Azərbaycan Dillər
Universiteti
yeni tədris ilinə yeniliklərlə başlayır
Tam təmir olunmuş yataqxana, əməkhaqqı
artımı, xaricə
göndərilən tələbələr
Azərbaycanda
təhsilin keyfiyyətinin
ən inkişaf etmiş ölkələr
səviyyəsinə yüksəlməsi,
dövlətin təhsilə
diqqət və qayğısı bu sahənin dünya səviyyəsinə yüksəlməsinə
imkan verib. Təhsilə daim böyük
önəm vermiş ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir. Dövlətimizin təhsilə göstərdiyi
böyük diqqət
və qayğısı
ildən-ilə artır.
Azərbaycanda təhsilə olan
diqqət, Azərbaycan
üçün təhsilin
inkişafı prioritet
sahədir. Bu səbəbdən bu gün Azərbaycan təhsil sistemində ciddi islahatlar aparılır.
Azərbaycan Dillər
Universiteti hər zaman bu islahatların
önündə gedən
ali təhsil
müəssisəsidir.
Tələbələrin sayı altı mindən çoxdur
Azərbaycan
Dillər Universiteti
(ADU) 2014-2015-ci tədris ilinə
yeniliklərlə qədəm
qoyur. Bu il ADU-nun bakalavr pilləsinə 1500-ə yaxın
tələbə, magistratura
pilləsinə isə
200-ə yaxın tələbə
qəbulu olub, doktorantura pilləsinə isə tezliklə baş tutacaq qəbulla bağlı müvafiq işlər görülüb. Hər il yüksək
səviyyədə həyata
keçirilən bu proses nəticəsində
Azərbaycan Dillər
Universiteti ölkə
universitetləri içərisində
aparıcı təhsil
müəssisələrindən birinə çevrilib. Bu isə Azərbaycan
Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu tədris ilində ADU tələbələrinin sayı
6000-ni keçib. Bu rəqəm qısa zaman kəsiyində universitetdə aparılan islahatların, yürüdülən
uğurlu təhsil siyasətinin nəticəsidir.
Kredit sisteminin tam tətbiqi, mobilliyin təmin olunması, tələbə
yönümlü təhsilin
təşkili ilə
ADU Avropa standartlarına
yaxınlaşmaq istiqamətində
mühüm addımlar
atıb.
Maddi-texniki baza müasir standartlar səviyyəsindədir
ADU-nun sahib olduğu geniş
imkanlar nəticəsində
hər il
universitetdə gözəçarpan
və çox vacib yeniliklər baş verir. Yeni tədris ilində də universitetdə yeniliklər aparılıb.
Belə ki, hər il
olduğu kimi, yeni tədris ilində universitetin hər üç korpusunda əsaslı təmir işləri aparılır, hər üç bina maddi-texniki bazası yenilənmiş formada tələbələrin ixtiyarına
verilir. Universitetin ikinci korpusunda
tədbirlərin, iclasların
keçirilməsinə xidmət
göstərən, əsaslı
təmir nəticəsində
tam müasir yeni standartlara cavab verən akt zalı yenidən istifadəyə verilib.
Bu gün ADU öz xarici qonaqlarını böyük fəxr hissi ilə universitetlə, buradakı
təhsil sistemi ilə tanış
edir. ADU-nun ayırdığı
maddi vəsait əsasında və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki
səfirliyinin dəstəyi
ilə təmir edilib yeniləşmiş,
maddi-texniki bazası dəyişdirilmiş, yeni
texnologiyalarla, əlavə
kommunikasiya imkanları,
ən müasir texnika ilə təmin edilmiş 2008-ci ildə açılan İnformasiya Resurs Kompleksi, o cümlədən
İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzi yenidən istifadəyə verilir. Bu gün Azərbaycan Dillər Universiteti burada fəaliyyət göstərən İnformasiya
Resurs Kompleksi və "Açıq kitabxana" vasitəsilə
kitabxana mühitini, universitetdə kitab fəlsəfəsini ən
yüksək səviyyədə
həyata keçirən
ali məktəb kimi təqdim oluna bilər. İlk dəfə universitet tarixində ADU-da məhz İRK-nin nəzdində yeni telestudia açılır.
Müəllimlər və tələbələr
telestudia vasitəsilə
ilə universitetin daxilində çıxış
edə, öz mühazirə və mülahizələrini söyləyə,
tələbələrlə söhbət edə, öz sözlərini çatdıra biləcəklər.
Tam təmirli tələbə
yataqxanası
Bu dərs ilində tədris binaları ilə yanaşı, ADU-nun tələbə
yataqxanası yaşayış
üçün lazım
olan hər növ avadanlıqlarla təchiz, sanitar-gigiyenik normalara uyğun, ən yüksək səviyyədə təmir
edilib tələbələrin
istifadəsinə verilib.
Professor-müəllim işçi
heyətinin əməkhaqları
artırılıb
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Azərbaycan təhsil sisteminin adambaşına maliyyələşməsinə keçməsi ilə əlaqədar verdiyi qərar əsasında universitetdə fəaliyyət
göstərən professor-müəllim,
o cümlədən işçi
heyətinin əməkhaqları
artırılıb. İşçilərin sosial
rifahının yüksəlməsi,
onların maddi durumunun yaxşılaşdırılması
istiqamətində addım
atılaraq maaşlar Azərbaycanda ali
məktəblər sırasında
ən yüksək səviyyəyə çatdırılıb.
Bu gün ADU əməkdaşları
müxtəlif vəzifələr
üzrə 500-1500 AZN arası
əməkhaqqı alırlar.
Beynəlxalq proqramlar həyata
keçirilir
Azərbaycanın
təhsil sahəsində
beynəlxalq əməkdaşlığa
xüsusi önəm verməsindən irəli gələrək ADU-nun beynəlxalq
əlaqələri, qoşulduğu
beynəlxalq proqramlar nəticəsində həm
maddi, həm də ictimai baxımdan xeyli inkişaf etmişdir. Rəqabətə davamlı universitet
olan ADU-da tələbələrin dünya
dillərinə marağını
artırmaq, onları ölkələrarası əlaqələrin
inkişafında vasitəçi
kimi yetişdirmək üçün proqramlar həyata keçirilir.
Bu proqramlar nəticəsində
ADU tələbələri bu gün artıq
bir sıra ölkələrin ali məktəblərində
oxuyurlar və Azərbaycan Dillər Universitetinə xaricdən
tələbələr gəlirlər.
ADU-dan tələbələr
bu tədris ili üçün
Fransa, Koreya, Norveç, İtaliya, Yaponiya, Çin kimi ölkələrdə
təhsillərini davam
etməyə yollanırlar.
Heç də
təsadüfi deyil ki, Azərbaycanda ilk dəfə olaraq hər zaman ilklərə imza atan Azərbaycan Dillər Universitetinin pedaqoji fakültəsinin tələbəsi Nərmin
İsmayılova bu il ADU ilə
yanaşı, Böyük
Britaniyanın Esseks Universitetini də fərqlənmə diplomu ilə başa vuran ilk azərbaycanlı tələbə oldu.
Azərbaycan
Dillər Universiteti yeni tədris ilinə həmçinin digər yeniliklərlə
də qədəm qoyur. Belə ki, ADU-da növbəti dərs
ilindən macar dilinin
tədris olunması nəzərdə tutulub.
Beləliklə,
ADU hər zaman olduğu
kimi, formaca yenilənən,
məzmunca aparılan islahatları ilə öndə gedən,
aparıcı tələbələr üçün
geniş perspektivli
üfüqlər açan, müəllimlər
üçün yeni-yeni
imkanlar yaradan ali təhsil müəssisəsi olaraq yeni tədris ilinə
də uğurla başlayır.
Azərbaycan müəllimi.- 2014.- 26 sentyabr.- S.8.