Azərbaycan təhsilinin
uğurları
Prezident təqaüdçüləri
Sevinc VƏLİYEVA,
Azərbaycan Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi
1996-cı ildə Ağcabədi
rayonunda anadan olub. 2013-cü ildə Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbi bitirib. "British Council" tərəfindən
keçirilən bilik
yarışlarında dəfələrlə
sertifikat alıb.
Ali məktəblərə keçirilən qəbul imtahanında 686 bal toplayaraq Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
siyasi idarəetmə fakültəsinə qəbul
olub.
Prezident
İlham Əliyevin sərəncamı ilə
Prezident təqaüdünə
layiq görüldüyünə
görə qürur hissi keçirir.
Müşfiqə ƏSGƏROVA,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
tələbəsi
1996-cı ildə Naxçıvan MR Şərur
rayonunda anadan olub. 2013-cü ildə Şərur şəhər
2 nömrəli tam orta məktəbi gümüş
medalla bitirib.
Ali məktəblərə keçirilən qəbul imtahanında 690 bal toplayaraq
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının siyasi
idarəetmə fakültəsinə daxil olub.
Dərslərini yaxşı
oxumaqla bərabər, oxuduğu fakültənin
ictimai işlərində
də yaxından iştirak edir.
Nəcibə ƏHMƏDOVA,
Azərbaycan Tibb Universitetinin
tələbəsi
1995-ci ildə Şəmkir rayonunda anadan olub. 2013-cü ildə
Bakıdakı 287 nömrəli
"Zəkalar" liseyini bitirib. Bakı şəhərində texniki
yaradıcılıq mərkəzlərinin
dərnək üzvləri
arasında keçirilən
"Gənc texniklərin
intellekt yarışı"nda
III yeri qazanıb.
Bu il ali məktəblərə keçirilən
qəbul imtahanında
IV qrup üzrə 685
bal toplayaraq Azərbaycan
Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Prezident təqaüdünə layiq
görüldüyünə görə dövlət başçısına minnətdarlığını
bildirir.
Aytən
PAŞAZADƏ,
Azərbaycan Tibb Universitetinin
tələbəsi
1996-cı ildə Mingəçevir
şəhərində anadan olub. 2013-cü ildə
Mingəçevir şəhər
7 nömrəli tam orta
məktəbi bitirib.
Orta məktəb illərində
bütün fənlərdən
əla qiymətlər
alıb.
Ali məktəblərə keçirilən qəbul imtahanında 700 balla Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika
fakültəsinə qəbul olub.
Təhsildə əldə etdiyi bütün uğurlarına görə
hər şeydən əvvəl, orta məktəb müəllimlərinə borclu olduğunu deyir.
Şəmsi MUSAYEV,
Bakı
Ali Neft Məktəbinin
tələbəsi
1996-cı ildə Bakı
şəhərində anadan
olub.
2013-cü ildə Bakıdakı məktəb
- lisey kompleksini bitirib. Məktəbdə oxuduğu vaxtlarda
fənn olimpiadalarının
iştirakçısı olub.
Ali məktəblərə keçirilən qəbul imtahanında 685 bal yığaraq Bakı
Ali Neft Məktəbinin
neft-qaz mühəndisliyi
ixtisasına
qəbul olub.
Prezident
təqaüdünə layiq
görülmək onun
üçün böyük
şərəfdir. Bu etimadı doğrultmağa
çalışır.
Hazırladı: Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-
2014.- 17 yanvar.- S.8.