Müqəddəs and yerimsən
Təbəssümün qaçan gündən,
Ağı qonub dodağına.
Gözlərimi açan gündən,
Üzündə dərd gördüm ana.
Saçın qarlı dağın
başı,
Bulaqlar gözünün yaşı,
Əlin
məscid, ocaq daşı,
İzn ver, üz sürtüm ana.
Sənin
neçə "kaş"ların
var,
Sənin
necə "kas"ların
var,
Yanağında yaşların var,
Dərdin mənim dərdim, ana.
Xan Arazım, sən Kürümsən,
Ocağımsan, həm pirimsən,
Müqəddəs bir and yerimsən,
Sənə könül verdim, ana.
Firəngiz QULİYEVA,
müəllim
Azərbaycan müəllimi.-
2015.- 4 aprel.- S.13.