərin görməli yerlərinə baş çəkməyi üzgüçülüyü çox  sevirəm. Türkiyəyə  gəldiyim ilk günlərdə mənim üçün çətin oldu. Çünki ilk dəfəydi ki, ailəmdən uzaqda idim, ən çox anam üçün  darıxırdım. Ancaq yerli mühitə adaptasiyam çox da çətin olmadı. Bu, mənə dəstək olan dostlarımın sayəsində  mümkün oldu.  Türkiyədə təhsil alan bütün əcnəbi, eləcə azərbaycanlı tələbələr üçün hər cür şərait yaradılıb. Bərabər imkanlar tələbələrin yüksək məsuliyyət həvəslə elmi biliklərin əsaslarını öyrənməsi təcrübə əldə etməsinə xidmət edir. Tələbələr onlar üçün yaradılan bütün  imkanlardan bərabər şəkildə  istifadə edirlər.

Biz tələbələrin əsas hədəflərindən biri xarici ölkədə ölkəmizi layiqincə təmsil etmək, mədəniyyətimizi, adət-ənənələrimizi tanıtmaqdır.  İstanbulda azərbaycanlı  tələbələrimiz çoxdur.  Ona  görə  burada diasporamızın sayı çoxluq təşkil edir həmvətənlərimizin  fəaliyyətini çox yüksək dəyərləndirirəm. Milli bayramlarımızda, Xocalı soyqırımı, 20 Yanvar faciəsi ilə  əlaqədar keçirilən tədbirlərdə çalışıram ki, fəal iştirak edim.  Qeyd edim ki, ortaq tarixi keçmişi  olduğuna görə  Azərbaycan Türkiyə  hər zaman qardaş dövlət olmuşdur.  Türkiyədə Azərbaycanı    Azərbaycan xalqını çox sevirlər.

Hazırda oxuduğum universitetdə mənə dəstək olan müəllimlərim var. Onların sayəsində  mən xaricdə  təcrübə proqramı keçə  bilmişəm. 

 

"Elmi işçi kimi tədqiqat aparacağam"

 

Klivlend klinikası (Cleveland Clinic) Amerikanın ən böyük xəstəxanalarından biridir. Eyni zamanda kolorektal cərrahiyyə    kardiologiya sahəsində bütün dünyada məşhurdur.  Klinikada həyata keçirilən  "Xəstəyə yönəlik" proqramı   araşdırmadan, klinik xidmətlərdən, təhsildən tutmuş  xəstəxananın  idarəçiliyinə qədər hər şeydə  özünü göstərməkdədir.  ABŞ-ın Klivlend klinikasında təcrübə keçirəm.  Buna görə  özümü  çox şanslı  hesab edirəm. Mən bir ay müddətində Klivlend klinikasında xəstələrin  müayinəsi, müalicəsi    aparılan bütün prosedurlarla yaxından tanış oldum.  Klivlenddə olarkən mən məşhur professor-doktor Ceyms Kurkun rəhbərliyi altında əməliyyatlarda iştirak etdim. Professor  herediter kolorektal xərçəng xəstəliyinin araşdırılmasında mənim iştirak etməyim üçün köməklik göstərdi. Mən  orada  olarkən çox şey öyrəndim. Ən çox xoşuma gələn isə həkim   xəstə arasında olan münasibət oldu.  Hesab edirəm ki, Amerika  tibb sistemindən öyrəndiyimiz  bilgilərlə gələcək nəslə  geniş töhfə  verə  biləcəyik. Bu son deyil, mən bu yaxınlarda Amerikaya yenidən gedəcəyəm. Bu  dəfə doktor  C.Kurkun rəhbərliyi altında elmi işçi kimi tədqiqatlar aparacağam.

 

 "Çoxlu planlarım hədəflərim var"

 

 Hazırda təhsil aldığım İstanbul Universitetinin  tibb fakültəsində ginekologiya kafedrasında araşdırmalara qoşulmuşam. Bu sahə üzrə elmi tədqiqat işlərimi   davam etdirmək niyyətindəyəm. Ən əsası uzmanlıq  imtahanını uğurla  verdikdən sonra  bu işləri daha da ön plana çəkməyi düşünürəm. Bakalavr təhsilim davam etdiyi üçün hələlik ixtisas seçməmişəm. Bu, rezidentura təhsilim başa çatdıqdan sonra məlum olacaq. Hazırda elə bu imtahana hazırlaşıram, qazandığım qiymətlər ixtisas seçimimə  kömək edəcək.

Qeyd edim ki, xaricdə təhsil universitet həyatının bir hissəsini xaricdə keçirmək, dünyanın ən qlobal şəhərlərindən birində yaşamaq, fərqli mədəniyyətlə tanış olmaq, akademik həyata, həyatına   gündəlik həyata dair bir çox yeni şey öyrənmək   universitet təcrübələrini zənginləşdirmək deməkdir. Xaricdə  təhsil almaq mənim üçün gələcəyə olan inamdır. Mənim gələcəklə bağlı çoxlu planlarım  və hədəflərim var, bunları zaman göstərəcək. Onu deyə bilərəm ki, Azərbaycanda tibb təhsili inkişaf edir  daha da inkişaf edəcəkdir. Xaricdə  əldə  etdiyim bilikləri öz doğma ölkəmdə tətbiq etmək mənim ən böyük hədəfimdir.

 

Azərbaycan müəllimi.- 2014.- 26 sentyabr.- S.5.