Xalqın milli qürur günü

 

Azərbaycan xalqı tarix boyu bir çox sınaqlardan qalibiyyətlə çıxmağı bacarıb. Xalqımızın sevincli günləri ilə yanaşı, mübarizələrlə dolu illəri, tarixinin qanlı-qadalı səhifələri az olmayıb. Bəzən faciələrlə, düşmənlərin məkrli planları ilə üzləşmişik. Parlaq qələbələrimiz olub, acı nəticələr verən qarşıdurmalar da. Lakin Azərbaycan xalqı heç zaman sarsılıb, ruhdan düşüb. Öz gücünə inanıb, qüdrətinə, vətənpərvər övladlarına arxalanıb.

 

1990-cı ilin 20 yanvar tarixi Azərbaycan üçün növbəti sınaqlardan biri oldu. Ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan xalqımız keçmiş sovet hərbi birləşmələrinin qəfil hücumuna, amansız qətliama məruz qaldı. Bakıya digər rayonlara ordu hissələri yeridildi. Xalqın dinc etirazı vəhşiliklə, silahla qarşılandı. Hərbi texnika odlu silahlar vasitəsilə günahsız insanlar qətlə yetirildi. Uşaq, qadın, qoca demədən, hər kəsə atəş açıldı. Hətta yaralılara yardıma tələsən təcili tibbi yardım maşınları belə gülləbaran edildi.

Bizim yaşımız az olsa da, bu məlumatları dərsliklərdən, sevimli müəllimlərimizdən öyrənmişik. Oxuduğumuz digər kitablar, qəzetlər televiziya verilişlərindən bu faciə haqqında az bilgi almamışıq. Xüsusən sinif müəllimimiz Mehparə Həbibli bizdə tariximizin şərəf səhifəsi olan 20 Yanvar haqqında aydın təsəvvür yaradıb. O, qədər faciəli, ağrılı olsa da, həmin hadisələrin müstəqilliyimizi daha da müqəddəsləşdirdiyini bildirir.

Qanlı 20 Yanvar qətliamı ölkəmiz üçün müasir dövrün ən ağır hadisələrindən biri idi. Faciə gecəsinin səhəri Azərbaycan tufandan çıxan dənizi xatırladırdı. Hər kəs hüznlü, hər tərəf viran, küçələr qana boyanmış... Lakin indi televiziya ekranlarından, fotoşəkillərdən gördüyümüz kimi, xalq öz qəhrəman övladlarını ehtiramla son mənzilə yola salmaqdan çəkinmədi. ordudan qorxub-çəkindi, öz istəyindən döndü.

Həmin günlər, həmin hadisələr bizi daha fəal olmağa, Azərbaycanın daha da güclənməsi üçün bacardığımızı etməyə səsləyir. Biz şagirdlər yalnız dərslərimizi yaxşı oxumaqla, gələcəkdə yaxşı mütəxəssis olmaqla ölkəmizə xeyir verə bilərik. Bu, Azərbaycanı sevən, bu Vətən üçün canını belə əsirgəməyən şəhidlərimizin ruhuna ən böyük ehtiramımız ola bilər. Axı onlar da azad inkişaf etmiş Azərbaycan üçün mübarizə aparırdılar.

Azərbaycan indi güclü ordusu olan zəngin bir ölkədir. Lakin heç vaxt qəhrəmanlarımızı, igid Vətən övladlarının fədakarlıqlarını unutmamalıyıq. Unutsaq, azadlığımızın, müstəqilliyimizin qədrini bilmərik. Dünyada isə azadlıqdan, müstəqillikdən şirin heç yoxdur.

 

Cabir MƏMMƏDOV,

Tahir HƏSƏNLİ,

Mirsəid CABBAROV,

Bakı şəhərindəki 20 nömrəli məktəb-liseyin IV-v sinif şagirdləri

 

Azərbaycan müəllimi.- 2014.- 17 yanvar.- S.7.