Xaricdə təhsil alan tələbələrimiz

 

"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq bizim borcumuzdur"

 

Paris XI Universitetinin tələbəsi Mövlud Möhbalı ilə söhbət 

 

Mövlud  Xaliq oğlu Möhbalı  1991-ci il sentyabrın 11-də  Naxçıvan Muxtar Respublikasının  Kəngərli rayonunun Qıvraq kəndində anadan olub.  VII  sinfə qədər Bakıdakı  Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb.  2004-2008-ci illərdə isə  təhsilini Bakı Özəl Türk Liseyinin filialı olan Dədə Qorqud Özəl Türk Liseyində   davam etdirib. 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis iqtisadiyyatı idarəetmə ixtisasına qəbul olunub. Eyni zamanda YÖS proqramı əsasında Türkiyə Cümhuriyyətinin Qazi Universitetinin maliyyə kredit  fakültəsinə qəbul olub.  Elə həmin ildə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli Sərəncamına əsasən Fransa Respublikasında təhsil almaq üçün Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə iştirak edib uğur qazanıb.  2008-2009-cu illərdə Fransanın Bezanson şəhərindəki Dil Mərkəzində fransız dili üzrə hazırlıq kursunu müvəffəqiyyətlə başa vuraraq  Paris XI Universitetinə daxil olub.  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Paris XI Universitetinin kompüter elmləri riyaziyyat mühəndisliyi  fakültəsində bakalavr təhsili alıb. Hazırda  Fransanın Paris XI Universitetində müəssisələrin  idarəedilməsi kompüter elmlərinin tətbiqi ixtisası üzrə magistr pilləsində təhsil alır.  ASAIF-in (Xaricdə Təhsil Alan Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) İdarə Heyətinin üzvü Fransa üzrə təmsilçisidir. Bir müddət Parisdə müəllim kimi çalışıb, fransız digər əcnəbi şagirdlərə riyaziyyatdan dərs deyib. Mövlud Möhbalı ilə söhbətimizə   onun ilk təhsil illərindən, əldə etdiyi uğurlardan başladıq.  

 

- Təhsil illərində   hər zaman əlaçı nümunəvi şagird olmuşam.  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən kimya üzrə fənn olimpiadasında, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin, Heydər Əliyev Fondunun təşkil etdikləri müxtəlif bilik yarışlarında,  fərqli mədəniyyətlərlə bağlı olan sərgi tədbirlərdə fəal iştirak etmiş, fəxri diplom sertifikatlarla mükafatlandırılmışam. Eyni zamanda liseyin rəqs idman komandası heyətlərində müxtəlif növ yarışlarda iştirak etmiş qələbə qazanmışıq.

- Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi yaddaşınızda necə qalıb?

- Tələbələrimizin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"  çərçivəsində 2013-2014-cü tədris ili üçün seçim prosesini yüksək qiymətləndirirəm. Müsabiqədə iştirak edəcək gənclərin daha rahat müraciət etmələri üçün Təhsil Nazirliyinin veb-saytında elektron müraciətin yerləşdirilməsi, müsabiqədə danışıq dilinin tələbələrin seçdiyi universitetlərin tədris dili olması bu istiqamətdə gələcəyə doğru atılmış uğurlu addım hesab etmək olar. 

- Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə məlumat verərdiniz...

- Paris XI Universiteti özündə 127 araşdırma, 5 elm təlim mərkəzi, 3 texnologiya institutu 1 mühəndislik məktəbini birləşdirən dövlət ali təhsil müəssisəsidir.  Universitet  Fransanın ən böyük elm kampusu ünvanına sahibdir.  Fransaya ən çox Fields medalı (riyaziyyatçılara verilən mükafatdır) qazandıran, dünyada ən çox Fields medalı alanların çalışdığı ikinci təhsil ocağı eyni zamanda Nobel mükafatçıları olan Paris XI - təhsil almaq ayrıca bir qürur hissidir.  Universitet əsasən dəqiq elmlər sahəsində ixtisaslaşıb.  Hazırda 27 minə yaxın tələbənin təhsil aldığı universitetin əsası 1970-ci ildə Paris Universiteti əsasında yaradılıb. Universitetin məşhur alimlərindən 1991-ci ildə Nobel mükafatına layiq görülmüş Pyer Jil de Jeni,   2007-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüş Alber Feri göstərmək olar.

 Seçdiyim ixtisas üzrə təhsil alan gənclər həm kompüter elmləri,  həm idarəetmə üzrə bacarığa sahib olurlar. Bu ixtisas üzrə təhsil alan tələbələr gələcəkdə layihə rəhbəri, İT-məsləhətçi müəssisə rəhbəri kimi fəaliyyət göstərə bilərlər.

- Tələbə həyatınız necə keçir?

- Fransadakı təhsil həyatımı iki yerə bölmək istərdim. Həyatımda yeni bir ölkəni, insanlarını, dilini yaxından tanımağa  Bezanson şəhərində başladım hazırda təhsilimi paytaxt Parisdə davam etdirirəm. Dünya şöhrətli elm incəsənət adamları yetişdirən bu ölkə məni  hadisələrə fərqli yanaşma bacarığı ilə yanaşı həm nəzəri, həm praktiki biliklərə əsaslanan elmlə tanış etdi. Həyatıma yeni insanlar, dostlar daxil oldu. Düşünürəm ki, gələcəyini qətiyyətli addımlar üzərində qurmaq istəyən hər bir şəxs tələbəlik illərini səmərəli keçirməli mütəxəssisi olacaq sahəni düzgün seçməlidir.

- Asudə vaxtınızı necə keçirirsiniz?

- Fransada təhsil aldığım müddətdə universitet tərəfindən tələb olunan layihələrin, fərdi araşdırmaların çoxluğundan həftə ərzində  boş vaxtlarım demək olar ki, yoxdur. Bu səbəbdən   asudə vaxt anlayışı mənim üçün həftə sonları keçirdiyim qısa zamandan ibarətdir. Bu zaman ərzində  yerli xarici dostlarımla görüşməyə, paytaxt Parisdə maraqlı sərgi ya tədbirlərdə iştirak etməyə çalışıram. 

- Yaşadığınız şəhər haqqında.

- Artıq 5 ilə yaxındır  təhsilimlə əlaqədər olaraq Fransanın paytaxtı Parisdə yaşayıram. Paris ölkənin eyni zamanda dünyanın mühüm iqtisadi, mədəni mərkəzlərindən hesab olunur. Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (OECD), YUNESKO Beynəlxalq Ticarət Palatası (ICC) kimi mühüm təşkilatların mənzil-qərargahlarının bu şəhərdə yerləşməsi buna bariz nümunədir. Nüfuzlu jurnal saytlar tərəfindən hazırlanan reytinq cədvəllərində son  2 il ərzində (2012/2013) fasiləsiz olaraq  dünyanın ən yaxşı tələbə şəhəri seçilən bu şəhər təhsil almaq üçün seçdiyim yerin düzgün qərar olmasını bir daha təsdiq edir.

- Ölkəmiz barədə həqiqətləri Avropada çatdıra  bilirsinizmi?  

- Ermənistan - Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsinin reallıqlarını, işğalçı  dövlət tərəfindən məruz qaldığımız haqsızlıqları, ölkəmizin mədəniyyətini Fransada tanıtmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq  bizim borcumuzdur. Bunun üçün tədbir, konfrans sərgilərin təşkilində iştirak edirəm, bacardığım qədər bu işə öz töhfəmi vermək istəyirəm. Fransadakı Azərbaycan səfirliyinin, YUNESKO-nun tədbirlərində yaxından iştirak etməyə çalışıram. Əlbəttə, Azərbaycanı layiqincə təmsil etməyin ilk yolu mükəmməl təhsil almaq, öz peşəsində professional kimi formalaşmaqdır. Buna nail olmaq istəyirəm.

- Fəal tələbə kimi fəaliyyətinizi daha hansı istiqamətdə qurursunuz?

- 2010-2011-ci illərdə "Multi-tude  Tələbə Assosiasiyası"nda mətbuat katibi vəzifəsində çalışmışam. 2010-cu ildən ASAIF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) Fransa Respublikasından olan məclis üzvüyəm. 2011-ci ilin fevral ayından etibarən Parisdə yenidən qurulmuş Azərbaycan-Fransa Gənclik Assosiasiyasının (AFGA) ictimaiyyətlə əlaqələr şöbəsinə sədr təyin edilmişəm.  2003-cü ildə Parisdə təhsil alan bir qrup azərbaycanlı tələbə  tərəfindən təsis edilmiş bu qurum Azərbaycan dilini, tarixi həqiqətlərini, mədəniyyətini tanıtmaq məqsədi daşıyır. Quruma sədrlik etdiyim müddətdə Dağlıq Qarabağ probleminin Fransa ictimaiyyətinə  çatdırılması üçün bir çox aksiya və tədbirlər silsiləsi təşkil etmişik. 2011-ci ilin fevral ayında Paris XI Universitetinin cüdo üzrə yığma komandası heyətində yeniyetmələr arasında VII Beynəlxalq cüdo çempionatında III yerə layiq görülmüşəm.

- Gələcək planlarınız ?

- Yaxın gələcəklə bağlı planlarım, təhsilimi bitirdikdən sonra öz ixtisasım üzrə dünyanın nüfuzlu şirkətlərində təcrübəsi əldə etmək və Azərbaycanımızın rifahı naminə ölkəmizdə həyatımı davam etdirməkdən ibarət olacaq.

- Biz də sizə təhsilinizdə və Fransada Azərbaycan adına gördüyünüz  bütün işlərdə  uğurlar arzulayırıq.  

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2014.- 24 yanvar.- S.7.