Türkoloq alimlər Ədəbiyyat İnstitutunda
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda
Macarıstan Elmlər Akademiyası (EA) Türkoloji
Araşdırmalar İnstitutunun direkoru, akademik Georq Xazai və Türkiyə
Qafqaz Universitetlər Birliyinin
sədri, professor Ramazan
Qorxmazla görüş
keçirildi.
AMEA-nın
vitse-prezidenti, Nizami
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli akademiyanın humanitar elmlər sahəsində fəaliyyət
göstərən elmi-tədqiqat müəssisələrində
görülən işlərdən danışaraq ölkə
rəhbəri tərəfindən elmə göstərilən
qayğını xüsusi vurğuladı. Akademik
İsa Həbibbəyli qeyd
etdi ki, son illər Azərbaycanda bütün
sahələrdə sürətli inkişafa
nail olunmuş, bu irəliləyiş elm
sahəsində də nəzərəçarpacaq dirçəlişə
gətirib çıxarmışdır. Məhz ölkə Prezidenti cənab İlham
Əliyevin məqsədyönlü daxili
və xarici siyasətinin göstəricisidir
ki, Azərbaycan elmi dünyaya inteqrasiya olunur, qarşılıqlı beynəlxalq
münasibətlər nəticəsində elm
inkişaf edir. Akademiya rəhbərliyinin
də prioritet vəzifələr
sırasında beynəlxalq elmi əlaqələrə
böyük önəm verdiyini
nəzərə çatdıran akademik rəhbərlik
etdiyi qurumda uzun illər yaranmış boşluğun
aradan qaldırılmasına xüsusi diqqət yetirildiyini
bildirdi.
Akademik İsa Həbibbəyli
Nizami adına Ədəbiyyat İnstitutunun tarixi, inkişaf yolu,
başlıca elmi istiqamətləri barədə
də qonaqlara məlumat verdi.
Qarşılıqlı maraq doğuran fəaliyyət istiqamətlərindən
danışan natiq bu əlaqələrin
ədəbiyyat elmi sahəsində ölkələrimiz
arasındakı əməkdaşlıqda səmərə verəcəyini
qeyd etdi.
Macarıstan
EA Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georq Xazai və Türkiyə Qafqaz
Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmaz son illər Azərbaycanda
genişmiqyaslı tikinti-quruculuq işlərinin
aparıldığını, Bakı şəhərinin
simasının günü-gündən dəyişdiyini xoş niyyətlə bildirdi,
azərbaycanlıların
qonaqpərvərliyini xüsusi minnətdarlıqla
vurğuladılar. Görkəmli alimlər Türkiyə, eləcə
də Macarıstanla elmi əlaqələrin
daha da genişləndirilməsinin
əhəmiyyətindən danışaraq yeni
istiqamətlərdə fəaliyyət sahələrinin
qurulmasının vacib olduğunu
diqqətə çatdırdılar.
Görüşün sonunda AMEA Nizami adına Ədəbiyyat İnstitutu
və Türkiyə Qafqaz Universitetlər Birliyi arasında anlaşma
memorandumu imzalandı. Əməkdaşlıq
sazişini akademik İsa Həbibbəyli və professor
Ramazan Qorxmaz
imzaladılar.
Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun
Mətbuat xidmətinin rəhbəri
Azərbaycan
müəllimi.- 2014.- 31 yanvar.- S.2.