"Təhsil Nazirliyində vətəndaşların qəbulu

Qaydası"nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 Vətəndaşların qəbulu prosesinin səmərəli təşkil edilməsi, onların hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu işə nəzarətin artırılması məqsədi ilə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununu, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanını "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. "Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Nazirliyin bütün şöbə və idarələrinin, aliorta ixtisas təhsili müəssisələrinin, yerli təhsil şöbələrinin (idarələrinin) rəhbərləri və aidiyyəti işçiləri fəaliyyətlərində bu Qaydaların tamdüzgün tətbiq olunmasını təmin etsinlər.

3. Təhsil Nazirliyinin, aliorta ixtisas təhsili müəssisələrinin və yerli təhsil şöbələrinin   vəzifəli  şəxsləri  tərəfindən  bu  Qaydalara 1  və 2  nömrəli  əlavə  ilə müəyyən olunmuş vətəndaşların qəbulu qrafikinə ciddi riayət olunsun.

4. İnformasiya şöbəsinə tapşırılsın ki:

4.1. qəbula yazılan vətəndaşın yazılı və  elektron formada uçotunu aparsın;

4.2. qəbul qrafikinin Nazirliyin qəbul otağında hər kəs üçün aydın görünən yerdə asılmasını təşkil etsin;

4.3. əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

23 dekabr 2013-cü il

 

Azərbaycan müəllimi.- 2014.- 10 yanvar.- S.3.