BPKİYİ-nin nümayəndə
heyəti Kiyevdə səfərdə
olub
Əsası
ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş və
hazırda ölkəmizin Prezidenti möhtərəm
İlham Əliyev cənabları tərəfindən
uğurla davam etdirilən
daxili və xarici siyasət
bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də özünü göstərir. Son altı il ərzində Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun beynəlxalq əməkdaşlıq
sahəsindəki uğurları bu siyasətin
məntiqi nəticəsidir. Prezidentin sərəncamı ilə 24 oktyabr
2013-cü il tarixdə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət
Strategiyası"nın icrası istiqamətində bu uğurların kəmiyyət və keyfiyyət
göstəricilərinin davamlı inkişaf
etdirilməsi hədəflərimizdəndir.
İnstitutumuz dünyanın, o
cümlədən Ukraynanın bir sıra
ali məktəbləri və elmi-tədqiqat
institutları ilə əməkdaşlıq edir.
Bu sahədəki
uğurlarda Təhsil Nazirliyinin
xüsusi qayğısı
danılmazdır. İnstitutun rektoru, professor Asəf Zamanov Kiyev Vilayət Administrasiyası Təhsil Departamentinin direktoru, professor Nataliya Klokar və Ukraynanın Təhsil Menecerləri
Universitetinin rektoru, akademik Viktor Oleynik tərəfindən Ukraynaya
dəvət edilmiş, Təhsil Nazirliyinin müvafiq razılıq
məktubuna əsasən 14-18 yanvar
2014-cü il tarixlərdə Kiyev şəhərində ezamiyyədə olmuşdur.
Professor A.Zamanov Təhsil Menecerləri
Universitetində ixtisasartırma sistemi və
innovasion layihələrin işlənməsi,
təhsil menecerlərinin hazırlanması, həmçinin
ixtisasartırma sahəsində təhsil sisteminin
modernləşdirilməsi problemlərinə həsr edilmiş tədbirdə iştirak
etmiş, akademik
V.Oleyniklə mövcud ikitərəfli əlaqələrin inkişaf perspektivləri
müzakirə olunmuşdur. Görüş zamanı BPKİYİ-nin əsas
təşkilatçılığı ilə Albaniya, Almaniya, Azərbaycan,
Böyük Britaniya, Belarus, Özbəkistan, Ukrayna,
Rusiya və Gürcüstanın müvafiq ali məktəbləri
ilə 11-13 iyun 2014-cü il
tarixlərdə Bakıda keçiriləcək "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" III Beynəlxalq elmi konfransın təşkili ilə əlaqədar
məsələlər də müzakirə edilmişdir.
Asəf
Zamanov BPKİYİ-nin
əsas təşkilatçılığı ilə 30-31 oktyabr 2013-cü il tarixlərdə
keçirilmiş "Xarici
dillərin tədrisində yeni tendensiyalar: mövcud təcrübə
və inkişaf strategiyaları" beynəlxalq
elmi-praktik konfransın materiallarını
və institutumuzun beynəlxalq əlaqələrindən
bəhs edən "Beynəlxalq əməkdaşlığın uğurları (2008-2013-cü illər)"
kitabını Viktor Oleynikə təqdim etmişdir.
Səfərin
səmərəli nəticələrindən biri
də Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ilə M.P.Draqomanov
adına Milli Pedaqoji Universitetinin Yenidənhazırlanma və
İxtisasartırma İnstitutu arasında
elm və təhsil sahəsində əməkdaşlıq
müqaviləsinin imzalanması olmuşdur. Müqavilədə
ixtisasartırma və yenidənhazırlanma
proqramlarının mübadiləsi, tələbə və
dinləyicilər üçün birgə
treninqlərin təşkili, professor-müəllim heyətinin
elmi-tədqiqat fəaliyyətində, beynəlxalq layihələrdə
birgə iştirakı, beynəlxalq və regional
elmi simpozium, konfrans və seminarların təşkili, nəşr
məhsullarının mübadiləsi və digər məsələlər
nəzərdə tutulmuşdur. Bununla da BPKİYİ-nin
beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi ali məktəblərin
və elmi-tədqiqat mərkəzlərinin sayı 50-yə
çatmışdır. Sevindiricidir ki, 2014-cü ilin yanvar ayında institutumuz Gürcüstan Texniki Universiteti ilə də əməkdaşlıq
müqaviləsi imzalamışdır.
Kiyev Vilayət Administrasiyası Təhsil və Elm Departamentinin rəhbərliyi
ilə görüşdə ali təhsil
mərkəzləri ilə əməkdaşlığın
uğurlarından söz
açılmış, təhsil sahəsində gələcək
əməkdaşlığın perspektivləri və hər
iki tərəf üçün
faydası qeyd olunmuşdur.
Professor Asəf Zamanov səfər
zamanı həmçinin Ukrayna Milli Elmlər Akademiyası Mexanika
İnstitutunun direktoru,
Avropa EA və Ukrayna
MEA-nın akademiki Quz Aleksandr Nikolayeviç ilə
son vaxtlar
alınmış elmi nəticələr
barədə müzakirələr aparmışdır. Mexanika İnstitutunun, Kiyev
Dövlət Universitetinin elmi
kitabxanalarına A.D.Zamanov "Колебания
пластин из композитного материала с искривленными структурами" adlı
monoqrafiyası hədiyyə edilmişdir.
İnstitutun təbiət elmləri
kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev də
nümayəndə heyətində təmsil olunmuşdur.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanın Ukraynadakı səfirliyinin
rəhbərliyi nümayəndə heyətinin səfərinin
uğurlu keçməsinə şərait
yaratmışdır.
Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi
Azərbaycan müəllimi.- 2014.- 24 yanvar.- S.6.