Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin
"Ali təhsil müəssisələrinin bakalavriat
və magistratura
səviyyələrində kredit sistemi ilə tədrisin
təşkili
Qaydaları"nın təsdiq edilməsi haqqında
24 dekabr
2013-cü il tarixli 348 nömrəli qərarının
icrası barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin
"Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura
səviyyələrində kredit sistemi ilə tədrisin təşkili
Qaydalarının təsdiq edilməsi haqqında" 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarının
icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində kredit sistemi ilə tədrisin təşkili
Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı icra və rəhbərlik üçün
qəbul edilsin (əlavə olunur).
2. Kredit sisteminin tətbiqi
ilə bağlı tədris sənədlərinin (tədris
planı, tədris qrafiki, ixtisas
üzrə illik işçi
tədris planı, tələbənin fərdi iş
planı, müəllimin illik işçi tədris planı, dərs cədvəli,
akademik transkript, tələbənin
ərizə forması, tədris razılığı, akademik arayış, akademik təqvim, məlumat paketinin
strukturu) nümunələri təsdiq edilsin (əlavə olunur).
3. Ali təhsil müəssisələri tədris
prosesinin "Ali təhsil
müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində kredit sistemi ilə tədrisin
təşkili Qaydaları"nın tələblərinə
və tədris sənədlərinin təsdiq olunmuş
nümunələrinə uyğun
aparılmasını təmin etsinlər.
4. Elm
və ali təhsil şöbəsi (G.Hüseynova) bu əmrdən
irəli gələn tədbirlərin həyata keçirilməsini
təmin etsin.
5. Əmrin
və "Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura
səviyyələrində kredit sistemi ilə tədrisin təşkili
Qaydaları"nın ali təhsil müəssisələrinə
göndərilməsi, eləcə də "Azərbaycan
müəllimi" qəzetində dərc edilməsi nazirliyin İnformasiya
şöbəsinə həvalə olunsun.
6. Əmr
2013/2014-cü tədris ilinin ikinci semestrinin əvvəlindən
qüvvəyə minsin və həmin vaxtdan Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ali təhsil
müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə
nümunəvi Əsasnamə"nin təsdiq edilməsi
haqqında 20.04.2006-cı il tarixli 264 nömrəli, həmin əmrdə dəyişiklik
edilməsinə dair 23.07.2007-ci il tarixli 914 nömrəli,
habelə "Tələbələrin biliyinin
qiymətləndirilməsinin çoxballı sistemi
haqqında Əsasnamə"nin təsdiqi barədə
15.05.2003-cü il tarixli
420 nömrəli əmrləri qüvvədən düşmüş hesab olunsun.
7. Əmrin icrasına
nəzarət nazir müavini
Ceyhun Bayramova
tapşırılsın.
Mikayıl
CABBAROV,
Azərbaycan
Respublikasının təhsil naziri
21 yanvar 2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 24 yanvar.- S.2.