Yubiley təbrikləri

 

"Azərbaycan müəllimi" - 80

 

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram Hüseynzadəyə

 

Hörmətli Bayram müəllim!

SiziSizin şəxsinizdə "Azərbaycan müəllimi" qəzetinin bütün kollektivini qəzetin nəşrə başlamasının 80-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Təhsil və mətbuat hər bir xalqın taleyini müəyyən edən müstəsna dəyərlərdir. Bunların hər ikisini öz səhifələrində bir araya gətirən "Azərbaycan müəllimi" qəzeti 80 il ərzində öz adının müqəddəsliyinə sadiq qalmış, Azərbaycan ictimai fikrinin inkişafındakı yerirolu, bu inkişafa verdiyi əhəmiyyətli töhfələrlə özütarixi bir dəyərə çevrilmişdir.

"Azərbaycan müəllimi" qəzeti bizim üçündoğma bir qəzetdir. Çünki qəzetin ərsəyə gəlməsində, yaşam dövründə və bu günə gəlib çatmasında həmkarlar ittifaqı təşkilatımızın da böyük rolu vardır. Belə ki, "Azərbaycan müəllimi" qəzeti uzun müddət Təhsil Nazirliyi ilə yanaşı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının da orqanı olmuş və ittifaqın fəaliyyəti bu qəzetin səhifələrində geniş işıqlandırılmışdır.

Ulu öndər Heydər Əliyevin irəli sürdüyü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək dinamizmlə həyata keçirilən strateji inkişaf kursunun uğurları sayəsində Azərbaycan dövləti tarixinin böyük yüksəliş dövrünü yaşayır. Cəmiyyət həyatının ən çox  inkişaf edən sahələrindən biri də məhz təhsil sahəsidir. Respublikamızda həyata keçirilən təhsil islahatlarının ölkə ictimaiyyətinə aydın izahı, cəmiyyətimizin maarifləndirilməsi, gənc nəslin təlim-tərbiyəsi, uzun illər ərzində təhsil sahəsində formalaşdırılmış zəngin irsin varisliyinin təmin olunması baxımından milli mətbuatımızın üzərinə yenə də böyük vəzifələr düşür. Fərəh doğuran haldır ki, "Azərbaycan müəllimi" qəzeti 80 illik fəaliyyət tarixinin bütün dönəmlərində olduğu kimi yenə də öz missiyasını layiqincə yerinə yetirərək Azərbaycanın maarifçilik tarixinin ən yeni dövrünün salnaməsini yazır.

Hörmətli Bayram müəllim!

Bu tarixi gün münasibətilə Sizə ən xoş diləklərimizi çatdırır, "Azərbaycan müəllimi" qəzetinin hər yeni sayının oxucularla görüşə gəlməsində əməyi olan bütün insanlara uzun ömür, möhkəm cansağlığı, şərəfli işinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

 

Səttar MEHBALIYEV,

AHİK-in sədri, millət vəkili

 

 "Azərbaycan müəllimi" qəzetinin kollektivinə

 

"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq", - deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ 20 il öncə təhsilimizin bir parçası olan "Azərbaycan müəllimi" qəzetinin 60 illik fəaliyyətinə layiqli qiymət vermiş, qəzetin ictimai-siyasi həyatımızdakı  rolunu yüksək dəyərləndirmişdir.

Qəzetin  səhifələrindən möhtərəm Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə olan diqqət və qayğısı nəticəsində təhsilimizin inkişafı haqda yazıları oxuyur, fərəh hissi keçiririk.

Qayəsi dövlətini və millətini sevən, elmitexnoloji biliklərə yiyələnmiş mütəxəssislər yetişdirmək, Azərbaycanın tərəqqisinə xidmət etmək olan Qafqaz Universiteti "Azərbaycan müəllimi" qəzetinin elm və təhsilimizin inkişafı istiqamətində göstərdiyi peşəkar fəaliyyətini yüksək qiymətləndirir

Sizi Şəxsim və Qafqaz Universitetinin kollektivi adından 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, qazandığınız nailiyyətlərin davamını və yorulmaz fəaliyyətinizdə uğurlar arzu edirəm.

Qafqaz Universitetinin kollektivi adından

 

prof.dr.  Ahmet SANİÇ

 

Azərbaycan müəllimi.- 2014.- 17 yanvar.- S.3.