Müəllim, yazıçı,
alim
"Azərbaycan müəllimi"nin arxivindən
"Azərbaycan müəllimi",
8 iyul 1948-ci il,
¹25
1947-ci il aprelin 17-də yazıçı
Mircalal Paşayev filoloji elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Azərbaycanda
ədəbi məktəblər"
mövzuuda dissertasiya müdafiə etdi. Bu dissertasiya dərin
elmi tədqiqatın və uzun müddət
davam edən gərgin zəhmətin məhsulu idi. Müəllif mühüm bir
dövrdə (1905-1917-ci illərdə)
Azərbaycan ədəbiyyatının
necə inkişaf etdiyini, müxtəlif ədəbi məktəb və üslubların bir-birilə mübarizəsini,
bu ədəbi cərəyanların sinfi
mahiyyətini dərin
təhlil etmişdir.
Realist rus ədəbiyyatının
milli ədəbiyyatımıza
göstərdiyi sağlam
təsir, Azərbaycanda
yeni tərəqqipərvər
ədəbi məktəblərin
yaranması və bunların mürtəce-millətçi
cərəyanlar əleyhinə
barışmaz mübarizəsi
dissertasiyada ətraflı
tədqiq edilmişdir.
Əsərin ən qiymətli
xüsusiyyətlərindən birisi Azərbaycanda inqilabi-demokratik ədəbiyyatın
məfkurəvi mənşəini
göstərməsi, bolşevizm
hərəkatı ilə
sıxı əlaqəsini
sübut etməsidir.
Müəllif Stalin yoldaşın Zaqafqaziyada və Bakıdakı inqilabi fəaliyyətilə əlaqədar
olaraq məfkürəvi
həyatda əmələ
gələn əsaslı
dönüşü, ədəbiyyatda
yeni və yüksək ictimai qayələrin, inqilabi ruhun yayılmasını konkret nümunələrlə
şərh etmişdir.
Mircalal
Paşayev yoldaşın
doktor dissertasiyası Azərbaycan alimlərinin diqqətini cəlb etdiyi kimi vətənimizin
paytaxtı Qızıl
Moskvada da yüksək qiymət almışdır. Bu günlərdə SSRİ Ali Təhsil
Nazirliyinin Ali attestasiya
komisyonu əsərin böyük elmi əhəmiyyətini nəzərə
alaraq Mircalal Paşayev yoldaşa filoloji elmləri doktoru alimlik dərəcəsi vermişdir.
Bu, sovet Azərbaycanının mədəni
həyatında yeni bir qələbədir.
Azərbaycan sovet
ədəbiyyatının ən
görkəmli nümayəndələrindən
birisi olan Mircalal Paşayevin bədii əsərləri Ümumittifaq
miqyasında şöhrət
qazanmışdır. "Bir
gəncin manifesti"
və "Dirilən adam" romanları
rus dilində çap olunduqdan sonra yazıçı ölkəmizin ən uzaq yerlərindən bir çox məktublar almışdır.
Respublikamızda elə bir fəhlə, kolxozçu və ziyalı yoxdur ki, onun
evində Mircalalın
əsərləri məhəbbətlə
oxunmasın. Canlı həyatdan,
müasir insanlardan bəhs edən, doğma xalqı ilə şirin və səmimi bir dildə söhbət edən yazıçı hər qəlbin əziz sirdaşıdır.
Mircalal yalnız
bir yazıçı kimi
deyil, eyni zamanda görkəmli alim və qocaman
bir müəllim kimi tanınmışdır.
Müəllimlik onun elmi və ədəbi fəaliyyəti üçün
mücəssəm bir
başlanğıc, tükənməz
bir ilham və müşahidə mənbəi olmuşdur.
1927-ci ildə Kirovabad pedağoji texnikumunu qurtarmış Mircalal hələ Gədəbəydə
dərs deyirkən
"Müəllim" adlı
ilk hekayəsini yazmışdı.
Ədəbi yaradıcılıq və pedağoji fəaliyyət onun varlığında üzvi
surətdə birləşmiş,
onun həyatının
məna və mahiyyətinə çevrilmişdir.
Azərbaycan Dövlət
Darülfünununun dil-ədəbiyyat
şöbəsini və
Elmi Tədqiqat İnstitutunun aspiranturasını
bitirdikdən sonra Mircalal 1935-ci ildə akademiyanın ədəbiyyat
şöbəsində işləməyə
başlamış və
eyni zamanda bu günədək fasiləsiz olaraq respublikamızın ali məktəblərində
dərs demişdir. Pedağoji fəaliyyətdən bir
an ayrılmayan yazıçı
və alim bu illər ərzində
56 elmi kitab və böyük məqalə yazmışdır.
50 çap listi həcmində olan bu əsərlərdə
Azərbaycan ədəbiyyatı
tarixinin mühüm dövrləri (XX əsr və sovet dövrü),
ayrı-ayrı Azərbaycan
ədibləri haqqında
dərin məlumat vardır. 1940-cı ildə
filoloji elmləri namizədi adını almaq üçün müdafiə etdiyi dissertasiyada Mircalal, Füzulinin sənətkarlıq
xüsusiyyətlərini ən
incə təfərrüfatınadək təhlil
etmişdir. O, Füzuli
yaradıcılığındakı poetik xüsusiyyətləri
böyük şairin
ictimai qayələri ilə əlaqədə açıb göstərmişdir.
Elmi
pedağoji fəaliyyəti
ilə yanaşı olaraq Mircalal 80 çap listi həcmində müxtəlif
bədii əsərlər
yaratmışdır. İlk "Sağlam
yollar" kitabından
başlayaraq son böyük
əsərlərinədək bütün yaradıcılığında
ədib pedağoji məsələlərə, məktəb
və müəllim həyatına böyük
diqqət vermişdir.
Onun
"Kimya tələsir",
"Muştuluq" və
"İftixar" kimi
əsərləri bilavasitə
bu mövzularda yazılmışdır.
Hazırda
Nizami institutunun sovet ədəbiyyatı şöbəsinə rəhbərlik
edən, Dövlət
Darülfünununda ədəbiyyat
nəzəriyyəsi və
müasir ədəbiyyat
kimi mühüm fənnlərdən dərs
deyən Mircalal gənc ədəbiyyatşünasların
yetişməsinə böyük
qayğı ilə yanaşır.
Müəllimlik və
yazıçılıq sənətini
yaxınlığı haqqında
danışırkən Mircalal
deyir:
- Bunların məqsəd
və vəzifəsi eynidir: böyüyən nəslə kommunist tərbiyəsi vermək. Lakin müəllim adətən
təkcə sinif və məktəb önündə çıxış
edə bildiyi halda, yazıçı öz qələminin köməyilə mütərəqqi
fikirləri bütün
xalqa çatdıra bilir.
Mircalalın
sözləri bizim xəyalımızda Seyid Əzim Şirvani, Sabir, Süleyman Sani kimi müəllim
və ədiblərin
ölməz surətini
canlandırır. Biz, sovet
aliminin yeni əsərinə qürurla
baxıb ürəkdən
deyirik:
- Gözəl ənənəni
yalnız həqiqi istedad davam etdirə
bilər.
Calal
MƏMMƏDOV
Azərbaycan
müəllimi.- 2014.- 10 yanvar.- S.7.