Dünya universitetlərinin yeni
reytinq cədvəli açıqlanıb
Böyük Britaniyanın "Quacquarelli
Symonds" (QS)
konsaltinq şirkəti dünya universitetlərinin yeni reytinq (QS World University Rankings-2014) cədvəlini
tərtib edib.
Reytinq cədvəlində bütün
dünya üzrə 76 ölkədən
863 universitetin adı çəkilir.
2004-cü ildən etibarən nəşr edilən reytinq dünya universitetlərinin
fəaliyyətini artıq son 10 il ərzində dəyişilməz olaraq qalan 6 əsas meyar (akademik nüfuz, elmi məqalələrdən
sitatgətirmə, müəllim-tələbə
nisbəti, işəgötürənlər arasında nüfuzu, əcnəbi müəllimlərin
sayı və əcnəbi tələbələrin sayı)
üzrə qiymətləndirib. Reytinq cədvəlinin
hazırlanması gedişində 62 min akademik cəmiyyət və 27 min
işəgötürən arasında sorğu
aparılıb. Hər il olduğu kimi, QS bu il
də 3 minə yaxın ali məktəbin fəaliyyətinə qiymət
verib, onların arasından ən
yaxşılarını seçib.
Amerikanın Massaçusets Texnologiya İnstitutu
(MIT) artıq 3-cü ildir dünyanın ən
yaxşı universitetlərinin reytinq cədvəlinə
başçılıq edir. Universitet bu il elmi
məqalələrdən sitatgətirilmə indeksini
14 faiz
yaxşılaşdırmaqla ən yaxşı universitetlər
arasında liderliyini qoruya
bilib. Kembric Universiteti Harvard Universitetini sıxışdıraraq ikinci yerə çıxıb. İlk üçlükdə London
İmperial Kolleci qərarlaşıb.
Harvard Universiteti isə 4-cü sırada yer alıb. Ən yaxşı 10 universitet sırasında Oksford, London Universitet Kolleci, Stanford Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Prinston Universiteti, Yel Universiteti yer alıb. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
top-200-lükdə 114-cü yeri qazana
bilmişdir. Beləliklə
də reytinq cədvəlində yer almış 10 ən yaxşı universitetdən
6-sı ABŞ-a məxsusdur. ABŞ 200 ən yaxşı universitet
siyahısında 51 ali
təhsil müəssisəsi
ilə təmsil olunub. Reytinqin tam versiyasında 863 universitet yer alıb. 200 ən
yaxşı universitet
siyahısında 31 ölkənin
adı çəkilir. Reytinqdə Britaniya 29, Almaniya 13, Niderland 11, Kanada 10, Yaponiya 10, Avstriya 8 universitetlə təmsil olunub. Reytinq cədvəli ilə
bağlı ətraflı
məlumatı www.topuniversities.com saytından almaq olar.
Azərbaycan müəllimi.- 2014.- 26 sentyabr.- S.7.