Bilmədim
Qəfil
gəldi gələn boran, gələn qar,
Bircə
anda itdi dostluq, etibar,
Aralığı aldı həsrət,
intizar,
Mən dağlarla
vidalaşa bilmədim.
Ruhum, qəlbim nalə çəkdi, ağladı,
Zalım
düşmən yolu,
izi bağladı,
Qəzəbindən Araz coşdu, çağladı,
Mən dağlarla
vidalaşa bilmədim.
Yetim qaldı o məskənlər,
o yerlər,
Qanla doldu neçə-neçə yəhərlər.
Dağıdıldı, viran oldu qəbirlər,
Mən dağlarla
vidalaşa bilmədim.
Qarı
düşmən kəsdi
bəndi, bərəni,
Duman tutdu karvan keçən
dərəni,
Bu mənzərə göynətdi
hər görəni,
Mən dağlarla
vidalaşa bilmədim.
Mən göylərə açdım
o gün əlimi,
Bu haqsızlıq qırdı
onda belimi,
Ayrılanda qəhər boğdu
dilimi,
Mən dağlarla
vidalaşa bilmədim.
Aralığı həsrət, hicran
alsa da,
Bu ayrılıq ağır,
acı olsa da,
Mənim
canım o yerlərdə
qalsa da,
Mən dağlarla
vidalaşa bilmədim.
Bu dərd məni gecə-gündüz üzür
hey,
Gözüm hələ o yerləri
gəzir hey,
Heç
bilmirəm ürək
necə dözür
hey,
Mən dağlarla
vidalaşa bilmədim.
Əziz
Musa günaha yaz bu dərdi,
Yurd-yuvasız ömür sürmək
hədərdi,
Mənim
dərdim vallah dünya qədərdi,
Mən dağlarla
vidalaşa bilmədim.
Tut ağacı
Xoş gördük, xoş gördük ay tut ağacı,
Əhvalın necədi, a doğma qardaş.
Mənim
dost, sirdaşım, həyat
ağacı,
Gəlmişəm səninlə görüşə
bir baş.
Varını yoxunu bizə vermisən,
Bir dayaq olmusan çətində
bizə,
Həmişə dibində bizi görmüsən,
Kölgəlik olmusan sən nəslimizə.
Yayda tut
yemişik, payızda bəhməz,
Quru budağından ocaq çatmışıq,
Altında səmavar qaynadıb
nənəm,
Yanında böyüyüb boya çatmışıq.
Barını verdikcə fərəhlənmisən,
Babamın, nənəmin çörək
ağacı,
Bizimlə birlikdə çox
qəmlənmisən,
Bərəkət ağacı, gərək ağacı.
Neçə budağından beşik
asmışıq,
Hana düzəltmişik şah
budağından,
Olmusan həyətə bəzək,
yaraşıq,
Yəqin ki, o günlər çıxmaz yadından.
Baxıram yamanca qocalmısan
sən,
Səndən uzaqdadı tay oğul, uşaq,
Bu həyət-bacada tək qalmısan sən,
Mən də darıxmışam, gəl
qucaqlaşaq.
Əziz MUSA,
Cəbrayıl rayonundakı V.Hüseynov
adına
Daşkəsən tam orta məktəbin direktor müavini
Azərbaycan müəllimi.-
2015.- 4 aprel.- S.13.