Unudulmaz müəllim
İnsanın şəxsiyyət
kimi formalaşmasında, onun
təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllim
şərəfli ömür sürən,
ömrünü bir şam kimi gələcək
nəsillər üçün əridən
ideal varlıqdır. Çünki
o, şərəfli işlə məşğul
olur. Şərəfli əmək isə
insanı daim ucaldar, ona şöhrət gətirər. Mənim
babam-Kəmaləddin Fətəliyev
də öz halal əməyi,
alın təri ilə ucalan əmək qəhrəmanlarından
biri olmuşdur. O, əməyi
ilə ucalaraq cəmiyyətin nüfuzlu fərdinə çevrilmişdir.
Böyük Vətən müharibəsində
nümunəvi bir əsgər kimi iştirak etmiş, dəhşətli müharibənin qorxunc izini ömrünün
sonuna kimi
daşımışdır.
Düşünürəm
ki, bu gün
mənim də müəllim olmağımda babamın şərəfli
müəllim ömrünün böyük təsiri var.
Qabaqcıl maarif xadimi, ziyalı, sözün əsl mənasında, el ağsaqqalı olan Kəmaləddin
Fətəliyev 1920-ci ildə Zərdab rayonu
İsaqbağı kəndində sadə, zəhmətkeş bir ailədə anadan olub. Sovet dövrünün
bütün çətinliklərinə,
məhdudiyyətlərinə baxmayaraq, o, təhsil yolunda irəliləmiş,
cəmiyyət üçün savadlı
kadrlar yetişdirmişdir.
Onu da qeyd
edim ki,
övladlarının hər birinin təhsil almasına nail
olan Kəmaləddin
müəllim eləcə də dərs dediyi
hər bir şagirdinin
öz övladı kimi
təhsilə istiqamətlənməsində mühüm
rol oynamışdır. Bu
gün onun şagirdləri ölkəmizin ictimai-siyasi
həyatında əsas rol oynayan, mühüm
inzibati orqanlarda
çalışan şəxslər, savadlı alimlər, həkimlər
və müəllimlərdir.
Bir sözlə, dövrünün
çətinlikləri onu bu
missiyasından çəkindirə bilməmişdir.
Çox təəssüf edirəm ki, babam çiçəklənən,
günü-gündən inkişaf edən
ölkəmizdə müəllimə xüsusi
diqqət və qayğı göstərilən bu günləri görə bilmədi.
Babamın mənim aləmimdə özünəməxsusluğu,
xüsusiliyi var. Çünki mənim nadir
adımın müəllifi babamdır. Adımı soruşan hər insanın ikinci
sualında babam xatırlanır.
Nümunəvi həyat
yolu keçən, ömrünün
sonuna kimi şərəfli
müəllim adını ləyaqətlə qoruyan
babamın əziz xatirəsi daim onu sevənlərin-övladlarının, nəvələrinin,
şagirdlərinin qəlbində yaşayacaqdır.
Çiyələk İSMAYILOVA,
Zərdab rayon
İsaqbağı kənd tam orta
məktəbinin
tərbiyə işləri üzrə direktor müavini
Azərbaycan
müəllimi.- 2013.- 17 yanvar.- S.9.