Əllərin söylədikləri
Tədris zamanı müəllimin əl hərəkətlərinə
diqqət
edənlər
dərsi daha yaxşı qavraya bilərlər
Mühiti incə bir şəkildə qavramaq
Müəllim əli
ilə ya izah etdiyi mövzuya həssaslıq
qazandırmağa, ya da
mövzu ilə əlaqəli gücünü göstərməyə
çalışır. Bəzən beynindəki sualın
cavabını tapa bilmədikdə, amma ona çox
yaxın olduğunda bu
axtarışı, sanki, havanı tutmuş kimi göstərir.
Mühiti güclü bir şəkildə qavramaq
Müəllim güclü qavrama jestini, bir mövzudakı
qərarlılığını göstərmək üçün bu əl
formasından istifadə edir.
Sıxılmış yumruqla dərsin izah edilməsi şagirdin
diqqətini cəlb edir və onu həyəcanlandırır.
Əllərin qayçı kimi bir şəxsdən kənar tərəfə açılması
Bu çox şiddətli
bir rəddetmə ifadəsidir. Müəllim
bu xarakteri ilə ya sinifdəkilərlə arasına
düşməncəsinə bir sədd
çəkdiyini, ya da
təklif edilən şeyləri qətiliklə qəbul etmədiyini ifadə edir.
Əlin yumruq olaraq istifadə edilməsi
Yumruq insanı qoruyan təbii
bir silahdır. Yumruq
sadəcə üzə və
qarına vurulmaz. Yumruq
təhdidedici formada istifadə edilə bilər.
Yumruq stola qoyula və yumşaq bir hərəkətlə havada
tutula bilər. Yumruğu
stola vurmaq kobudluq, duyğulara hakim ola bilməməyin
işarəsidir. Əllərlə edilən ən təcavüzkar
hərəkət budur.
Sıxılmış bir yumruğu
havada yellədən adam
müdafiə etdiyi fikrə qarşı
çıxıldığı vaxt,
mübarizənin hansı şəkildə davam
edəcəyinə şübhə qalmır.
Barmağın havaya qalxması
Əlin
sıxılaraq şəhadət barmağının havaya qalxması və qarşıdakı
şəxsi göstərməsi şagirdlərdə
müqavimət və narahatçılıq meydana gətirir - təhdid və güc ifadə edən bir
hərəkətdir. Şagirddə bu,
narahatçılığa
qarşı çıxmaq, deyilənin əksini etmək
istəyi meydana gətirir və müəllimə
qarşı qəzəbli olmasına səbəb olur.
Şəhadət
barmağımızı uzadıb şagirdi
günahlandırarkən, digər üç
barmağın bizi göstərdiyini
unutmamalıyıq.
Bu görünüş
qarşımızdakı insanı
günahlandırdığımız mövzuda
bizim də öz məsuliyyət
dərəcəmizi düşünməyimiz baxımından
əhəmiyyət kəsb edir.
Ovucun yuxarı baxması
Bu vəziyyət "Müəllim son dərəcə nəzakətli bir şəkildə şagirddən onun fikri ilə
razılaşmasını istəyir" deməkdir.
Müəllimin bir fikri, təklifi, təəssüratı
və ya dəvəti açıq əl jesti ilə etməsi onun
qarşı fikirlərə və təkliflərə də
hazır olduğunu göstərir.
Ovucun aşağı baxması
Bu davranış, artmış olan gərginliyə nəzarət etmək istəyən,
soyuqqanlı bir yanaşma
formasıdır. Belə bir jest tətbiq edən şəxsə,
qarşı tərəfdə müqavimət meydana
gətirməyən bir üstünlük
verir.
İki əlin ovuclarının qarşı tərəfə baxması
Bu hərəkət, müəllimin
qarşı tərəfdən gələn təklif və
müzakirələrə qarşı
çıxmasıdır. Şagirdlə özü
arasında aşılmaz bir divar hörmüşdür.
Bu davranışın məqsədi
qarşı tərəfi saxlayıb, öz
sərhədlərinə daxil
olmasının qarşısını almaqdır.
İki əlin ovuclarının sinəyə doğru açılması
Bu jest, qarşıdakı şagirdin fikirlərini qəbul edərək, onunla razılığa gəlmək arzusunu əks etdirir.
Əllərin bir-birinə keçirilməsi
Ümumi olaraq xoşagəlməz
bir şeyin, xəyal
qırıqlığının əlamətidir. Əgər
dərsi izah edərkən şagirdin
maraq sahəsi xaricinə
çıxdınızsa və artıq ona
müraciət etmirsinizsə, o zaman şagirdin əlləri
partanın üstündə bağlanmış və əllərinin
getdikcə yuxarı qalxdığını görəcəksiniz.
Əllərin öndə və arxada birləşməsi
Əllərin arxada birləşdirilməsi insanın
özünə güvəndiyini və ətrafa meydan oxuduğunu
xatırladır. Gizlədəcək və qorxacaq
bir şeyin
olmadığını qarşı tərəfə göstərirsiniz. Əlləri bədənin
arxasında bükmək gücü təmsil
edən polis, müəllimlər və
zabitlər arasında bir jestdir.
Ümumiyyətlə,
bu, dəhlizdən keçən məktəb
müdiri yerişidir.
Əksər hallarda bu
vəziyyət sinənin önə verilməsi, çiyinlərin
qaldırılması və burunun
yuxarı qalxması ilə
tamamlanır.
Əllərin öndə
birləşməsi isə itaəti və özünə
inamsızlığı
göstərir və adətən, boyunun
əyilməsi, bədənin bükülməsi və
çiyinlərin aşağı düşməsi ilə
müşayiət olunur.
Qarşıdakı insana
"başıma vur, çörəyimi
al" mesajını vermiş
olur.
Məlumatlı vəziyyət
Bu vəziyyət, daha çox, müəllimə "mən bilirəm"
görünüşünü verir. İki əlin
barmaqları birləşdirilir, burun azca yuxarı qaldırılır,
baxışlarda və üz xətlərində
mövzuya tam sahiblik olur.
Bu hərəkəti etdikdə sinfinizdəki
şagirdiniz sizin mövzuya tam hakim olduğunuzu və mövzu haqqında çox
şey bildiyinizi
düşünəcəkdir. Ancaq diqqətli
olmaq lazımdır. 45 dəqiqəlik dərs
ərzində bu vəziyyəti davam etdirsəniz, tənəffüsdə dəhlizlərdə
sizi təqlid edən şagirdlərlə
qarşılaşacaqsınız.
Hüseyn XƏLİLOV,
Qafqaz Universitetinin
psixoloqu
Azərbaycan
müəllimi.- 2014.- 10 yanvar.- S.6.